Stalinin anasının zamin durduğu general - Keke keçmişini unutmayıb...
Maraqlı
Oxunub: 2897
04 Jun 2024 | 12:18
Stalinin anasının zamin durduğu general - Keke keçmişini unutmayıb...
Stalinin anası Yekaterina Cuqaşvili (Geladze) 1858-ci ildə Qorinin Qambareuli kəndində anadan olub. Uşaq vaxtı onu Keke deyə çağırıblar. O, 17 yaşında Vissarion Cuqaşvili ilə ailə həyatı qurub. Onların dünyaya gələn ilk övladları Georgi və Mixail elə uşaq ikən ölüblər. Üçüncü övladlarının, İosifin (Stalin) isə sağlamlığı heç də ürəkaçan olmayıb.
 
Yekaterina Cuqaşvili qətiyyətli və iradəli qadın olub. O, həyat yoldaşının əyyaşlığıyla, tüfeyli həyat tərzi ilə barışmayıb və sonda ayrılıblar. Ana yeganə oğlunu, Stalini böyütmək, təhsil vermək üçün bütün əziyyətlərə qatlaşıb, dərzilik sənətini öyrənib. Bununla da heç kimə möhtac olmayan Yekaterina Cuqaşvili oğlunun ehtiyac içində yaşamağına imkan verməyib. Hətta Keke bir müddət Yakov Eqnataşvilinin ailəsində xidmətçi də işləyib.
 
KEKE.jpg (29 KB)
 
Qeyd edək ki, Yakov Eqnataşvili Gürcüstanda tanınmış şərab tacirlərindən biri olub. Keke bu ailədə xidmətçi kimi işləsə də, Eqnataşvililər ailəsi ona heç də xidmətçi kimi deyil, ailənin bir üzvü kimi yanaşıblar. Keke bu münasibəti heç vaxt unutmayıb və ona edilən yaxşılıqların cavabını qaytarıb.
 
Yakov Eqnataşvilinin oğlu Aleksandr orta təhsilini başa vurduqdan sonra atası onu Moskvaya ali təhsil almağa göndərib. Ancaq Aleksandr elmə, təhsilə, oxumağa maraq göstərməyib, bir ildən sonra Moskvadan Qoriyə qayıdıb.
 
Fiziki imkanlarına görə həmyaşıdlarından fərqlənən Aleksandr bir müddət sirkdə işləyib, daş qaldırmaq, kəndir üstündə hərəkət, pəhləvan döyüşləri ilə populyarlaşıb. Oğlunun bu işindən narazı qalan Yakov Eqnataşvili Aleksandrı ticarətə cəlb edib, ona lazımi qədər pul verərək neft şəhəri olan Bakıda restoran açmağa göndərib.
 
Aleksandr Eqnataşvilinin Bakı həyatı uğurlu alınıb. O, bu şəhərdə Azərbaycan türkcəsini və ingilis dilini öyrənib. Açdığı restoranın qapısına “Sutka ərzində xidmətinizdəyik” yazısı müştərilərini artırıb. Restoranın sahibi olmasına baxmayaraq, o, bütün xörəkləri özü hazırlayıb, ən keyfiyyətli ərzaq məhsullarından istifadə edib.
 
EQNAT.jpg (43 KB)
 
Artıq öz gücünə kifayət qədər varlanan Aleksandr bir neçə ildən sonra atasının məsləhəti ilə Gürcüstana dönüb. Tiflisdə və Qoridə restoranlar açıb, şərab ticarəti ilə məşğul olub.
 
Sovet hökuməti qurulduqdan sonra Aleksandr Eqnataşvilinin şərab və restoran biznesi çöküb. Bir neçə il ərzində vergilərin məbləği o qədər yüksəlib ki, atasından qalmış bir neçə mülkü satmaq da onu vəziyyətdən çıxara bilməyib. Yeni hökumətin yeni sərt qanunları ilə vergidən yayındığına görə Aleksandr Eqnataşvili Tiflisdə həbs edilib.
 
