11:56
11°C
Bakı
ABŞ-ın Minnesota ştatından olan cütlük evliliklərinin onuncu ildönümünü qeyd etmək üçün səyahətə çıxıblar və bu, onlar üçün düşərli olub.
Belə ki, 11 ştatı gəzən cütlük səfərlərini Arkanzas ştatının ərazisində yerləşən Almaz Krateri Dövlət Parkında yekunlaşdırmaq qərarlarına gəliblər.
Parka tez-tez baş çəkən təcrübəli tapıntı həvəskarları cütlüyə almazın necə əldə etməyin yolları haqqında müəyyən məlumat veriblər.
Torpağı ələkdən keçirən cütlük qiymətli daşın üzə çıxdığını görüblər.
Cütlük tapıntını parkın Almaz Kəşf Mərkəzinə aparıb və orada onun 1,9 karatlıq qəhvəyi almaz olduğu təsdiqlənib.(oxu.az)
Mənbə: UPI