3 şampan şərabı, 1 şüşə konyak - Baş katibləri təəccübləndirməyi bacaran nazir içki normasını da özü tənzimləyib
Maraqlı
Oxunub: 1624
26 Jul 2024 | 13:32
3 şampan şərabı, 1 şüşə konyak - Baş katibləri təəccübləndirməyi bacaran nazir içki normasını da özü tənzimləyib

1964-cü ildə Brejnev hakimiyyətə gəldikdən sonra kadr islahatlarına başlayanda növbə SSRİ maliyyə naziri Vasili Qarbuzova da çatıb. 1960-cı ildə Nikita Xruşovun təşəbbüsü ilə nazir təyin olunan Qarbuzov Brejnevin qəbuluna dəvət olunub. Nazir yaxşı anlayıb ki, onu Brejnevə Xruşovun kadrı kimi təqdim ediblər və vəzifədə qalması sual altındadır.

Qarbuzov Brejnevin kabinetinə daxil olan kimi özünü baş katibə təqdim edib:

  • SSRİ-nin maliyyə naziri Vasili Qarbuzov. Heç bir siyasi qruplaşmanın üzvü deyiləm. Partiyanın istənilən qərarını birmənalı şəkildə qəbul etməyə hazıram.
  • QARBUZ.jpg (38 KB)

Bu cür təqdimat Brejnevin xoşuna gəlib:

  • Siz niyə elə düşünürsünüz ki, partiya sizin haqqınızda hansısa qərarı verəcək? Biz sizi Mərkəzi Komitəyə ölkənin maliyyə sahəsindəki vəziyyəti araşdırmaq üçün çağırmışıq...

Beləliklə, nazirin baş katiblə görüşü sırf problemlərin həlli ilə bağlı olub, Qarbuzov mövcud problemlər haqqında Brejnevə məruzə edib, iki saatlıq görüş zamanı baş katib maliyyə sistemi ilə bağlı müvafiq qurumlara göstərişlər verib...

1911-ci ildə Belqorodda fəhlə ailəsində anadan olan Qarbuzov orta məktəbi bitirdikdən sonra ilk əmək fəaliyyətinə Xarkovda dülgər köməkçisi kimi başlayıb. Sonradan özünün söylədiyi kimi, nə qədər cəhd etsə də, rəndə onun əlinə yatmayıb və o, ali təhsil almağa qərar verib. Qarbuzov Xarkov Maliyyə-İqtisad İnstitutunda ali təhsil alıb, daha sonra aspiranturada oxuyub.

Ali təhsilli mütəxəssis kimi Qarbuzov fəaliyyətinə oxuduğu institutda başlayıb. O, bu təhsil ocağında kurs rəhbəri, metodist, dekan, kafedra müdiri vəzifələrində çalışıb. 1939-cu ildə Kommunist Partiyasına üzv olub.

1941-ci ildə partiya xətti ilə Qarbuzovu Qırğızıstana göndəriblər. O, bu respublikada Maliyyə Nazirliyində idarə rəisinin müavini və nazirliyin katibliyinin baş məsləhətçisi vəzifələrini daşıyıb. 1944-cü ildə Qarbuzov yeni vəzifəyə təyinat alıb. O, Kiyev Maliyyə-İqtisad İnstitutuna rəhbərlik edib.

MALİYYE.jpg (125 KB)

Müharibədən sonrakı illərdə daha çox zərər görmüş Ukraynada büdcə, maliyyə, tikinti, planlaşdırma işlərinin daha mükəmməl aparılması üçün bütün bu işlər Ukrayna Dövlət Plan Komitəsinə sədr təyin edilən Qarbuzova həvalə edilib.

Bu vəzifədəki iki illik fəaliyyətində Qarbuzov daha çox tanınıb. Onun planlaşdırmaları, proqnozları, vəsait bölgüsü, büdcəyə qənaəti Moskvada yüksək qiymətləndirilib və 1952-ci ildə Qarbuzov SSRİ maliyyə nazirinin müavini, 1953-cü ildə birinci müavin, 1960-cı ildə isə nazir vəzifəsinə təyinat alıb.

Qarbuzovun özünəməxsus iş prinsipi olub. Hamıya açıq olan nazir Mərkəzi Komitə rəhbərləri ilə də açıq danışmaqdan heç vaxt çəkinməyib.

Adətən Brejnevin hakimiyyəti illərində baş katib Kremli tərk etməyənə qədər nazirlər və komitə sədrləri də öz kabinetlərində oturublar. Qarbuzov üçün bu “qanun” işləməyib. Xüsusilə ölkədə mötəbər tədbirlər keçiriləndə Mərkəzi Komitədən nazirlərin yerində olub-olmaması daha çox yoxlanılıb. Belə günlərin birində Mərkəzi Komitənin katibi Konstantin Çernenko Qarbuzova zəng vurub, hansısa bir maliyyə məsələsi müzakirə olunduqdan sonra Çernenko nazirdən soruşub:

  • Vasili Fyodoroviç, siz bu gün axşam saat altıdan sonra işdə olacaqsınız?
  • Əlbəttə ki, yox, mən axmaq deyiləm.