Kiçik qardaşı Aleksandrı həbsdən azad etmək üçün Stalinin anası Kekedən kömək istəyib. Köhnə yaxşılıqları unutmayan Keke Aleksandrı həbsdən azad etmək üçün birbaşa Gürcüstan Mərkəzi İcraiyyə Komitəsinin sədri Filip Maxaradzenin yanına gedib. Sədr onu ehtiramla qarşılayıb və təmkinlə dinləyib. Bildirib ki, Aleksandr Eqnataşvilini həbsdən buraxmaq üçün bir nəfər ona zamin durmalıdır. Keke zamin durmağa hazır olduğunu bildirəndə Maxaradze məsələnin incəliyini Stalinin anasına belə başa salıb:
 
- Zamin duran şəxs həbsdən azad olan şəxsə cavabdehlik daşıyır. Biz Aleksandr Eqnataşvilini sərbəst buraxsaq da, onun Gürcüstandan çıxmasına icazə verməyəcəyik. Əgər o, respublikadan kənara çıxsa, gərək biz ona cavabdehlik daşıyan, zamin duran şəxsi həbs edək. Biz isə Stalinin anasını həbs edə bilmərik.
 
Söhbətin bu məcraya yönəlməsinə baxmayaraq, Kekenin zaminliyi ilə Aleksandr Eqnataşvilidən respublikadan kənara çıxmaması haqqında iltizam alaraq onu həbsdən buraxıblar.
 
EQNAT SON.jpg (30 KB)
 
Bütün bunlara baxmayaraq, iki gündən sonra Aleksandr Eqnataşvili Gürcüstandan Moskvaya gedib. O, Moskvada köhnə gürcü dostlarını tapıb, onların vasitəsi ilə Qoridəki qonşusu, Stalinin oğlu Yakovla görüşməyə müvəffəq olub. Yakov Eqnataşvili ilə Stalinin görüşünü təşkil edib.
 
Stalin Eqnataşvilinin əməllərinə sərt reaksiya versə də, anasını göz önünə gətirərək yumşaq qərar verib:
 
- Mən və bizim qurduğumuz hökumət qanunsuz ticarətin, vergidən yayınmanın əleyhinəyik, buna imkan verməyəcəyik. Buna görə də sənə qanuni iş təklif edəcəyəm, sahənə uyğun.
 
Sonra Stalin müvafiq qurumlara Aleksandr Eqnataşvilinin cinayət işinin xətm olunması ilə bağlı göstəriş verib və bildirib ki, o, artıq bizim işçimizdir.
 
Bununla da Aleksandr Eqnataşvilinin həyatının yeni mərhələsi başlanıb. O, bir müddət Krımdakı Kreml məmurlarına xidmət göstərən istirahət evlərinə rəhbərlik edib. Sonra o, Kreml komendaturasında Stalinin baş aşpazı kimi işə qəbul edilib. 1938-ci ildə “NKVD”yə qəbul olunaraq Stalinin mühafizə xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
 
Aleksandr Eqnataşvili Stalinin mətbəxinə, Kremldə, mənzilində və bağ evində ərzaq məhsullarının təminatına cavabdehlik daşıyıb. Bu məqsədlə o, Gürcüstanda xüsusi təsərrüfatlar yaradıb. Həmin təsərrüfatların fəaliyyətinin hər dəqiqəsi “NKVD”nin ən inanılmış əməkdaşları tərəfindən nəzarətdə saxlanılıb. Təsərrüfatdakı məhsullar yalnız Stalinin istifadəsi üçün nəzərdə tutulub.
 
Stalinin Aleksandr Eqnataşviliyə böyük inamı olub, bütün səfərlərində Eqnataşvili onu müşayiət edib. Öz işinin ustası olan Eqnataşvili Stalinin qida zövqünü tam təmin etməyi bacarıb. Təbii ki, bu bacarıq mükafatsız qalmayıb. Aleksandr Eqnataşvili yüksək dövlət mükafatları ilə təltif olunub, 1945-ci ildə isə baş aşpaz general-leytenant rütbəsinə layiq görülüb.
 
