Aİ bu avtomobillərə cərimə tətbiq edəcək
Maraqlı
1572
05 Oct 2024 | 19:23

Aİ bu avtomobillərə cərimə tətbiq edəcək

Avropa İttifaqı (Aİ) Çindən gətirilən elektrik avtomobillərinə cərimə rüsumları tətbiq etmək qərarına gəlib.
 
Moderator.az oxu.az-a istinadən bildirir ki, Avropa Komissiyası Çin avtomobillərinə 35%-ə qədər rüsum müəyyən edib.
 
Brüssel Pekini hökumət subsidiyaları vasitəsilə elektromobillərin qiymətlərini süni şəkildə aşağı salmaqda ittiham edir. Avropada iddia edirlər ki, bu, qlobal bazarlarda ədalətsiz rəqabət yaratmağa səbəb olur.
 
Bu mövqeyi əsasən Almaniyanın xarici işlər naziri Annalena Berbok sərgiləyir. O hesab edir ki, Avropa bazarını haqsız rəqabətdən qorumaq lazımdır.
 
"Çin əvvəllər polad və günəş enerjisi ilə etdiyi kimi, Avropa və Almaniya bazarlarını kütləvi şəkildə subsidiyalaşdırılan elektrik avtomobilləri ilə doldurmaq istəyir. Bu addım Çini təcrid etmək deyil, ədalətli rəqabəti təmin etmək deməkdir. Biz Çinlə ticarət müharibəsi istəmirik, lakin biz də Pekinin ədalətsiz və bazarı pozan təcrübələrdən istifadə etməyə davam etməsinə icazə verməməliyik", - deyə Almaniya xarici işlər naziri bildirib.
Link kopyalandı!
Son xəbərlər