Bizi sosial şəbəkələrdən izləyin:
“Azərbaycanda hazırda dörd 4 mason lojası fəaliyyət göstərir”.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə jurnalist Elçin Alıoğlu çıxış edib.
Journalist Feysbuk hesabında yazıb:
“Azərbaycanda indi 4 mason lojası fəaliyyət göstərir. “Azərbaycan Lojası”nın 54, “Dostluq Lojası”nın 36, “Xəzər Lojası”nın 26, “Bakı Lojası”nın isə 32 üzvü var.
Qeyd edək ki, masonluğun Azərbaycandakı aktiv fəaliyyət tarixçəsi ötən əsrin əvvələrinə təsadüf edir. Rusiyada masonluğun mövcudluğunu, Rokfeller, Rotşild kimi ailələrin keçən əsrin əvvəllərində Azərbaycandakı fəaliyyətini nəzərə alsaq, bu o qədər də təəccüblü görünmür.
Hazırda ABŞ-da “Böyük ustad” dərəcəsinədək yüksəlmiş həmvətənimiz də var. 1938-ci ildə Təbrizdə anadan olan Bağır Heyət gənc yaşlarında İrandan ABŞ-a mühacirət edib. ABŞ-da ticarət fəaliyyətinə daşınmaz əmlakın alqı-satqısı ilə başlayan Bağır Heyət ABŞ vətəndaşlığı aldıqdan sonra adını dəyişərək Robert qoyub.
İddiaya görə, Bağır Heyət masonluq fəaliyyətinin ən aktiv dövrünü Rumıniyada keçirib, Çauşesku rejiminin devrilməsində, Rumıniyadakı xalq qiyamının təşkilində, ABŞ-dakı “Nur Lojası” və “Azəri Lojası”nın qurulmasında fəal iştirak edib.
2006-cı il dekabrın 19-dan Vaşinqtondakı lojaların mərkəzi olan “Kolumbiya Dairəsi Böyük Lojası”ına başçılıq edən “Böyük ustad”dır. Azərbaycanda masonların yığıldığı bir çox yer olduğu düşünülür ki, bu yerlərdən biri də Bakıdakı kilsələrin biridir.
Azərbaycandakı masonluğun başçısı sarı qaşlı üzüklə tanınır. Bu üzük şirin gözünü xatırladır.