Eqnataşvili siyasi oyunlardan, konfliktlərdən uzaq bir adam olub. Yəqin elə buna görədir ki, Stalinin silahdaşları, hiyləgər Mikoyan da, amansız Beriya da, kaprizli Molotov da, heç kəsi saya salmayan Jdanov da ona hörmətlə yanaşıblar, onun qeyri-rəsmi görüşlərdə dostyana xahişlərini canla-başla yerinə yetiriblər.
 
Eqnataşvili onu həbsdən xilas edən Kekeni tez-tez xatırlayıb, Stalinin bağ evindəki məclislərdə süfrəyə dəvət olunanda Kekenin ruhu şərəfinə qədəh qaldırıb.
 
Stalinlə işlədiyi dövrdə Aleksandr Eqnataşvili qohum-əqrəbasını da unutmayıb. Oğlu Georgi “NKVD”nin əməkdaşı olaraq SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Nikolay Şvernikin şəxsi mühafizəsində xidmət edib, qardaşı Vasili Gürcüstan Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində işləyib, bacısının həyat yoldaşı Gürcüstanda teleqraf agentliyinin baş direktoru olub.
 
Aleksandr Eqnataşvili 1948-ci ildə, 69 yaşında vəfat edib. Onun Qoridəki dəfnində böyük izdiham yaşanıb. /Musavat.com/
 
