Stalinin avtomobil hədiyyə etdiyi cərrah – həmkarları onu “qızıl əllər” adlandırıb...  
Maraqlı
Oxunub: 2104
03 Jul 2024 | 14:47
Stalinin avtomobil hədiyyə etdiyi cərrah – həmkarları onu “qızıl əllər” adlandırıb...  
O, siyasətdən uzaq adam olub, nə siyasi proseslərə, nə də bolşevik hərəkatına qoşulmayıb.
 
Amma buna baxmayaraq Vladimir Rozanov öz iradəsindən asılı olmayaraq tez-tez birincilərin ətrafında görünüb. Həmkarları tərəfindən “qızıl əllər” adını qazanan cərrah Rozanov öz dövründə sovet liderlərinin inandığı və güvəndiyi həkimlərdən biri sayılıb.
 
1872-ci ildə Moskvada anadan olan Rozanov orta təhsilini başa vurduqdan sonra Moskva Universitetinin tibb fakültəsində ali təhsil alıb. 1910-cu ildə o, ilk olaraq Moskvada Botkin adına xəstəxanada cərrahiyyə şöbəsini yaradıb və ona rəhbərlik edib.
 
Siyasətə maraq göstərməyən Rozanov siyasətçilərdən nə qədər uzaq olmaq istəsə də peşə fəaliyyətinə görə dövlət məmurları ilə tez-tez üzləşməyə məcbur qalıb. Hətta həkimlərlə ünsiyyətdə olmağı sevməyən Leninin və Stalinin də ona işi düşüb.
 
aea19ca0e1c53473eb946e4fefa18da7.jpg (42 KB)
 
1918-ci ilin avqust ayında Lenin sui-qəsd nəticəsində ciddi xəsarət alanda həkimlər onun həyatını xilas edə biliblər. Amma Lenin həmin müalicələr zamanı bədənində qalmış qəlpəni çıxarmağı həkimlərə icazə verməyib. Bəlkə də o, həkimlərə etibar etməyib. Dörd ildən sonra həmin qəlpə Leninin səhhətində ciddi problemlər yaradıb. Həkimlər qəlpənin bədəndən çıxarılmasını zəruri sayanda Lenin cərrahiyyə əməliyyatının kim tərəfindən keçiriləciyini çox düşünüb. Nəhayət, o, məsələ ilə bağlı öz fikrini məktubla Stalinə də bildirib. Bu günə kimi də arxivdə saxlanılan həmin məktubda aşağıdakılar qeyd edilib:
 
“Əməliyyatım üçün Almaniyadan cərrah Borxardt dəvət olunub. Yoldaş Semaşkonun (Rusiyanın xalq səhiyyə komissarı) söylədiyinə görə bizim cərrah Vladimir Rozanov da bu işdə yüksək peşəkardır. Hər halda Semaşko həkimləri yaxşı tanıyır. Belə düşünürəm ki, əməliyyatda hər iki cərrahın iştirakı daha düzgün seçim olar...”
 
Stalin Leninə düzgün qərar çıxardığını bildirib. Belə ki, hələ bir il öncə, 1921-ci ildə Rozanov Stalinin özünü əməliyyat edib. Düzdür, əvvəlcə Rozanov bu əməliyyatı boynuna götürmək istəməyib. Müayinədən sonra cərraha aydın olub ki, Stalinin problemi təkcə kor bağırsağında deyil, həmçinin onun yoğun bağırsağına da müdaxilə etmək lazım gələcək və bu məsuliyyətdən yayınmağa çalışıb. Ancaq sonda Rozanov bu əməliyyata partiyanın tapşırığı adı altında razılaşmağa məcbur qalıb. Əməliyyat uğurla sona çatsa da, təhlükə yalnız beş gündən sonra tam sovuşub.
 
get_img (1).jpeg (66 KB)
 
Rozanovun iştirakı ilə Leninin əməliyyatı da uğurla keçib. Alman cərrah Lenini əməliyyatdan sonra evə buraxmaq istəsə də Rozanov onu iki gün xəstəxanada saxlamağı vacib sayıb. Rus cərrahın bu təkidi alman cərrahın əsəbiləşməsinə və narahatlığına səbəb olub. Bu fikir ayrılığından sonra elə həmin gün Rozanov özünü sığortalamaq üçün Stalinə rəsmi məktub göndərib:
 
“Nəzərinizə çatdırıram ki, Vladimir İliç Leninin üzərində keçirdiyimiz əməliyyat uğurlu oldu. Onun bədənində müxtəlif fəsadlar yaradan qəlpə çıxarıldı. Hazırda Lenin özünü tam normal hiss edir. Alman mütəxəssislər əməliyyatdan sonra onun evə buraxılması ilə bağlı qərarlarını bildirdilər. Mən bu qərarla razılaşmıram, bir-iki gün Leninin xəstəxanada həkim nəzarəti altında qalmasını vacib sayıram. Əks təqdirdə qarşıdakı günlərdə Leninin səhhətində yarana biləcək problemlərə görə mən məsuliyyət daşımayacağam...”
 
Rozanov yazdığı məktubu həmin gün köməkçi vasitəsi ilə Stalinə çatdıra bilib və elə həmin gün də Stalin məktuba reaksiya verib. Lenin iki gün xəstəxanada saxlanılıb.
 
Stalin Rozanovun xidmətlərini unutmayıb. O, 1929-cu ildə Rozanova Kreml xəstəxanasının cərrahiyyə şöbəsinə rəhbərlik etməyi təklif edib. Cərrah bu təkliflə razılaşmayıb. Stalin səbəbini soruşanda, Rozanov xəstəxanada tibbi avadanlıqların çatışmazlığından şikayətlənib. Şikayətə Stalin özünəməxsus cavab verib:
 
-Siz yeni iş yerinizə çatana qədər xəstəxana lazımi avadanlıqlarla təmin olunacaq. Sizə o qalır ki, mənə lazım olan avadanlıqların siyahısını təqdim edəsiniz...
 
5a163d_2625e7e122f1489485eddd90d8b1eb0b~mv2.jpg (51 KB)
 
Günlər ərzində xəstəxana lazımi avadanlıqlarla təmin edilib. Bununla yanaşı Stalin Rozanova şəxsi avtomobil də hədiyyə edib.
 
Kreml məmurları Rozanova xüsusi rəğbət göstəriblər, ona hörmətlə yanaşıblar. Hətta kobud və qaba xarakteri ilə fərqlənən Kaqanoviç də cərrahla görüşəndə zarafatından qalmayıb:
 
-Yoldaş Rozanov, mən sağlamam, ona görə sizin yanınıza gəlmirəm. Amma siz istədiyiniz vaxt mənim kabinetimə təşrif buyura bilərsiniz. İstənilən probleminizi həll etməyə hazıram.
 
Rozanovun yaxın gələcəkdə səhiyyə naziri təyin ediləcəyi də istisna edilməyib. Amma cərrahın ömrü buna imkan verməyib. Vladimir Rozanov 1934-cü ildə, 61 yaşında vəfat edib. Stalinin göstərişi ilə bütün dəfn xərclərini dövlət öz üzərinə götürüb. /Musavat.com/
 
Oxşar xəbərlər
05 Jul 2024 | 23:45
Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov KİMDİR? - DOSYE
05 Jul 2024 | 23:11
"Bu 5 məhsul yayda tərləməni azaldacaq..."
05 Jul 2024 | 22:51
Azərbaycanlı aktrisa nişanlandı
05 Jul 2024 | 22:41
"Mən sağlamam, arayışım var" - Bayden demokratları sakitləşdirib
05 Jul 2024 | 22:40
"Rusiya hava limanlarına zərbələrə icazə olmadan ATACMS raketlərinin heç bir xeyri yoxdur" - Zelenski
05 Jul 2024 | 22:25
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib
05 Jul 2024 | 22:18
Təcavüzkar idmançı Olimpiadadan uzaqlaşdırılacaq? – 20 min imza toplandı
05 Jul 2024 | 22:10
AVRO-2024: İspaniya - Almaniya matçının əsas vaxtı heç-heçə yekunlaşdı
05 Jul 2024 | 22:03
Məşhur aktyor insanlara hücum etdi
05 Jul 2024 | 21:50
Qəzaya düşən Suriya prezidentinin müşaviri xəstəxanada keçinib
05 Jul 2024 | 21:45
"Putin və Əsədə dəvət məktubu göndərə bilərik"
05 Jul 2024 | 21:40
Pensiyalarla bağlı şad xəbər - Artım olacaq
05 Jul 2024 | 21:33
Küncüt əzməsi-  XƏSTƏLİKLƏRƏ ÇARƏ
05 Jul 2024 | 21:28
KİV: Ağ ev Baydenin sağlamlığından getdikcə daha çox narahat olur
05 Jul 2024 | 21:23
67 yaşlı aktyor fəhləlik edir?
05 Jul 2024 | 21:15
Sumqayıtda üzərinə şüşə düşən 12 yaşlı qız ölüb
05 Jul 2024 | 21:10
Dırnaqlarınız gözəl görünsün istəyərkən xərçəng ola bilərsiniz – DİQQƏT!
05 Jul 2024 | 21:05
Kolleclərə yeni direktorlar təyin olundu
05 Jul 2024 | 21:03
“Hər kəs imkanı daxilində Qarabağın dirçəlişinə öz töhfəsini verməlidir”
05 Jul 2024 | 20:48
General-polkovnik istefaya getdi, yeni komandan o oldu - FOTO
05 Jul 2024 | 20:40
Atlantik okeanından 89 miqrantın cəsədi çıxarıldı
05 Jul 2024 | 20:35
Evdən işləmək kimlər üçün daha çətindir?
05 Jul 2024 | 20:30
Salome Zurabişvili: Gürcüstan hökuməti ABŞ-la strateji əməkdaşlığı təhlükə altına atır
05 Jul 2024 | 20:25
“Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsindən azad olunub
05 Jul 2024 | 20:20
Ali məktəblərə qəbul balları artırılacaq?
05 Jul 2024 | 20:14
Azərbaycanda "Green Card" udan ƏMƏKDAR ARTİST- Ölkədən gedəcək?
05 Jul 2024 | 20:10
Azər Həsrətdən bozqurd işarəsi ilə bağlı SƏRT İSMARIŞ: “Hər kəs həddini bilsin, yerində otursun...”
05 Jul 2024 | 20:06
Bu daş ürək, qan-damar sisteminə müsbət təsir göstərir
05 Jul 2024 | 19:57
Azərbaycan kino bazarında YENİLİK: Hind filmləri gəlir…
05 Jul 2024 | 19:52
Medianın İnkişafı Agentliyində maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüş təşkil olunub
05 Jul 2024 | 19:38
Azyaşlı hovuzda boğularaq ölüb
05 Jul 2024 | 19:25
Qızmar istilər dəri xərçənginə səbəb ola bilər — HƏKİM
05 Jul 2024 | 19:19
8 yaşlı oğlan qəhrəman elan edildi
05 Jul 2024 | 19:13
Gənc qız binadan düşdü və...
05 Jul 2024 | 19:00
Müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxs yüksək texnologiyalı xüsusi idman protezləri ilə təmin edildi
05 Jul 2024 | 18:52
“Heydər Əliyev qiyamçılara qarşı hərbi qüvvə yeritdi, Rövşən Cavadov yaralandı və...”
05 Jul 2024 | 18:24
Ədalət Şükürov evini nümayiş etdirdi - VİDEO
05 Jul 2024 | 18:19
"Bir vaxtlar imkanlı ailələrin düşüncəsində ən prestijli ixtisaslar hüquqşünaslıq və tibb sahəsi idi" — AÇIQLAMA
05 Jul 2024 | 18:18
Erməni bloger ad gününü Azərbaycanda qeyd etdi - VİDEO
05 Jul 2024 | 18:12
“Putin Rusiyası ilə birləşməyin sonuclarından ehtiyat edin”- ABŞ senatoru Azərbaycana…
05 Jul 2024 | 18:10
İlham Əliyev Hakan Fidanı qəbul etdi - YENİLƏNİB
05 Jul 2024 | 18:07
Çimərliyin tualetində qadınları videoya çəkənlər həbs olundu
05 Jul 2024 | 18:05
Prezident Şuşada Ersin Tatarı qəbul etdi - YENİLƏNİB + FOTO
05 Jul 2024 | 18:00
Onlayn media subyektlərinin rəhbərləri ilə görüş keçirildi - FOTOLAR
05 Jul 2024 | 17:55
Azərbaycanlı aktrisa 11 milyonluq saat taxır? - Özü danışdı
05 Jul 2024 | 17:50
UNEC rektoru abituriyent və valideynlərlə görüşüb - FOTO
05 Jul 2024 | 17:45
"9 nəsnə həmişə sirr olaraq qalmalıdır" - Psixoloqlardan TÖVSİYƏ
05 Jul 2024 | 17:40
İlham Əliyev Şuşada TDT-nin Baş katibini qəbul etdi - YENİLƏNİB
05 Jul 2024 | 17:35
Şəhid Rəşad Atakişiyevin xanımına vəzifə verildi - FOTO
05 Jul 2024 | 17:30
MDB: Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi göndərməyə hazırıq
05 Jul 2024 | 17:25
Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA
05 Jul 2024 | 17:20
İlham Əliyev Dövlət Xidmətləri Mərkəzinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
05 Jul 2024 | 17:15
Prezident Aşağı Gövhər Ağa məscidinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
05 Jul 2024 | 17:12
Bölgələrdə sarı və narıncı xəbərdarlıq edildi - FOTO
05 Jul 2024 | 17:10
İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında - YENİLƏNİB + FOTO
05 Jul 2024 | 17:05
Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında - YENİLƏNİB + FOTO
05 Jul 2024 | 17:00
Prezident “Palace” hotelinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
05 Jul 2024 | 16:57
Səhiyyə Nazirliyi əhaliyə MÜRACİƏT ETDİ
05 Jul 2024 | 16:55
Xankəndi Konqres Mərkəzinin təməli qoyuldu - YENİLƏNİB + FOTO
05 Jul 2024 | 16:50
İlham Əliyev “Qarabağ” hotelinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
05 Jul 2024 | 16:45
Rusiya bitirmək istəyir, ABŞ hədələyir, Kiyev isə... - “cücələr”payızda sayılacaq?
05 Jul 2024 | 16:40
Putinin macar dostu "sülh missiyası" ilə Moskvaya gəldi, Avropa İttifaqı münasibət bildirdi
05 Jul 2024 | 16:35
Prezident Qarabağ Universitetində görülən işlərlə tanış oldu - YENİLƏNİB + FOTO
05 Jul 2024 | 16:30
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 Jul 2024 | 16:27
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başlayıb - FOTO
05 Jul 2024 | 16:25
Prezident İlham Əliyev Xocalı hava limanında oldu - YENİLƏNİB + FOTO/VİDEO
05 Jul 2024 | 16:22
“ATƏT PA-nın bu yanaşması Prezidentin və diplomatiyamızın növbəti uğurdur” – Azay Quliyev
05 Jul 2024 | 16:20
Kürdə batan şəxslərin axtarışları davam etdirilir - VİDEO
05 Jul 2024 | 16:16
Ərdoğandan bozqurd məsələsinə təpki: “Bəs siz niyə xoruzlanırsınız?”
05 Jul 2024 | 16:12
Xatirə yeni bağ evi aldı - FOTO
05 Jul 2024 | 16:08
Abituriyent ixtisas seçimini necə aparmalıdır: Şans və risk... – Qızıl qaydalar
05 Jul 2024 | 16:04
Azərbaycan karateçisi Dünya Kubokunda üçüncü oldu
05 Jul 2024 | 16:00
Təhsil tələbə kreditlərinə müraciətlərin qəbuluna BAŞLANILDI
05 Jul 2024 | 15:55
Mikayıl Müşfiq küçəsində asfaltlanma işləri icra olunur - VİDEO
05 Jul 2024 | 15:50
Vidadi İsayev Bərdənin Yeni Daşkənd kəndində səyyar qəbul-görüşü keçirdi - FOTOLAR
05 Jul 2024 | 15:45
BDU-nun magistraturasına qəbul olan şəxslərin nəzərinə!
05 Jul 2024 | 15:40
"İsrail-HƏMAS danışıqlarında gerçək irəliləyiş şansları var" - "Reuters"
05 Jul 2024 | 15:35
Yayda bu qidaları yemək ölümcül ola bilər
05 Jul 2024 | 15:33
Sadır Japarov Azərbaycana gəldi
05 Jul 2024 | 15:30
Bu şəxslər dənizdə uzun müddət qalmamalıdırlar! – Həkimdən infarkt XƏBƏRDARLIĞI
05 Jul 2024 | 15:20
Rəşad Dağlının oğlu ilə görüntüləri yayıldı - VİDEO
05 Jul 2024 | 15:15
DƏHŞƏT: ana doğuş zamanı, körpə sonra öldü
05 Jul 2024 | 15:10
UEFA-dan "bozqurd" işarəsinə görə Merih Demirala SƏRT CƏZA - FOTO
05 Jul 2024 | 15:05
İran səfiri ermənilərə xəbərdarlıq etdi
05 Jul 2024 | 15:00
Həkimlər də işə qəbul üçün imtahan VERƏCƏKLƏR
05 Jul 2024 | 14:55
“Nar” Azərbaycanda turizmin inkişafını dəstəkləyir - FOTO
05 Jul 2024 | 14:46
Pensiyalarla bağlı şad xəbər - Artım olacaq
05 Jul 2024 | 14:41
Qarabağ Universiteti belə olacaq - FOTOLAR
05 Jul 2024 | 14:36
Ölkə ərazisində isti hava şəraiti müşahidə olunur
05 Jul 2024 | 14:30
Qırğızıstanda hakimiyyətin zorla ələ keçirilməsi cəhdinin qarşısı alınıb
05 Jul 2024 | 14:25
"Mövcud beynəlxalq sistem Qəzzada çöküb" - Ərdoğan
05 Jul 2024 | 14:23
İlham Əliyev İsa bulağında çay içdi - FOTO
05 Jul 2024 | 14:20
Ramiz Mehdiyevin kürəkəninə qarşı İDDİA təmin olundu
05 Jul 2024 | 14:15
Tramp Baydeni qaydasız debat keçirməyə dəvət edib
05 Jul 2024 | 14:10
Gənc oğlanın tanış olduğu qadınla oteldə davası: "Dedi, yalnız bir dəfə..." – ŞOK
05 Jul 2024 | 14:05
Maqadan düşərgəsinin dəhşətləri – uran yataqlarında 450 min nəfərin həyatına son qoyulub
05 Jul 2024 | 14:00
Dezodorantın tərkibində bu maddə varsa, almayın - Xərçəng yaradır
05 Jul 2024 | 13:56
Bakıda avtomobili qaçıran şəxs saxlanıldı
05 Jul 2024 | 13:51
Aeroport şosesində baş verən qəza sıxlığa səbəb oldu
05 Jul 2024 | 13:45
Halal hotellər kimlər üçündür... - DETALLAR AÇIQLANDI
GÜNLÜK
05 Jul 2024 | 07:00
