Moderator.az “Daily Mail”-ə istinadla xəbər verir ki, elm adamları Antonio Stradivarinin skripkalarının bənzərsiz səsinin sirrini açıblar.
Yeni araşdırmada iştirak edən Cozef Nagivari hələ 40 il əvvəl təxmin etmişdi ki, Stradivari və Kremona məktəbinin digər ustası Cüzeppe Qvarnerinin skripkalarının bənzərsiz səsinin səbəbi onların kimyəvi mənşəyilə bağlıdır. Alimin təxminləri öz təsdiqini tapdı.
Alimlər müəyyən ediblər ki, alətləri parazitlərdən qorumaq üçün onların hazırlandığı ağacı xüsusi kimyəvi tərkibə hopdururdular. Bu kimyəvi tərkibə zəy, boraks (borat turşusunun natrium duzu), mis, əhəng suyu (kalsium hidrooksid məhlulu) və sink daxil olardı.
“Çox güman ki, sənətkarlar istifadə etdikləri duzların materiala əlavə mexaniki möhkəmlk və akustik üstünlüklər verdiyini anlayırdılar. Onlar öz metodlarını gizli saxlayırdılar, çünki o vaxt hələ patent yox idi”, - deyə Nagivari mülahizəsini belə əsaslandırıb.
Alim kimyəvi maddələrin skripka səsinə necə təsir etdiyini dəqiq öyrənmək üçün daha çox araşdırmalar aparılmasının vacibliyini vurğulayıb.
Miraslan