Bizi sosial şəbəkələrdən izləyin:
Çorumun Osmancık rayonunda türk usta yanacaqsız hərəkət edən avtomobil icad edib.
Moderator.az publika.az-a istinadən xəbər verir ki, motosiklet ustası Kıyas Çətinin yeni ixtirası çox danışılır.
Öz sahəsində inqilabi olan bu ixtira hər kəsi sevindirib. Enerjini üzərindəki günəş panellərindən alan 3 təkərli avtomobili yanacaqsız sürmək olacaq.
Heç bir yanacaq sərf etmədən yük və sərnişin daşıya bilən bu vasitə görənləri valeh edir. İrəli-geri hərəkət edə bilən bu vasitə Türkiyədə bir ilk olaraq tarixə düşüb.