Pilotsuz təyyarə və cihazları robotlar idarə edəcək...
ABŞ hərbi mütəxəssisləri müasir müharibələrin simasını dəyişəcək ciddi yeniliyə imza atıb.
Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, amerikalı mütəxəssislər pilotsuz təyyarə və cihazları idarə edəcək robot hazırlayıb. “Müharibə mütəxəssisi” adlandırılan robot texnikası bütün növ avtonom avadanlıqları idarə edə bilir və “çox zəngin inteqrasiya proqramına malikdir”.
Yeni robotların istifadəyə verilməsi ilə “insansız əməliyyatlar” dönəminin başladıdığını bildirən ekspertlər, bu robotların avtonom cihazlarda nasazılıqların aradan qaldırılması, onların sınaqlarının keçirilməsi, şəbəkə məlumat sistemləri və informasiyaların təhlili kimi çoxsaylı funksiyaların icrasına “məsul olacağını” vurğulayır.
Robotların hərbi əməliyyatlarda ciddi dönüş yaratmaqla yanaşı, pilotsuz aparatlar vasitəsilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəyə də ciddi fayda verəcəyi ehtimal olunur.
Seymur ƏLİYEV