Əgər ağcaqanadın sizi sancmamasını istəyirsinizsə...
05 Jul 2024 | 08:43
“Kəlbəcərdəki Zod qızıl yatağı ərazisində sərhədin 1975-1976-cı illərin xəritələri üzrə dəqiq çəkilməsi problemini həll etməliyik...”
05 Jul 2024 | 13:34
VI çağırış Milli Məclisin ən yaşlı deputatları - Onlar yenidən seçiləcəkmi? - MARAQLI SORĞU
05 Jul 2024 | 07:17
Azərbaycanda bu tarixdə GÜCLÜ istilər olacaq: 50 dərəcədən yuxarı...
05 Jul 2024 | 16:55
Xankəndi Konqres Mərkəzinin təməli qoyuldu - YENİLƏNİB + FOTO
05 Jul 2024 | 16:50
İlham Əliyev “Qarabağ” hotelinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
05 Jul 2024 | 17:00
Prezident “Palace” hotelinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
05 Jul 2024 | 08:00
İsti havada qəhvə içmək olarmı?
05 Jul 2024 | 07:30
Paket çaylar qəfil ürək dayanmasına səbəb olur
05 Jul 2024 | 07:29
III Dünya savaşına hazırlıq?- ABŞ ən müasir qırıcılarını Yaponiyaya yerləşdirir...-XƏRİTƏ
HƏFTƏLİK
01 Jul 2024 | 11:44
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
29 Jun 2024 | 10:16
“Yaşadığıma görə xəcalət çəkirəm” - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO
30 Jun 2024 | 20:14
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
04 Jul 2024 | 06:40
Bakıda bu tarixdə yeni metrostansiya açılacaq
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
02 Jul 2024 | 16:50
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
29 Jun 2024 | 10:30
Tərk edilmiş və xarabalığa dönmüş evlər, yolsuz və susuz diyar - Şamaxının bu kəndində hələ də "daş dövrüdür" - ŞİKAYƏT-VİDEOLAR+ÖZƏL
30 Jun 2024 | 11:36
Zəng edib insanları aldadırlar: Yeni dələduzluq növü yayılıb - XƏBƏRDARLIQ
30 Jun 2024 | 07:40
Bakıda əmək haqqı 40 manat artdı- orta aylıq əmək haqqı 1 282 manat...
29 Jun 2024 | 19:25
Toyuğu kəsib yeməsəniz,nə qədər yaşayacaq? - Gözlənilməz CAVAB
AYLIQ
05 Jul 2024 | 07:00
Əgər ağcaqanadın sizi sancmamasını istəyirsinizsə...
05 Jul 2024 | 08:43
“Kəlbəcərdəki Zod qızıl yatağı ərazisində sərhədin 1975-1976-cı illərin xəritələri üzrə dəqiq çəkilməsi problemini həll etməliyik...”
05 Jul 2024 | 13:34
VI çağırış Milli Məclisin ən yaşlı deputatları - Onlar yenidən seçiləcəkmi? - MARAQLI SORĞU
05 Jul 2024 | 07:17
Azərbaycanda bu tarixdə GÜCLÜ istilər olacaq: 50 dərəcədən yuxarı...
05 Jul 2024 | 16:55
Xankəndi Konqres Mərkəzinin təməli qoyuldu - YENİLƏNİB + FOTO
05 Jul 2024 | 16:50
İlham Əliyev “Qarabağ” hotelinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
05 Jul 2024 | 17:00
Prezident “Palace” hotelinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
05 Jul 2024 | 08:00
İsti havada qəhvə içmək olarmı?
05 Jul 2024 | 07:30
Paket çaylar qəfil ürək dayanmasına səbəb olur
05 Jul 2024 | 07:29
III Dünya savaşına hazırlıq?- ABŞ ən müasir qırıcılarını Yaponiyaya yerləşdirir...-XƏRİTƏ