Bu cavab Çernenkonu çaşdırıb:

  • Cavabınızı anlamaqda çətinlik çəkirəm. Mərkəzi Komitənin katibləri, şöbə müdirləri, elə baş katib də bir çox vaxtlarda axşamdan xeyli keçmiş işdən çıxırlar. Belə çıxır ki, onlar axmaqdırlar?
  • Bunu siz dediniz, mən bu məsələyə münasibət bildirə bilmərəm.

Çernenko nazirlə bu danışığını dərhal Brejnevə çatdırıb. Bir neçə gündən sonra Qarbuzov Brejnevin qəbulunda olanda baş katib həmin söhbəti nazirə xatırladıb. Qarbuzov dediklərini danmayıb və fikirlərini əsaslandrmağı bacarıb:

  • Leonid İliç, Mərkəzi Komitədə məruzələr yazılır, məktublara cavab verilir, hər hansı bir görüşə hazırlıq işləri aparılır və s. Bu işdə hər hansı bir yanlışlığa yol vermək ehtimalı demək olar ki, sıfıra bərabərdir. Bizdə isə hər şey tam fərqlidir. Böyük bir rəqəmdə bir sıfırın artıq, yaxud əskik olması büdcəni alt-üst edə bilər. Buna görə də mən çalışıram ki, iş zamanı nə özüm, nə də əməkdaşlarım yorğun olsunlar. Axı biz rəqəmlərlə işləyirik.

Brejnev nazirin cavabı ilə razılaşıb.

Qarbuzovla Brejnev arasındakı maraqlı hadisələrdən biri isə 1979-cu ildə büdcə müzakirəsi zamanı baş verib. Bəzi nazirlər və komitə sədrləri, xüsusilə Brejnevlə yaxın münasibətdə olanlar baş katibə rəhbərlik etdikləri qurumda maaşların az olması ilə bağlı şikayət ediblər və bildiriblər ki, Maliyyə Nazirliyində maaşlar yüksək olduğu halda bizdə olduqca aşağıdır, büdcə müzakirəsi zamanı isə maaşların artırılmasına Qarbuzov imkan vermir. Növbəti qəbulların birində Brejnev bu məsələni nazirə çatdırıb, bildirib ki, dövlət qurumları maaşlarından razı deyillər. Qarbuzov Brejnevə diqqətlə qulaq asıb və özünü heç də müdafiə etməyə çalışmayıb, o, sadəcə baş katibə bir cümlə və bir xahişlə cavab verib:

  • Leonid İliç, mən sizi və həmkarlarımın şikayətlərini başa düşdüm. Sizdən bir xahişim olacaq, sabah məni 5-10 dəqiqəlik qəbul edin.

Brejnev bu xahişi qəbul edib və səhərisi gün üçün vaxt təyin olunub. Növbəti gün Qarbuzov baş katibin qəbuluna bir qovluq sənədlə gəlib. O, qovluğu açaraq içindəki sənədləri sıra ilə Brejnevin iş masasının üstünə düzüb. Sənədlər yüksək maaş alan qurumlardan aşağı maaş alan qurumların sırası ilə düzülüb. Yəni bu sənədlərdə dövlət qurumlarının büdcələri əks olunub. Sonuncu yerdə Maliyyə Nazirliyinin sənədi yer alıb.

QORBA.jpg (119 KB)

Qarbuzov baş katibə kiçik bir şərh verib:

  • Buyurun baxın, Leonid İliç, sonuncu yerdə Maliyyə Nazirliyinin sənədləridir. Bəli, biz nazirliklər arasında ən aşağı maaş alan qurumuq.

Bir neçə gündən sonra dövlət büdcəsinin müzakirəsində iştirak edən Brejnev bir neçə cümlə ilə şikayətlərə son qoyub:

  • Qarbuzova toxunmayın, onun işinə müdaxilə etməyə cəhd göstərməyin. Maliyyə naziri kimə nə qədər cib açdığını yaxşı bilir.

Qarbuzov həyatda olduğu kimi nazir kürsüsündə də sadə bir insan olub. Sıravi əməkdaşlar kimi o da nazirliyin ümumi yeməkxanasında nahar edib. Əlamətdar günlərdə və əməkdaşların ad günlərində nazirliyin yeməkxanasında kiçik bir təntənə təşkil edilməsinə icazə verib və özü də onlara qoşulub. O ki qaldı belə günlərdə içki məsələsinə, nazir bu işi də özü tənzimləyib, 12 nəfərə 3 şampan şərabı və bir şüşə konyak. Ondan normanın məhz nəyə görə belə müəyyənləşdirdiyini soruşanda Qarbuzovun cavabı maraqlı olub:

  • Bu həddə qədər içəndə rəqəmlər yerində olur, onu aşanda rəqəmlər də çaşbaş düşür.

Qeyd edək ki, Vasili Qarbuzov düz 25 il, ömrünün son gününə qədər nazir kürsüsündə əyləşib. O, 1985-ci ildə, 74 yaşında vəfat edib. /Musavat.com/

Oxşar xəbərlər
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi