O, Neapolda zərgərlik butiki açıb, gecə klubuna sahib olub, coşqun kübar həyatı yaşayıb...
3106
28 Aug 2022 | 08:25

O, Neapolda zərgərlik butiki açıb, gecə klubuna sahib olub, coşqun kübar həyatı yaşayıb...

Jurnalistlər kollektivi Baş Kəşfiyyat İdarəsində xidmət etmiş rusiyalı casus qadını ifşa edib...
 
"Mariya Adela NATO birləşmiş komandanlığı mənzil-qərargahının yerləşdiyi Neapolda məskunlaşıb..."
 
"Əsl adı Olqa Kolobova olan casus qadın NATO və ABŞ Hərbi-Dəniz Qüvvələrinin bir çox zabitlərilə tanış olub, dostluq edib, mümkündür ki, alyansın yüksək vəzifəli hərbi qulluqçuları ilə sevgi macəraları yaşayıb..."
 
"Bellinqket" tədqiqat təşkilatı məlumat verib ki, İtaliyada NATO əməkdaşlarının etimadını qazanan rusiyalı casus qadın ifşa edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Şpigel" jurnalı, "Repubblika" qəzeti və "İnsayder" internet nəşri yazıb.
 
Özünü Perudan olan zərgərlik dizayneri kimi qələmə verən qadın NATO və ABŞ Hərbi-Dəniz Qüvvələrinin nüfuzlu tədbirlərinə qatılmağa, habelə Şimali Atlantika alyansının üzvləri ilə əlaqələr qurmağa və dostluq etməyə müvəffəq olub.
 
Tədqiqatçıların fikrinə görə, özünü Mariya Adela Kufeldt Rivera adlandıran qadının adı əslində Olqa Kolobova olub.
 
O, Rusiya Baş Kəşfiyyat İdarəsinin ştatlı əməkdaşıdır.
 
2006-ci ildə Mariya Adela Rusiya pasportu əldə edib.
 
Rəsmi versiyaya görə, o zaman o, Moskva Dövlət Universitetində aparıcı mütəxəssis olub.
 
Elə həmin ildən Roma, Malta və Paris arasında səyahətlər edib, nəhayət, 2013-cü ildə Neapolda, NATO birləşmiş komandanlığı mənzil-qərargahının yerləşdiyi Neapol şəhərində məskunlaşıb.
 
Orada o, zərgərlik butiki açıb, gecə klubuna sahib olub və coşqun kübar həyatı yaşayıb.
 
Onun mühüm məlumat əldə etməyə müvəffəq olması bəlli deyil, lakin NATO və ABŞ Hərbi-Dəniz Qüvvələrinin bir çox zabitlərilə tanış olmağı qadın tam dəqiqliklə bacarıb. 
 
Mümkündür ki, o, alyansın hətta yüksək vəzifəli hərbi qulluqçuları ilə sevgi macəraları yaşayıb.
 
Lakin qadın Rusiya pasportlarından istifadə etdiyinə görə ifşa edilib.
 
Mariya Adelanın ilk sənədi Baş Kəşfiyyat İdarəsinin ən azı özünün altı əməkdaşına, o cümlədən Sergey və Yuliya Skripallara qarşı sui-qəsddə şübhəli bilinən Aleksandr Kovalçuka verilən sənədlər seriyasına mənsub olub. 
 
Mariya Adela Kovalçuk  barədə araşdırmanın dərc edildiyinin ertəsi günü Moskvaya gedib. Görünür, kuratorları qadının şəxsiyyətinin üzə çıxacağından narahat olub. O zamandan Olqa-Mariya, görünür ki, Rusiyanı tərk etməyib.
 
Moskvaya gəlişindən iki ay sonra qadın "Facebook"da yazıb ki, Rusiyaya xərçəng xəstəliyi ilə bağlı dönüb.
 
2012-ci ildə Marita Adela ikili-Rusiya və Ekvador vətəndaşlığı olan kişiyə ərə gedib.
 
Tədqiqatçıların məlumatına görə, kişi sonradan müəmmalı şəraitdə dünyasını dəyişib.
Link kopyalandı!
Son xəbərlər