“Anamdan gördüyüm laqeydlik qadınlarla münasibətimə təsir etdi, xanımlarımı aldatdım”
Maraqlı
3937
06 Sep 2022 | 09:40

“Anamdan gördüyüm laqeydlik qadınlarla münasibətimə təsir etdi, xanımlarımı aldatdım”

“Hər zaman sevgi əskikliyim olub, ona görə də sevgini depolamağa çalışmışam, sevgi ehtiyatı yığmaq istəyi ilə hərəkət etmişəm. Bu da məni aldatmağa sövq edib”.
 
Bu açıqlamanı Türkiyənin məşhur şoumeni Mehmet Ali Erbil “Sabah” qəzetinə müsahibəsində verib.
 
O, uşaqlıqda keçirdiyi travmaların həyatına təsir etdiyini deyib. Şoumen həyatı boyu, xüsusən də anasının laqeydliyi üzündən sevgisini başqalarında axtardığını, bu səbəbdən də daha çox arvadlarını aldatdığını bildirib.
 
“Hər zaman sevgi əskikliyim olub, ona görə də sevgini depolamağa çalışmışam, sevgi ehtiyatı yığmaq istəyi ilə hərəkət etmişəm. Bu da məni aldatmağa sövq edib”, – deyə Erbil qeyd edib.
 
Mən bu paylaşımları nə pul üçün, nə də gündəmdə olmaq üçün edirəm. Sosial şəbəkələrdəki bu paylaşımlar sayəsində tamaşaçılarımla görüşürəm. Mən “Çarkıfelek”dəki günlərimə qayıtdım. Çox darıxdığım bir şey idi. Mehmet Ali Erbil o günlərdə pərəstişkarları ilə görüşür. Mənə oradan gələcək pul lazım deyil…”, – deyə o əlavə edib.
 
“Ananızla barışdınızmı?” sualına cavabında şoumen barışdığını bildirib. “Bəli, anam İstanbuldadır, gözünü əməliyyat etdirəcəyəm. Nə olursa olsun, anamdır. Ondan heç bir şəkildə imtina etmək olmaz. Anamla problemli münasibətim sonrakı illərdə qadınlarla münasibətimə də təsir etdi. Müəyyən yaşdan sonra bunun daha çox fərqinə vardım. Mən həmişə sevgidən məhrum olmuşam, bu da məni aldatmağa vadar edib. Bu həm də psixoloji bir şeydir. Düşünürəm ki, bu, yaşadığım travmalarla bağlıdır. Bax, arvadlarıma xəyanət etmişəm, amma heç birinə şiddət göstərməmişəm. Nə psixoloji, nə də fiziki…”, – deyə Mehmet Ali Erbil qeyd edib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər