Qadının kəşfi - Fil sümüyündən yaradılmış sevgili
Maraqlı
Oxunub: 2583
28 May 2024 | 17:02
Qadının kəşfi - Fil sümüyündən yaradılmış sevgili
Moderator.az Kulis.az - a istinadla Bernard Şounun “Piqmalion” pyesi haqqında Fəxri Uğurlunun "Qadının kəşfi" adlı yazısını təqdim edir.
 
Müəllif bu əsərin janrını “beş pərdədən ibarət roman” kimi müəyyənləşdirib. İdeyası 1897-ci ildə yaransa da, əsər yalnız 1912-ci ildə, özü də vur-tut dörd aya qələmə alınıb. Bu pyes Nobel mükafatı laureatı Bernard Şounun yazdığı altmış üç dram əsərindən biridir. İrland əsilli Şou Şekspirdən sonra ən məşhur ingilis dramaturqudur. “Piqmalion” dünya şöhrətli dramaturqun ən çox səhnəyə qoyulmuş pyesidir. 1913-cü ildə Vyanada alman dilində, 1914-cü ildə isə əvvəlcə Nyu-Yorkda, ardınca Londonda səhnəyə çıxarılan pyesin bütün tamaşaları anşlaqla keçib. Təkcə bunu demək yetər ki, Londonda nümayiş olunmuş 118 tamaşanın hamısında salon ağzına qədər dolu olub.
 
Əsərin adı qədim yunan əsatirindən götürülüb. Kipr adasında yaşayan Piqmalion adlı qədim heykəltəraş fil sümüyündən Qalateya adlandırdığı gözəl bir qadın heykəli yonur. Sonra sənətkar öz əsərinə aşiq olur, gözəllik tanrısı Afroditaya yalvarır ki, Qalateyanı canlandırsın. Tanrı böyük sənətkarın səsini eşidir, onun əsərinə can verir. Piqmalion Qalateya ilə evlənib xoşbəxt ömür sürür. Pyesdə bu əfsanəyə birbaşa istinad olmasa da, əsərin məzmunu qədim süjetə söykənir.
 
***
 
Əhvalat Londonda vaqe olur. Yay axşamında yağan şıdırğı yağışdan daldalanmaq üçün bir dəstə adam sütunlu böyük binanın çardağı altına yığılır. Yaşlı bir kübar xanım qızıyla birlikdə oğlunun taksi tutub gətirəcəyini gözləyir. Əlindəki qeyd dəftərçəsinə nəsə yazan bir cənabdan başqa hər kəs narahatdır, hamı intizarla yağışın kəsməsini gözləyir. Taksi tapmadığından ana-bacısının yanına əliboş qayıdan Freddi yağışın tutmadığı yerə tələsəndə küçədə gül satan qıza toxunub onun səbətini əlindən salır. Gülsatan qız oğlanı kobud sözlərlə yamanlayır. Anası oğlunun əfəlliyinə acıqlanıb Freddini yenidən taksi dalınca göndərir.
 
Müəmmalı cənab tez dəftərçəsində nəsə qeyd aparır. Qız yanındakı polkovniki bir dəstə gül alması üçün dilə tutur. Polkovnik ondan canını qurtarsın deyə qıza xırda pul verir, ancaq gül almır. Yaxınlıqdakı bir başqa cənab üzü-gözü, əlləri kimi paltarı da çirkli qızı inandırmağa çalışır ki, dəftərçədə qeyd aparan şəxs onun haqqında məlumat toplayan xəfiyyədir, çox güman, yığdığı məlumatı polisə ötürəcək. Gülsatan qız ağlayıb-sızlamağa başlayanda şübhəli cənab onu arxayın salır ki, qətiyyən polisə işləmir, onun işi söz toplamaqdır. Ortalıq qızışanda bəlli olur ki, bu cənab danışığına, ləhcəsinə görə hər kəsin yerini-yurdunu dəqiq müəyyənləşdirə bilir. Onun adı Henri Hiqqinsdir. Professor Hiqqins məşhur linqvist, fonetika üzrə böyük mütəxəssisdir.
 
Bunu biləndə polkovnikin çiçəyi çırtlayır. O, uzun illər Hindistanda yaşayıb, sanskrit dilinin bilicisidir, Londona da professor Hiqqinslə tanış olmaq üçün gəlib. Öz növbəsində Hiqqins də polkovniklə görüşməkdən ötrü Hindistana getmək istəyirmiş. Təzə tanışlar polkovnik Pikerinqin düşdüyü hotelə şam yeməyinə getmək üçün hadisə yerindən uzaqlaşmaq istəyəndə gülsatan qız yenə onlara çiçək aldırmaqdan ötrü cənablara yalvarır. Hiqqins onun səbətinə bir ovuc dəmir pul atır, qız pulun miqdarını görəndə heyrətə gəlir. Yağış səngidiyindən kübar xanım qızıyla birlikdə avtobus dayanacağına gedib. Handan-hana Freddi hadisə yerinə taksiylə qayıdanda həmin taksiyə gülsatan qız oturub gedir.
 