Oxşar xəbərlər
22:10, Bu gün
Kabab üçün hansı ət seçmək lazımdır
22:00, Bu gün
Trampın qardaşı oğlu: Əmim Donald dəlidir
22:00, Bu gün
"Qarabağ" “Linkoln”i məğlub etdi
21:55, Bu gün
Elçin Əmirbəyov: "Biz heç vaxt sülhə bu qədər yaxın olmamışıq"
21:55, Bu gün
Çempionlar Liqası: "Qarabağ" darmadağınla "Linkoln"a qalib gəldi
21:50, Bu gün
Parisdə fransız məşqçi polislərlə davaya görə saxlanılıb
21:45, Bu gün
Ermənistan ordusu sərhəddən çəkilir? – MÜHÜM GƏLİŞMƏ
21:37, Bu gün
“Bizim qələbəmiz onların xəyallarının üstündən xətt çəkdi”
21:25, Bu gün
Məşhur müğənni konserti zamanı səhvən milçək uddu – VİDEO
21:18, Bu gün
Hər gün bu qədər çips və ya kraker yeyə bilərsiniz - Sağlamlıq üçün təhlükəsizdir
21:02, Bu gün
Kiberdələduzların yeni tələsi: “ƏDV GERİ AL” prosesi ilə bağlı saxta paylaşımlar edilir
20:56, Bu gün
Dollar üçün risklər artır: İnvestorlar ən yaxşı aktivi açıqladı
20:48, Bu gün
Bu 3 bürc "ÖLÜMSÜZDÜR"
20:40, Bu gün
300 min ildir yeyirik: püstənin müsbət və mənfi təsirləri
20:31, Bu gün
Azərbaycan boksçusu Olimpiadaya qələbə ilə başlayıb
20:23, Bu gün
“Bu bayağı mahnılar heç vaxt xalq mahnısı olmayacaq” - Xalq artisti
20:15, Bu gün
Böyükşorda günəş enerji qurğusu istismara verildi - FOTO
20:11, Bu gün
Azərbaycanda daha bir rəis vəzifəsindən azad edildi - RƏSMİ
20:03, Bu gün
Bakıda qadın sirkə turşusu içib öldü
19:55, Bu gün
40 saat  okeanda qalan cütlük xilas olundu
19:38, Bu gün
Yayda telefonunuzdan EHTİYATLI OLUN
19:30, Bu gün
“WhatsApp”dan YENİ FUNKSİYA: istifadəçilərin həyatını asanlaşdıracaq
19:23, Bu gün
Bu içki nikotin istəyini aradan qaldırmağa kömək edir
19:15, Bu gün
Çin Ermənistanla, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır - Çen
19:03, Bu gün
Növbəti tədris ili üçün ən arzuolunan qadağalar, keçirilməsi ən vacib fənn-TƏHLİL
18:55, Bu gün
130 nəfər ilan balığından zəhərləndi: 1 nəfər öldü
18:50, Bu gün
Mükafat qazanmayan cüdoçu Paris-2024-də evlilik təklifi alıb
18:45, Bu gün
Fürsəti əldən vermişik - Marukyan
18:38, Bu gün
İsraillə “Hizbullah” arasında genişmiqyaslı savaş mümkündürmü?- Sabiq baş diplomat...
18:32, Bu gün
Alimlər yaddaşı yaxşılaşdıran burun spreyi hazırlayıblar
18:28, Bu gün
“Google” sürücüsüz taksilərə əlavə 5 milyard dollar sərmayə qoyacaq
18:22, Bu gün
Rusiya vətəndaşlığı alanlar bir il orduda xidmət etməli olacaq
18:14, Bu gün
“London taksiləri”nin çürüdüyü yerdən FOTOLAR
18:08, Bu gün
1 stəkanı ilə bədəndə infeksiya qalmır
18:00, Bu gün
Medal qazanan müsəlman ölkələrin SİYAHISI-Azərbaycanın adı siyahıda varmı?
17:50, Bu gün
Küləkli hava şəraiti ilə bağlı SARI xəbərdarlıq
17:45, Bu gün
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTOLAR
17:40, Bu gün
Rusiya Ədliyyə Nazirliyi Alla Puqaçovanı "xarici agent" kimi tanımaq istəyir, lakin...
17:34, Bu gün
“Məni qayışla döymüsən” - Ramiz Novruzun qızı atasından danışdı - FOTO
17:28, Bu gün
“Tarqovı”da gənc qızdan qəribə hərəkətlər – VİDEO
17:22, Bu gün
Akif Nağının Milli Məclis üzvlüyünə namizədliyi təsdiq olundu...-FOTO
17:17, Bu gün
Ceyhun Bayramov pakistanlı səfiri qəbul etdi - FOTO
