Bizi sosial şəbəkələrdən izləyin:
“Citroën” yenilənmiş loqotipini təqdim edib.
Bu şirkətin qurucusu Andre Sitroen tərəfindən hazırlanmış loqonun yeni variantıdır.
Orijinal loqo hələ 1919-cu ildə yaradılıb.
Yeniləmiş loqotipə gəlincə, o, ilk dəfə sentyabrda debüt edəcək yeni konseptdə istifadə olunacaq. 2023-cü ilin ortalarından etibarən isə tədricən digər “Citroen” avtomobillərinə də tətbiq ediləcək.
Qeyd edək ki, şirkətin korporativ emblemin əvvəlki yenilənməsi 2016-cı ildə baş tutub.