***
 
Professor Hiqqins polkovnik Pikerinqə Londonda olacağı müddətdə öz evində qalmağı təklif eləyir. Evinin ünvanını ona deyəndə gülsatan qız bunu eşidir. Professor polkovniki evindəki linqvistik texnika, aparatura ilə tanış eləyir.
 
Ertəsi gün qulluqçusu Hiqqinsə deyir ki, qara camaatdan olduğu aşkar bilinən bir qız onunla görüşüb danışmaq istəyir. Gələn həmin gülsatan qızdır – Eliza Dulitl. Fonetika tanrısının məbədinə ilk dəfə qədəm qoyan Eliza müəllifini axtaran personaja, tanrısını gəzən bəndəyə bənzəyir. Qız professordan xahiş eləyir ki, ona nitq dərsləri keçsin, çün indiki danışığıyla Elizanı heç bir gül dükanına işə götürmürlər. Üstəlik, alacağı dərslərin haqqını ödəməyə də hazırdır.
 
Professorla polkovnik mərc gəlirlər. Hiqqins əminliklə deyir ki, jarqon ifadələrlə danışan, danışanda cürbəcür eybəcər səslər çıxaran bu avam qızı cəmisi altı aya hersoginya səviyyəsinə qaldıra bilər. Pikerinq də öz növbəsində söz verir: əgər professor mərci udsa, Elizanın bütün xərclərini özü çəkəcək.
 
Ardınca Hiqqins qulluqçusuna gülsatan qızı hamamda yuyundurub kir-pasaqdan təmizləməyi tapşırır. Az keçmiş qızın atası professorun qəbuluna gəlir. Əyyaşlığa qurşanmış sadə bir zibildaşıyan səlis nitqiylə cənabları təəccübləndirir. Ata Dulitl onlardan içmək üçün pul alır, qızının professorun evində qalmasına xeyir-dua verir. Əynində yapon xalatı hamamdan çıxan qızını görəndə Dulitl onu tanımır.
 
***
 
İki aydan sonra Henri Hiqqins Elizanı anasının qəbuluna aparır. Bilmək istəyir ki, qızı artıq kübar cəmiyyətə buraxmaq olarmı. Xanım Eynsvord Hill, onun qızı, bir də oğlu Freddi missis Hiqqinsin qonağıdırlar. Bunlar əsərin əvvəlində yağışdan daldalanıb taksi gözləyən həmin o kübar qadınla övladlarıdır. Onlar gülsatan qızı tanımırlar.
 
Eliza siftə-siftə kitab dilində danışıb özünü elitar xanımlar kimi aparmağa çalışır. Ancaq öz taleyindən, ailəsindən söz açanda ehtiyatı unudub çoxlu küçə sözləri, jarqon kəlmələr işlətməklə kübar qadınları heyrətləndirir. Professor Hiqqins məsələni ört-basdır eləmək üçün qızın işlətdiyi kobud sözləri yeni elitar jarqon kimi qələmə verir. Freddi təbiətin bətnindən kol dibinə düşmüş bu vəhşi çiçəyə hayıl-mayıl olur. Bundan sonra qıza palaz-palaz məktublar yazmağa başlayır.
 
Qonaqlar dağılışandan sonra professorla polkovnik missis Hiqqinsə gülsatan qızın üzərində apardıqları eksperimentdən, onu səlis danışmağa, rəqs eləməyə, kübar üslubda geyinməyə necə öyrətdiklərindən, onu opera tamaşalarına, sərgilərə apardıqlarından yerli-yataqlı danışırlar. Xanım Hiqqins onlardan narazı qalır, hesab eləyir ki, oğlu gülsatan qızı kukla yerinə oynadır.
 
***
 
Vaxt-vədə tamama yetəndə dostlar Elizanı ən yüksək səviyyəli elitar məclisə dəvət olunanlar siyahısına saldıra bilirlər. Eliza o məclisdə böyük uğur qazanır, nitqi, davranış tərziylə hamının diqqətini çəkir, rəğbətini qazanır, kübar cəmiyyət onu hersoginya zənn eləyir. Professor Hiqqins mərci udur. Eksperiment sona çatır.
 
Qazandığı uğura baxmayaraq Eliza baldan evə çox pərişan qayıdır. O, qısa bir müddətdə həyatın dibindən çıxıb, bəlli bir mədəni səviyyəyə çatıb, necə deyərlər, bolluca mənəvi kapital toplayıb, ancaq o kapitalı hara xərcləyəcək? Əvvəlki həyata qayıtması mümkün deyil, ali cəmiyyətdə isə ona yer yoxdur.
 
Son məclisdə qazanılmış uğurdan sonra professor artıq ona marağını itirib, hiss olunur ki, qızı çölə atmağa belə hazırdır. O, yaratdığı varlığa canlı insan kimi yox, sözün gerçək mənasında oyuncaq kimi, gəlmişi-keçmişi, hissi-duyğusu, sevinci-kədəri olmayan kukla kimi baxır. Eliza yaradanına qarşı üsyana qalxanda Hiqqins ona təskinlik verib deyir ki, vəziyyət qətiyyən çıxılmaz deyil, qız kübar cəmiyyətdən olan birinə ərə gedə, ya da elə köhnə peşəsinə qayıdıb gül dükanında gül sata, yaxud bundan da ötə – gül dükanı aça bilər. Bu işdə Pikerinq ona kömək göstərər, polkovnikin pulu xəzəl kimidir.
 
Qırx yaşlı peşəkar subay professor Hiqqinsin (yeri gəlmişkən, polkovnik Pikerinq də təcrübəli subaydır) onun gələcək taleyinə biganə yanaşması, böyük uğurun gətirdiyi dərin pərişanlıqdan alışıb yanan Elizanın qəmli gözəlliyini, qayğılı göz yaşlarını sezməməsi qızı hövsələdən çıxarır. Səliqə-sahman, nəzakət gözləməyə alışmamış ərköyün professor başmağının tayını axtaranda evdə hər şeyin, o cümlədən professora aid əşyaların yerini gözüyumulu bilən Eliza həmin bir tay başmağı yerdən götürüb ustadının kəlləsinə tolazlayır, nəhayət, öz müəllifinin də səbrini daşırmağı bacarır. Hiss olunur ki, Eliza onu quyudan çıxarıb özünə qədər ucaltmış bu iki subay kişidən, ələlxüsus da Hiqqinsdən təklif gözləyir – axı onun kübar qadına çevrilməsi üçün ayrı yol yoxdur. Eliza yuxarı silkə, elitar təbəqəyə başqa cür düşə bilməz, zibildaşıyanın qızını orada rüsvay eləyərlər.
 
Miss Dulitl dəbdəbəli bal geyimini, üstündəki bahalı daş-qaşı Hiqqinsə verir, onun aldığı üzüyü barmağından çıxarıb masanın üstünə qoyur, bir növ nişanını qaytarır. Sadə bir don geyinir. Öz paltarları qalmayıb, çünki bu evin sakininə çevrildiyi gün əynindən çıxan nə varsa, hamısı professorun göstərişiylə yandırılıb. Hiqqins qəzəbindən üzüyü götürüb buxarıda yanan ocağa atır.
 
***
 
Eliza gecəylə evdən qaçır. Professorla polkovnik səhər bundan xəbər tutanda başlarını itirirlər, hətta qızın axtarışı üçün polisə müraciət eləyirlər. Hiqqins evində bədənini itirmiş ruh kimi dolaşır, heç nəyin yerini, yöndəmini tapa bilmir, ev onun nəzərində xaraba qalıb, hər şey gözündə alt-üst olub.
 
Belə bir dar məqamda qulluqçu Elizanın atasının gəldiyini xəbər verir. Dulitl atanın görkəmi heyrətamiz dərəcədə dəyişib, kişi əvvəl gördüyümüz kirli-pasaqlı cır-cındırda yox, təmiz, səliqəli burjua qiyafəsindədir. Söhbət əsnasında bəlli olur ki, Hiqqinsin bir zarafatı sayəsində bütün dünya üzrə mənəvi islahatlar aparmaq arzusunda olan varlı amerikalı filantropdan Dulitla miras qalıb.
 
Ancaq o, indiki halından elə də məmnun deyil, əvvəlki azadlığını itirdiyindən, məsuliyyətinin artdığından, hamının ondan pul-para umduğundan gileylənir. İndi o, illərlə kəbinsiz yaşadığı qadınla nikah bağlamağa, hörmətli, ləyaqətli bir burjua kimi yaşamağa məcburdur. Bundan sonra cənab Dulitl elitar varlığa çevrilmiş qızının da qayğısına qala bilər. Ancaq professor Hiqqins yoxdan yaratdığı bir məxluqu, zibillikdən uçurduğu mələyi atasına qaytarmaq fikrini yaxınına belə buraxmır.
 
***
 
Məlum olur ki, miss Eliza missis Hiqqinsin evində gizlənib. Onun professordan anasına sığınması rəmzi mahiyyət daşıyır, uşağın onu döyən anasından bir ayrısına yox, məhz elə ananın özünə sığınmasına, anasına qısılmasına bənzəyir. Belə görünür, onlar arasında gələcək qohumluğun, qayınana-gəlin, ana-bala münasibətinin təməli döşənməkdədir. Qız şərt qoyur ki, Hiqqins ondan üzr diləsə, qayıtmağa razıdır. Fəqət kobud, nəzakətsiz, hərzə-hədyan danışmaqdan zövq alan professor belə bir şeyi ağlına da gətirmir. Onda Eliza üzə çıxıb Pikerinqə minnətdarlığını bildirir: fonetika tanrısının məbədinə ilk gəlişində polkovnik ona “miss Dulitl” deyə müraciət eləyəndən bəri o özünü adam saymağa, özünə hörmət qoymağa başlayıb. Professoru isə üsyankar mələk hədələyir: əgər onu bir də incitsə, Eliza Hiqqinsin rəqibi olan başqa bir məşhur professorun yanında işə düzələcək, üstəlik, onun bütün sirlərini düşməninə satacaq.
 
Elizaya qəzəblənib təhqiramiz sözlərlə qızı alçaldan Hiqqins yaratdığı məxluqun necə mükəmməl olduğunu, qiyamçı mələyin necə təmiz bir əxlaqla süsləndiyini gizli bir ləzzətlə müşahidə eləyir. Anlayır ki, daha onsuz yaşamağı mümkün deyil, Elizaya alışdığını boynuna alır. Şübhəsiz, Eliza da yaradanından ayrılmağa meyilli deyil, o da öz müəllifinə simpatiyasını gizlətmir. Əqidəli subaya bundan sonra nə qalır – xırdaca bir təklifdə bulunmaq, üzüyünü qızın barmağına qaytarmaq, bəndəsinə sona qədər tanrılıq eləmək, mələyini iblisə döndərib cəhənnəmə sürməmək… Tək qalanda Eliza buxarının külü içində eşələnib Hiqqinsin oda atdığı üzüyü axtarır.
 
Elizanın davası nədir – professor ona hissiz-duyğusuz kukla kimi, təcrübə siçanı kimi baxmasın, onu xaos burulğanına atmasın, öyrətdiyi dəyərlərdən yararlanmasına şərait yaratsın. Hiqqins isə özünün şah əsərini bütün başqa tələbələritək cansız, ruhsuz kötük sayır, qızı qaldırıb öz mərtəbəsinə çatdırsa da, yenə ona üstdən-aşağı baxır. Xəbəri yoxdur ki, kötük pöhrə verib, yarpaqlayıb, çiçək açıb, bar gətirib. Artıq onunla canlı varlıq kimi davranmaq lazımdır. Sivilizasiya geriyə yol tanımır.
 
***
 
Özünə ustad saydığı Henrik İbsen kimi Bernard Şou da qadın emansipasiyası məsələsinə çox həssas yanaşıb. Onun bu əsəri əsasən demokratizm, maarifçilik prizmasından gözdən keçirilir; yəni aşağı növ, yuxarı növ insan yoxdur, əgər bərabər şərait yaradılsa, maarifin qüdrətindən hər kəs bəhrələnə bilər. Məsələn, həyatın dibindən çıxmış Elizada olan qabiliyyətin mində biri kübar dibçəkdə bəslənmiş Freddidə yoxdur, əsər boyu biz onun ancaq səfeh hərəkətlərinə şahid oluruq.
 
İstedad, bilik, qanacaq genetik ötürülmür, münbit mənəvi-əxlaqi şəraitin, düzgün intellektual tərbiyənin hesabına cilalanıb üzə çıxır. Bernard Şou siyasi baxışlarına görə solçu, sosialist olduğundan belə yozum onun əsərinin ruhuna yad deyil. Üstəlik, müəllif özü də qəhrəmanının dilindən açıq mətnlə deyir ki, onun metodu siniflər, silklər arasındakı uçurumu doldura bilər.
 
“Piqmalion” pyesini ingilis dilinin qüdrətini vəsf eləyən himn sayanlar da az deyil. Belə yanaşsaq, bu əsəri təkcə ingilis dilinin yox, ümumən dilin, fonetikanın, bütövlükdə linqvistika elminin, bir az da geniş götürsək, sənətin, mədəniyyətin, maarifin qüdrətini tərənnüm eləyən mədhiyyə də saya bilərik. İyirminci əsrin Vitgenşteyn, Haydegger kimi böyük filosoflarının dili varlığın cövhəri, evi saymaları da, görünür, yüz il bundan əvvəlki dövrün ruhuna uyğun yanaşmalardır. Dillə düzgün davranması, dildən doğru yararlanması Elizanı palçıqda sürünən soxulcandan göylərdə süzən göyərçinə çevirir.
 
***
 
Demokratizm, sosial bərabərlik, maarifçilik, feminizm, qadın emansipasiyası – bütün bunlar öz yerində, belə məsələlər artıq əksini də, həllini də bədii əsərlərdə, səhnələrdə yox, qeyri-hökumət təşkilatlarının layihələrində, dövlət qanunlarında, hökumət sərəncamlarında tapır. Bəs onda “Piqmalion” kimi sənət incilərini bu gün diri, aktual saxlayan nədir?
 
Əsərdən aydın görünür ki, qadın-mələk başlanğıcını, arxetipini kəşf eləyən, ona can verən, onu ucaldan kişi başlanğıcı, tanrı arxetipidir. Tanrı Piqmalion kimi (daha doğrusu, tərsinə) əvvəlcə öz mələyinin obrazını yaradır, sonra onu sevib vücuda gətirir, sonra da həyatını ona bağlayır. Yer üzündə qadınla kişinin ən ideal birgəliyi bu formula əsaslanır.
 
Doğrudur, qadın bəzən öz yaradanına, ona azadlıq verənə, onu öz mərtəbəsinə qaldırana asi düşüb kişiliyə qarşı qiyam qaldırır, kişini üstələməyə, onu özündən aşağıda görməyə-göstərməyə çalışır (ayrı-ayrı həyat faktlarından yox, ümumən fəlsəfi yanaşmadan danışıram). Bu isə hər şeydən əvvəl qadınlığın təbiətinə ziddir. Ayrı-ayrı qadınların ayrı-ayrı kişilərdən üstünlüyünü nəzərdə tutmuram, amma ümumən qadın ümumən kişidən heç vaxt üstün ola bilməz – bu, bizə əbədi, dəyişməz ideyalar, arxetiplər aləmindən ötürülən əbədi, dəyişməz həqiqətdir. Bu həqiqətə qarşı qiyama qalxmaq varlığın təməlinə əl uzatmaq, mahiyyətinə üsyan eləməkdir. Bu proses heç zaman yaxşı sonluğa vara bilməz. Kişisi alçaldılan, kişiliyi qıtalan dünya özü də ucalmaz, alçalar.
 
Professor Hiqqins Elizaya sevimli kuklası kimi, üzərində təcrübə apardığı dovşan kimi baxanda sadəcə alim idi. Yaratdığını sevməyə, onu quru kötük yox, canlı adam saymağa başlayanda isə özü də adam olur. Eliza da özünü təlim keçən it kimi yox, kəşf olunmuş xəzinə kimi hiss eləyəndə Şekspirin, Miltonun danışdığı dildə eybəcər səslər çıxaran küçə alverçisindən dönüb xanım olur, mələk olur. Bu proses qarşılıqlıdır – kişi qadını mələyə, qadın da kişini başının ağasına, tanrısına çevirir.
 
***
 
Əsərə yazdığı son sözdə müəllif Elizanın Freddiyə ərə gedə biləcəyinə işarə vurur. Bernard Şou bizi inandırmağa çalışır ki, Eliza Dulitl başmaqlarını “otardığı” adama yox, onun özünün başmaqlarını öpüb gözünün üstünə qoymağa müntəzir namizədə üstünlük verəcək (doğrudur, bu məqamda xırdaca bir şərt də qoyur: əgər fizioloji baxımdan oğlandan çiyrinməyə bir səbəbi olmasa…). Ancaq bu proqnoza inanmaq çox çətindir. Birbaşa desək, artıq vücuda gəlmiş, cansız heykəl olmaqdan çıxmış Qalateya Freddinin tayı deyil. Onun sevib-sevilməyə təşnə qəlbini Piqmaliondan başqası doyura bilməz. Onlar ya evlənəcəklər, ya da bir yerdə (polkovnik Pikerinqi də nəzərə alsaq, üçlükdə) dostcasına ömür sürəcəklər. Onları bağlayan tellər artıq polad zəncirə dönüb, bu zənciri qırmaq mümkün deyil. Bir sözlə, müəllifin əsərinə kənar şəxs kimi, şərhçi, tənqidçi kimi müdaxiləsi müəmmanı çözmək yox, iz azdırmq məqsədi güdür.
 
Üstəlik də professor Hiqqins zəka, ağıl, müdriklik, Eliza isə fəhm, istedad, ilham rəmzidir. İkisinin birləşməsi istər elm, istərsə də sənət sahəsində möcüzələr yaradır. Fəhmlə zəka, ağılla istedad, idrakla ilham bir-birindən ayrı düşəndə heç biri heç bir dəyər qazanmır. Elizanın intuisiyası Hiqqinsin intellektinin süzgəcindən keçəndən sonra ortaya parlaq nəticə çıxır.
 
Hiqqins nə qədər qəliz, tərs, Eliza nə qədər dikbaş, çılğın olsa da, onların kəbini göydə kəsilib. Qadın rahatlığı üçün özündən zəif kişini seçə bilər, amma onu sevə bilməz. Sevən qadın – sevdiyinə təslim olan qadındır. Qadının sevə biləcəyi kişi özündən bir baş uca olmalıdır. Professor, əlbəttə, çox da yaxşı insan deyil, kobuddur, mərifətsizdir, despotdur… bununla belə dahidir. Dahilər arasında salamat adam çətin tapılır. Şəms Təbrizi necə demişdi: “Atam yaxşı adam idi, ancaq aşiq deyildi. Yaxşı adam başqa, aşiq başqa”.
 
Müəllifin müdaxiləsinə, oxucunu yönəltməyə, daha doğrusu, azdırmağa çalışmasına baxmayaraq “Piqmalion” pyesinin sonluğuyla bağlı yozumlar, proqnozlar çoxdur. Əsərin finalı faktiki yoxdur, süjet, kompozisiya çevrəsi qapanmayıb, açıq qalıb. Müəllif bayağı sonluqdan, yəni Piqmalionla Qalateyanı evləndirməkdən qaçıb, alternativ varianta isə yəqin özü də axıracan inanmayıb. Vəziyyətdən əsərə əlavə kimi son söz yazmaqla çıxıb. Bu baxımdan pyes yozuma həmişə açıqdır, hər oxucu, hər tamaşaçı finaldakı boşluğu özü bildiyi kimi doldura bilər.
 
Bir yozum da biz verməyə çalışdıq. Hərçənd bu məsələyə nöqtə qoymaq, pyesdəki qəhrəmanların ən yaxın gələcəyi, mümkün aqibəti barədə qəti, yekdil fikir söyləmək hələ çox tezdir. Yazıldığı zamandan yüz neçə il ötsə də, əsər hələ bitməyib, personajların finişə çatmamış macəralı yürüşü, Şounun təkan verdiyi ictimai-fəlsəfi proses bu gün də davam eləyir. Bütün bunların axırı nəylə qurtaracaq – yaşayarıq, görərik…
Oxşar xəbərlər
29 Jul 2024 | 23:32
"Bu dairəni dağıtmaq lazımdır": Moskva İsrailə siqnallar göndərir
29 Jul 2024 | 23:27
Venesuelada prezident seçkilərinin qalibi bəlli olub
29 Jul 2024 | 23:25
"Bu müharibədən yalnız Qərbin hərb baronları uduş əldə edib" - Ərdoğan
29 Jul 2024 | 23:00
Qocalmağı necə dayandıraq?
29 Jul 2024 | 22:55
Anasının sevgilisini öldürdü, həbs olunmadı - Bakıda ailə dramının DETALLARI
29 Jul 2024 | 22:48
“Dəmir Adam” geri qayıdır – VİDEO
29 Jul 2024 | 22:41
“Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməlidir”
29 Jul 2024 | 22:38
"Ərdoğan insanlığın vicdan səsidir" - Hakan Fidan
29 Jul 2024 | 22:22
COP29-a hazırlıq işləri hansı vəziyyətdədir? - VI çağırış deputatı AÇIQLADI
29 Jul 2024 | 22:17
115 yaşlı sakin uzunömürlülüyün sirrini açdı
29 Jul 2024 | 22:11
İlham Əliyev və Mehriban Əliyeva Hidayət Heydərova zəng edərək onu təbrik ediblər
29 Jul 2024 | 22:05
Leyla Əliyevadan Hidayət Heydərovla bağlı paylaşım - VİDEO
29 Jul 2024 | 21:59
Azərbaycanlı idmançı Paris-2024-də bürünc medal qazandı
29 Jul 2024 | 21:49
Qida zəhərlənməsinə səbəb olan əsas amillər
29 Jul 2024 | 21:42
“Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməlidir” - Qüdrət Həsənquliyev
29 Jul 2024 | 21:38
Məşhur professordan daha bir TÖVSİYƏ: Quyruq yağını əridib içən insanlar…
29 Jul 2024 | 21:30
Türk turistlər Yunanıstana axın edir
29 Jul 2024 | 21:25
Bu ölkədə naməlum nömrələrdən zənglər QADAĞAN EDİLƏCƏK
29 Jul 2024 | 21:19
Yer kürəsinin yaşayış üçün yararsız hala düşən bölgələrinin adları AÇIQLANDI
29 Jul 2024 | 21:11
ABŞ vətəndaşlarına bu ölkəni tərk etməyi məsləhət gördü
29 Jul 2024 | 21:06
Hidayət Heydərov: Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək
29 Jul 2024 | 20:55
Çoxuşaqlı ana kanala düşərək yoxa çıxdı
29 Jul 2024 | 20:51
"Orban hamını boğaza yığıb" - Polşa XİN rəhbəri
29 Jul 2024 | 20:46
Hidayət Heydərov Fransa idmançısına qalib gələrək olimpiya çempionu oldu! - VİDEO
29 Jul 2024 | 20:32
Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydaya dəyişiklik edildi
29 Jul 2024 | 20:25
“1 dənə qaldı...”- Hidayətin ailəsinin sevinci
29 Jul 2024 | 20:22
Elm və Təhsil Nazirliyinin strukturlarında əmək fəaliyyətinə başlayan 9 “Maarifçi”dən 3-ü BDU məzunudur
29 Jul 2024 | 20:18
Şəhid ailələri və müharibə əlillərinə daha 200 mənzil verildi - FOTO
29 Jul 2024 | 20:14
Kapital bank niyə susur?
29 Jul 2024 | 20:08
"Ağadadaş Ağayev üzr istəməlidir!" - Bakı sakinlərindən "balta insidentinə" sərt REAKSİYA - VİDEO
29 Jul 2024 | 20:05
Hidayətin finaldakı rəqibi fransızdır
29 Jul 2024 | 20:01
Yay Olimpiya Oyunlarının açılışından Paris mesajı
29 Jul 2024 | 19:57
Azərbaycan Quql ilə COP29-u müzakirə etdi
29 Jul 2024 | 19:52
İbn Sinanın “can dərmanı” adlandırdığı qarpızın 1001 faydası
29 Jul 2024 | 19:48
ƏHD Partiyasının 4 namizədi qeydə alınıb
29 Jul 2024 | 19:42
"Ərdoğan insanlığın vicdan səsidir və bu səsi batırmağa cəhd edən sionist dairələri böyük təlaş işindədir" - Hakan Fidan
29 Jul 2024 | 19:38
Sənədsiz evlərlə bağlı MÜHÜM XƏBƏR
29 Jul 2024 | 19:33
Paris-2024: Hidayət Heydərov FİNALDA
29 Jul 2024 | 19:28
Məzahir Pənahov vəzifədən gedir
29 Jul 2024 | 19:23
Azərbaycan - Slovakiya görüşünün keçiriləcəyi stadion bəlli oldu
29 Jul 2024 | 19:18
Aynur Dadaşovanın xəstəxanadan VİDEOsu yayıldı
29 Jul 2024 | 19:16
Gələcəyimizi Rusiya ilə ittifaqda görən bu yüksək vəzifəli xanım sonda daxili işlər naziri tərəfindən hansı işgəncələrə məruz qaldı?..
29 Jul 2024 | 19:14
Mirzoyan: “Ermənistan münaqişə səhifəsini bağlamaq istəyir”
29 Jul 2024 | 19:11
"Ukraynada səfərbərlik vüsət alır, Rusiya qışadək dominantlığını itirəcək" - "The Telegraph"
29 Jul 2024 | 19:08
Hadisədən sonra Ağadadaş Ağayevin xalqa ilk müraciəti – VİDEO
29 Jul 2024 | 19:03
Dövlət Sərhəd Xidməti yayılmış videogörüntü ilə bağlı MƏLUMAT YAYDI
29 Jul 2024 | 19:00
Türk turistlər Yunanıstana axın edir
29 Jul 2024 | 18:56
11 avtobus marşrutu müsabiqəyə çıxarılır
29 Jul 2024 | 18:50
Blinken Rusiyanın müdafiə sənayesi kompleksinə dəstəklə bağlı Çinə xəbərdarlıq edib
29 Jul 2024 | 18:45
Beyninizin yaxşı işləməsi üçün bu meyvədən yeyin
29 Jul 2024 | 18:38
Elxan Şahinoğlunun namizədliyi qeydə alınmadı
29 Jul 2024 | 18:37
Azərbaycanlı tələbənin  ABŞ universitetinə 420 min dollarlıq təqaüdlə qəbulu
29 Jul 2024 | 18:32
“Evimi satdım, kirayəni çətinliklə ödəyirəm” - VİDEO
29 Jul 2024 | 18:26
Flora Kərimovanın səbr kasası daşdı: "Dayanan, bağışlayan deyiləm!.."
29 Jul 2024 | 18:23
Məşhur aktrisa hamilə olduğunu açıqladı - FOTO
29 Jul 2024 | 18:19
BDU-nun 966 tələbəsi yay semestri dərslərində iştirak edir
29 Jul 2024 | 18:15
Yatanda kabus görüb özünü güllələdi
29 Jul 2024 | 18:12
"Tramp istənilən məsələ üzrə müzakirəyə açıq olduğunu bəyan edib" - Zelenski
29 Jul 2024 | 18:08
Fransanın Olimpiya ayıbı və ya problemlər olimpiadası
29 Jul 2024 | 18:03
Tortu soyuducuda neçə gün saxlamaq olar?
29 Jul 2024 | 18:02
“Koroğlu” metrostansiyası ətrafında mübadilə mərkəzi yaradılıb
29 Jul 2024 | 17:57
Bu küçədə aparılan təmir işləri yekunlaşmaq üzrədir - VİDEO
29 Jul 2024 | 17:54
TikTokda yeni funksiya TEST EDİLİR
29 Jul 2024 | 17:52
Atası ilə bağlı VİDEO Səidəni AĞLATDI
29 Jul 2024 | 17:48
Təhsil haqlarının artırılması plan yerlərinə necə təsir edəcək?
29 Jul 2024 | 17:46
"Putin Qərb əleyhinə koalisiya yaratmağa cəhd edib" - ISW
29 Jul 2024 | 17:45
“Ağır döyüşlər getdi, 8 strateji əhəmiyyətli yüksəklik nəzarətə götürüldü…”
29 Jul 2024 | 17:35
Tanınmış aparıcıya ağır itki - FOTO
29 Jul 2024 | 17:30
Qıt payız gəlir - Bu məhsullar bahalaşacaq
29 Jul 2024 | 17:25
“Şəhidlərimizin tanıdılması, onların qəhrəmanlığının təbliği əbədi vəzifəmizdir”
29 Jul 2024 | 17:17
Gərginlik pik həddə – Yaxın saatlarda növbəti hücum ola bilər 
29 Jul 2024 | 17:15
Sabah bu rayonlarda qaz olmayacaq
29 Jul 2024 | 17:10
“Badminton Federasiyası Paris-2024-ə "turist" aparıb”- ŞOK İDDİA
29 Jul 2024 | 17:06
Qarabağ Universitetinə prorektorlar təyin olundu - DOSYE
29 Jul 2024 | 17:03
“Xaricdə bu kvadrokopterdən pizza daşımaq üçün istifadə edilir, Ermənistanda isə...”
29 Jul 2024 | 16:58
Rusiyalıların 67%-i şəkəri ən təhlükəli məhsul hesab edir
29 Jul 2024 | 16:50
Ölkəmizdə ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu fəaliyyətə başladı
29 Jul 2024 | 16:44
Sərnişin qatarı yük maşını ilə toqquşdu: 320 nəfərə yaxın insan... - FOTO/VİDEO
29 Jul 2024 | 16:42
Payız vaxtından əvvəl gələcək: GƏLƏN HƏFTƏ...
29 Jul 2024 | 16:39
Bu şampunlar saçınızı məhv edir- Pantene, Clean Line, Schuma... - ŞOK İDDİA 
29 Jul 2024 | 16:30
Ekspert DYP-yə müraciət etdi: " Hansı vətəndaş texniki baxışın vaxtını xatırlayır?"
29 Jul 2024 | 16:28
Hər işdən qovulanda təzminat alaraq 100 milyon avro qazanıb
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
29 Jul 2024 | 16:20
İstidə soyuq su içmək məsləhət deyil- Dietoloq
29 Jul 2024 | 16:10
Hərbçimiz intihar etdi
29 Jul 2024 | 16:05
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
29 Jul 2024 | 15:49
Kişi bayraqdarımız da Paris-2024-lə vidalaşdı
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
29 Jul 2024 | 15:34
“Baku Electronics” vergidən belə yayınır – Şikayət
29 Jul 2024 | 15:28
Maaşlar bu qədər artacaq – DƏQİQ MƏBLƏĞ AÇIQLANDI
29 Jul 2024 | 15:19
38 yaşlı Ledi Qaqa ilk dəfə evlənir
29 Jul 2024 | 15:11
Üç prokuror təqaüdə göndərildi – FOTO
29 Jul 2024 | 15:10
Əslində bu balığı heç yemək olmaz, biz isə…
29 Jul 2024 | 15:07
"Neftçi"nin bazası sökülür Komanda və rəhbərlik ayrı-ayrı yerə köçür - FOTOLAR
29 Jul 2024 | 14:55
“İsrailə qarşı belə siyasəti nəinki Türkiyə, Azərbaycan üçün də düzgün hesab etmirəm...”
29 Jul 2024 | 14:49
Növbəti iki gündə güclü geomaqnit qasırğası gözlənilir
29 Jul 2024 | 14:32
Rusiya XİN: Qərb Rusiyaya qarşı 20 minə yaxın sanksiya tətbiq edib
29 Jul 2024 | 14:26
İcbari tibbi sığorta ilə daha çox müayinə olunacağıq - XƏRCLƏRİ ARTIRILDI 
29 Jul 2024 | 14:19
Azərbaycanda 5 nəfər toyda zəhərləndi
29 Jul 2024 | 14:04
Günün xoşbəxt bürcü hansıdır?
GÜNLÜK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
29 Jul 2024 | 07:56
Ağadadaş "MedEra"dakı insidentdən sonra ilk toyunda - İnsanların reaksiyası... - VİDEO
29 Jul 2024 | 15:28
Maaşlar bu qədər artacaq – DƏQİQ MƏBLƏĞ AÇIQLANDI
29 Jul 2024 | 10:53
XALQ ŞAİRİ ÜSYAN ETDİ: “Efirlər hərəmxanaya dönüb, qızın sinəsinə pul basıb, ziyalıları...”
29 Jul 2024 | 09:32
Yeməkdən imtina edən 3 bacının cəsədi tapıldı
29 Jul 2024 | 09:04
Paris-2024: Yaponiya 1-ci pillədə - MEDAL SİYAHISI
29 Jul 2024 | 10:34
Meyvə-tərəvəzin qiyməti kəskin bahalaşdı: Səbəb nədir?
29 Jul 2024 | 07:23
Dünyanın ən güclü orduları açıqlandı - Azərbaycan ordusu neçəncidir?
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
29 Jul 2024 | 09:45
Qubada körpü uçdu - 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi — (FOTOLAR)- VİDEO 
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
AYLIQ
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
29 Jul 2024 | 07:56
Ağadadaş "MedEra"dakı insidentdən sonra ilk toyunda - İnsanların reaksiyası... - VİDEO
29 Jul 2024 | 15:28
Maaşlar bu qədər artacaq – DƏQİQ MƏBLƏĞ AÇIQLANDI
29 Jul 2024 | 10:53
XALQ ŞAİRİ ÜSYAN ETDİ: “Efirlər hərəmxanaya dönüb, qızın sinəsinə pul basıb, ziyalıları...”
29 Jul 2024 | 09:32
Yeməkdən imtina edən 3 bacının cəsədi tapıldı
29 Jul 2024 | 09:04
Paris-2024: Yaponiya 1-ci pillədə - MEDAL SİYAHISI
29 Jul 2024 | 10:34
Meyvə-tərəvəzin qiyməti kəskin bahalaşdı: Səbəb nədir?
29 Jul 2024 | 07:23
Dünyanın ən güclü orduları açıqlandı - Azərbaycan ordusu neçəncidir?
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
29 Jul 2024 | 09:45
Qubada körpü uçdu - 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi — (FOTOLAR)- VİDEO