"Xoşbəxtlik fərdi dəyərlərdən asılıdır, xoşbəxtlik ardınca qaçmaq sizi bədbəxt edə bilər..."
Xoşbəxtlik göründüyü kimi heç də həmişə asan deyil. Bəzi xoşagəlməz həqiqətlər var ki,
xoşbəxtliyə can atılmasını müşayiət edir.
Moderator.az xəbər verir ki, bu barədə "Hack Spirit" nəşri yazıb.
Xoşbəxtlik haqqında 7 naqolay həqiqət bunlardır:
1. Xoşbəxtlik daimi deyil
Biz müəyyən pilləyə və ya məqsədə nail olduğuqda həmişəlik xoşbəxt olacağımızı düşünəndə tez-tez tələyə düşürük. Lakin həyatda belə olmur.
2. Xoşbəxtlik subyektivdir
Xoşbəxtlik insandan insana dəyişir və fərdi dəyərlərdən, təcrübədən və qavrayışdan asılıdır. Biz tez-tez öz xoşbəxtliyimizi başqalarının xoşbəxtliyi ilə müqayisə edəndə tələyə düşürük.
3. Xoşbəxtlik ardınca qaçmaq sizi bədbəxt edə bilər
Tədqiqatlar göstərir ki, xoşbəxtlik ardınca nə qədər çox qaçsanız, özünüzü həqiqətən xoşbəxt hiss etmək ehtimalı bir o qədər azalacaq.
4. Xoşbəxtlik mənfi emosiyaların mövcud olmaması demək deyil
Geniş yayılan yanlışlıq belədir: xoşbəxt olmaq heç vaxt kədər, qəzəb və ya qorxu hiss etməmək deməkdir. Lakin bu, həqiqətdən çox uzaqdır.
5. Xoşbəxtlik maddi zənginliklə bağlıdır
Pulun rahatlığı və təhlükəsizliyi təmin etməsinə rəğmən, xoşbəxtliyə zəmanət vermir. Əsl sevinc təcrübədən, münasibətlərdən və şəxsiyyətin inkişafından yaranır.
6. Xoşbəxtlik səylər tələb edir
Gəlin, həqiqətin gözünə baxaq: xoşbəxtlik sadəcə olaraq baş vermir. Bu, bir dəfə yuxudan oyanmaqla heç nədən yaranan nəsnə deyil. Bu, şüurlu səylər, praktika, bəzən isə böyük, ağır zəhmət tələb edir.
Stenford Universitetinin tədiqatına görə, psixoloji rifaha kömək edən fəaliyyətlə məşğul olmaq uzunmüddətli xoşbəxtliyə gətirib çıxara bilər. Bu tədqiqat göstərib ki, meditasiya, fiziki məşğələlər və sosial əlaqələr həyatdan məmnunluğu yüksəldir.
7. Xoşbəxtlik təyinat məntəqəsi deyil, səyahətdir
Bəlkə də xoşbəxtlik haqqında ən mühüm həqiqət bundan ibarətdir. Xoşbəxtlik yoxuş və enişlər, yaxşı və pis günlərlə dolu fasiləsiz prosesdir.