Gəncliyin və sağlamlığın başlıca sirləri nədədir? - 71 yaşlı həkimdən məsləhət
Maraqlı
2004
07 Oct 2024 | 22:37

Gəncliyin və sağlamlığın başlıca sirləri nədədir? - 71 yaşlı həkimdən məsləhət

"Mən son 40 ildə bircə dəfə də olsun xəstələnmədim..."
 
Teledoktor Aleksandr Myasnikov özünün gənc qalması və sağlamlığının başlıca sirlərini bölüşüb.
 
Moderator.az xəbər verir ki, o, öz fikirlərini "aif.ru" nəşrinə müsahibəsində ifadə edib.
 
Həkim öz məsləhətlərinin digər insanlara da sağlam həyat tərzi yaşamağa kömək edəcəyini düşünür.
 
Jurnalistlərlə söhbətində Myasnikov təkcə öz sirlərindən danışmayıb, həm də sağlamlıq barəsində bir sıra mifləri alt-üst edib.
 
Məsələn, o, qəhvənin ürəyə faydasını qeyd edib. Onun sözlərinə görə, gün ərzində üç fincan gümrahlaşdırıcı içki orqanizmə 700 müxtəlif faydalı maddələr ötürür.
 
Qəhvə infarktların tezliyi və ağırlığını azaldır, aritmiyalar zamanı və qara ciyər üçün faydalıdır. Lakin hamilələlərə əksgöstərişdir.
 
Myasnikov sağlam vərdişlərdən biri kimi gəzintiləri qeyd edib. Bu zaman 10 min addım atmağa ehtiyac yoxdur, 7 min də kifayətdir. Bu, depressiya və demensiya (ağıl zəifliyi) riskini azaldır.
 
"Ümumiyyətlə, əgər məndən nələrin ömrü uzatdığını soruşsalar, birinci yerdə dərmanlar və pəhrizi deyil, fiziki yükü qeyd edərdim. Mən uşaqlıqdan ilboyu otaqda pəncərəni açıq saxlayıb yatıram və hər gün səhər saat 6-da mətbəxdə gimnastika edirəm. Budur, son 40 ildə mən bircə dəfə də olsun xəstələnmədim", - həkim qeyd edib.
 
Myasnikov həmçinin bədənin möhkəmləndirilməsini qeyd edib. Bu, kontrast duş və ya buzlu suya girmək ola bilər, lakin həyatımızda müəyyən su kontrastı mövcud olmalıdır.
 
O, əlavə edib ki, bədənin möhkəmləndirilməsi orqanizmi sağlamlaşdırır, insanlar ayaqyalın gəzməkdən, soyuq sudan və açıq havadan çəkinməməlidir.
 
Belə ki, Myasnokovun özü 50 yaşında buzlu suya girib və bu, ona xoş təsir bağışlayıb. Əvvəlcə dözmək lazımdır, sonra bundan əl çəkmək çətin olacaq.
 
Lakin 71 yaşlı Myasnikovun başlıca qaydalarından biri uzun və sağlam həyata köklənməsidir. Hətta ahıl yaşda da xəstəliklər və qaranlıq fikirlərə qapılmağa dəyməz, nikbin ovqat bir çox şeyləri həll edir.
 
Həkim qeyd edib ki, onun üçün ruhən özünü gənc hiss etməsi və 150 il yaşayacağına inanması vacibdir. O, əmindir ki, mümkün olmayan heç nəyin olmadığına və hər şeyi bacara biləcəyinə inanmaq həyatda ən başlıca nəsnədir.
 
"Nə zaman dünyanızı dəyişəcəyimiz vacib deyil, lakin əgər 150 ilə köklənsən, cavan kimi yaşayacaqsan. 70 ilə köklənsən, anlayaxaqsan ki, tezliklə təqaüdə çıxacaqsan və özünü öz ömrünün qısalmasına kökləyirsən", - həkim qeyd edib.
Link kopyalandı!
Son xəbərlər