Bizi sosial şəbəkələrdən izləyin:
"Real"ın futbolçusu Antonio Rüdiger Almaniyanın Berlin şəhərindəki zooparkda cırtdan begemotlardan birini himayəyə götürüb.
Moderator.az axar.az-a istinadən xəbər verir ki, bu səbəbdən begemota müdafiəçinin adı verilib.
Qeyd edək ki, Berlində doğulan A.Rudigerin anası Afrika ölkəsi Syerra-Leonedəndir. Cırtdan begemotlar bu ölkədə təbii şəraitdə yaşasa da, onların sayı 2500-ə yaxındır. Zooparkla əməkdaşlıq sayəsində futbolçu bu begemot növünün qorunması üçün kampaniyanı gücləndirməyə ümid edir.