17:11, Bu gün
Hava ilə bağlı XƏBƏRDARLIQ -  Avqustun 1-i gündüzdən...
17:05, Bu gün
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
17:00, Bu gün
Tələbələrin köçürülməsi ilə bağlı YENİ QƏRAR
16:55, Bu gün
DSMF “Global Recognition Awards” beynəlxalq müsabiqəsində mükafata laiq görülüb
16:49, Bu gün
Ermənistanın sürətlə silahlanmasında ilginc hədəf – Qarabağ üzərindən…
16:43, Bu gün
Qəzza bölgəsində epidemiya baş qaldırıb - ÜST dərhal atəşkəs tələb edir
16:38, Bu gün
Qərb Venesuelanı itirmək istəmir - Maduro 11 ildən sonra yenə sınaqda - TƏHLİL + FOTO
16:32, Bu gün
Azərbaycanda bu taksi şirkəti bağlandı
16:26, Bu gün
Sürücülərə BƏD XƏBƏR - Bu maşınlar əlinizdə qala bilər
16:19, Bu gün
Universitetlərdə təhsilhaqqı artırılır: Səbəb də odur ki... - Ekspert
16:12, Bu gün
Sərnişinlərin NƏZƏRİNƏ! 300-dən çox avtobus bu prospektə daxil olmayacaq
16:06, Bu gün
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi - Həbs olundu
15:59, Bu gün
"Dünya alovunu söndürmək hələ ki, mümkündür..."
15:56, Bu gün
Dünya Universitetləri sıralamasında Azərbaycanın adı niyə yoxdu? -DETALLAR
15:51, Bu gün
Bərdədə yaşayan kəlbəcərlilər təbiətin qorunması layihəsinə cəlb edildi - FOTO
15:46, Bu gün
TikTok Azərbaycan Əlifbası və Dili Günündə məşhurlarla ədəbi qiraətlər keçirəcək
15:39, Bu gün
“Atlant” sahibinin həbsi üçün zərərçəkənlər AYAĞA QALXDI
15:33, Bu gün
Hidayətin xanımı tanınmış sima imiş - FOTO
15:28, Bu gün
Ermənistan və Türkiyə xüsusi nümayəndələri görüşdü - YENİLƏNİB
15:22, Bu gün
“Ermənistan üçüncü müharibəyə hazırlaşır” - Polkovnikdən XƏBƏRDARLIQ
15:16, Bu gün
"Mehriban Əliyeva 3 geyimini mənə bağışladı"
15:11, Bu gün
Daşınmaz əmlak sektorunda kəskin bahalaşmanın SƏBƏBLƏRİ AÇIQLANDI
15:06, Bu gün
Dilənçilərə qarşı əməliyyat: Gündəlik qazancları heyrətə gətirdi - FOTO
15:00, Bu gün
"Bayden ABŞ prezidentləri üçün immunitetləri məhdudlaşdırmağı planlaşdırır" - "The Washington Post"
14:54, Bu gün
SON DƏQİQƏ! Bakıda TOYLAR TƏXİRƏ SALINIR – Bu tarixdən…
14:47, Bu gün
“Gənclik” stansiyasında iş rejimi gücləndiriləcək
14:41, Bu gün
Mir Cəlal Paşayevin adını daşıyan məktəbdə QALMAQAL: Direktor müəllimi işdən niyə çıxarıb? – ŞİKAYƏT + FOTOLAR
14:34, Bu gün
Şuşaya köçən ailələrə yeni mənzillərinin açarları təqdim olundu
14:28, Bu gün
Erməni ilə öpüşməyən ilk İran prezidenti Pezeşkian oldu – VİDEO
14:22, Bu gün
Qatardan istifadə edənlərin NƏZƏRİNƏ! - 3-4 avqust tarixlərində... 
14:16, Bu gün
Gənc oğlan sevdiyi qıza yuxu dərmanı verdi, cinsi əlaqədə oldu, sonra isə... – TƏFƏRRÜAT
14:14, Bu gün
Millət vəkili, yoxsa zillət vəkili?..
14:10, Bu gün
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olundu - FOTO
14:07, Bu gün
İlham Əliyev “Gənclik”dəki parkda görülən işlərlə tanış oldu - FOTOLAR
14:01, Bu gün
Bu 3 bürc sevgilisindən ayrılacaq: Özləri də nə baş verdiyini anlamayacaqlar
13:56, Bu gün
Roza Zərgərli: "Kişilər var ki, ona münasibət..."
13:50, Bu gün
Əli Əsədov İrana getdi - FOTO
13:46, Bu gün
Ülviyyə Xəlilbəylinin anası ağladı: "Ailə qurandan çox əziyyət çəkmişik" - FOTO/VİDEO
