Bizi sosial şəbəkələrdən izləyin:
"WhatsApp" söhbət çubuğundakı ənənəvi kamera simvolunu qalereya qısayolu ilə əvəz edir.
Beta versiyada sınaqdan keçirilən bu dəyişiklik istifadəçilərə telefonlarındakı şəkil və videolara əlavə keçid etmədən, daha asan şəkildə daxil olmağa imkan verəcək.
Hazırda foto, video, GIF və ya digər media göndərmək üçün söhbət çubuğundakı kağız klipi simvoluna toxunub uyğun seçimi seçməlisiniz. Yeni versiya yayımlandıqda istifadəçilər, qalereya qısayolu sayəsində saxlamağa ehtiyac olmadan foto və videolarına birbaşa söhbət çubuğundan daxil ola biləcəklər.
İstifadəçilər qalereya qısayol düyməsinə uzun müddət basaraq ani video mesajlar da göndərə biləcəklər. Bu halda qalereya pəncərəsi deyil, kamera tətbiqi açılacaq və video/foto çəkilişi etmək mümkün olacaq.
Digər tərəfdən, bəzi istifadəçilər kameraya birbaşa necə daxil olacaqlarını tapmaqda çətinlik çələ bilərlər. Bu da WhatsApp-a qarşı mənfi reaksiya yarada bilər. Xüsusiyyətin yayımlanıb-yayımlanmayacağı isə test mərhələsində gələcək rəy və şərhlərdən asılı olduğu qeyd edilib.
Valyuta.az