13:42, Bu gün
Qalibdən ilk paylaşım - FOTO
13:39, Bu gün
"Sevgili olsaydıq, heç olmasa birotaqlı ev alardı mənə..."
13:33, Bu gün
"Makron İranın yeni prezidenti qarşısında beş tələb irəli sürüb" - "Reuters"
13:28, Bu gün
Elnur Məmmədli: “Həmin vaxtdan sonra ilk dəfə ağladım”
13:24, Bu gün
Sovet liderinin almanlara əsir düşən oğlu – Xruşov nə onu, nə də ailəsini qoruya bilib
13:18, Bu gün
Azərbaycanda Torpaq Məcəlləsi DƏYİŞDİ
13:13, Bu gün
Qusarda ata oğlunu güllələdi - YENİLƏNİB
13:08, Bu gün
Sabah 35 dərəcə isti olacaq
13:03, Bu gün
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM
12:58, Bu gün
Peşəkar Futbol Liqasının yeni himni hazırlandı - VİDEO
12:53, Bu gün
Ermənistan ilk dəfə bu ölkəyə səfir təyin etdi - FOTO
12:47, Bu gün
Aqil Abbas geri çəkildi? - Özü açıqladı
12:40, Bu gün
Paris-2024: Azərbaycan avarçəkəni 1/4 final mərhələsində mübarizəni dayandırdı - FOTO
12:27, Bu gün
Gövhər Rzayevanın qoluna mil taxılıb
12:21, Bu gün
Rasim Balayev: "Şortik geyinmək istəyərəm, amma..." - VİDEO
12:15, Bu gün
Dişlərini yumayan kişilərə XƏBƏRDARLIQ: Arvada bu qədər cərimə ödəyəcəksiniz
12:10, Bu gün
Hidayət Heydərovdan Elnur Məmmədli ilə bağlı paylaşım – VİDEO
12:05, Bu gün
“Sevincdən ağladım, Hidayəti gələndə də təbrik edəcəyəm” - İlk Olimpiya çempionu Zemfira Meftahətdinova - ÖZƏL+FOTO
12:00, Bu gün
Fransanın daha bir RƏZİLLİYİ: Məktəblərdən başlayan SƏRXOŞLUQ... - ŞOK DETALLAR
11:56, Bu gün
Qərbi Azərbaycan İcması BƏYANAT yaydı
GÜNLÜK
06:45, Bu gün
Ağıllı insanların doğum tarixlərində bu nömrə var: YOXLAYIN
29 Jul 2024 | 22:55
Anasının sevgilisini öldürdü, həbs olunmadı - Bakıda ailə dramının DETALLARI
11:31, Bu gün
Hidayət Heydərov kimdir? – Olimpiya çempionumuz haqda DOSYE
29 Jul 2024 | 23:00
Qocalmağı necə dayandıraq?
29 Jul 2024 | 23:25
"Bu müharibədən yalnız Qərbin hərb baronları uduş əldə edib" - Ərdoğan
29 Jul 2024 | 22:41
“Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməlidir”
29 Jul 2024 | 23:32
"Bu dairəni dağıtmaq lazımdır": Moskva İsrailə siqnallar göndərir
29 Jul 2024 | 22:48
“Dəmir Adam” geri qayıdır – VİDEO
29 Jul 2024 | 23:27
Venesuelada prezident seçkilərinin qalibi bəlli olub
06:25, Bu gün
Ana 4 aylıq oğlunu ağladığı üçün döyərək öldürdü- FOTOLAR 
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
AYLIQ
06:45, Bu gün
Ağıllı insanların doğum tarixlərində bu nömrə var: YOXLAYIN
29 Jul 2024 | 22:55
Anasının sevgilisini öldürdü, həbs olunmadı - Bakıda ailə dramının DETALLARI
11:31, Bu gün
Hidayət Heydərov kimdir? – Olimpiya çempionumuz haqda DOSYE
29 Jul 2024 | 23:00
Qocalmağı necə dayandıraq?
29 Jul 2024 | 23:25
"Bu müharibədən yalnız Qərbin hərb baronları uduş əldə edib" - Ərdoğan
29 Jul 2024 | 22:41
“Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməlidir”
29 Jul 2024 | 23:32
"Bu dairəni dağıtmaq lazımdır": Moskva İsrailə siqnallar göndərir
29 Jul 2024 | 22:48
“Dəmir Adam” geri qayıdır – VİDEO
29 Jul 2024 | 23:27
Venesuelada prezident seçkilərinin qalibi bəlli olub
06:25, Bu gün
Ana 4 aylıq oğlunu ağladığı üçün döyərək öldürdü- FOTOLAR