Maraqlı
9769
22 Nov 2020 | 10:44

"Kəlbəcərdə “dəfn olunan” ermənilər və qətl edilən “Böyük Ermənistan”..."

10 noyabr  Sazişi Ermənistanla Azərbaycan arasında bir prinsipial mədəniyyət fərqini də üzə çıxardı. Gəlin, müqayisəyə birlikdə baxaq:ermənilər yalvararaq Kəlbəcər üçün aldıqları əlavə on gündə göstərdilər ki, 90-cı illərdəki dağıntıları hansı əxlaq, düşüncə və vasitələrlə həyata keçiriblər. 28 il əvvəlki hadisələr zaman maşını ilə yeni dövrə transformasiya olundu-dünyanın gözü qarşısında  təkrarlandı. 


Doğrudur, bizim maddi-mədəni və mənəvi sərvətlərimizə ölçüyə gəlməyən ziyanların vurulması hər birimizi ağrıtdı, hətta azğınlığın miqyasına görə bir qism vətəndaşlarımız sanki belə gözləmirmiş kimi heyrətlərini də bildirdilər, digər tərəfdən, əsrlərlə qurduğumuz yaşayış məskənlərini yenidən tikmək-qurmaq üçün xeyli zaman və xərc tələb olunacağı da əlavə qayğıya çevrildi.Lakin Kəlbəcərin və digər ərazilərin barbarcasına yandırılması Ermənistanın 1915- ci il barəsində bütün dünyaya yaydıqları soyqırım əfsanələrini də büsbütün zərbə altında qoydu, onların məzlumiyyət-məsumiyyətlə daşlaşan siyasi arqumentlərini dağıtdı, eyni zamanda şəhərlərə-kəndlərə qarşı törədilən genosidin bütün platformalarda onların qabağına qoyulacağına, eləcə də Azərbaycanda tərk edib getdikləri kül altındakı “böyük Ermənistan” ideallarının da öz əlləri birdəfəlik basdırılmasına səbəb oldu.

Bütün canlı aləmə, fauna və floraya qənim kəsilənlərin öz keçmişlərinə, min illər ərzində qədim sivilizasiyanı təmsil etdiklərinə dair əsatirlərə daha kimisəni inandırmaq çətin olacaq. Azərbaycan adı ilə assosiasya olunan nə varsa, hamısına zooloji instinktlərlə yanaşanlar elə həmin təhtəlşüur altında işğal tarixinin son pərdəsini-şəxsi faciələrini Murovun ətəklərində qoyub getdilər. Əsgərlərini “300 spartalı”ya oxşadanlara cavab olaraq, general Movses Akopyanın dediyinə görə, silahlı əməliyyatların 3- cü günü 1500-dən artıq, ümumilikdə isə 10000 nəfərə qədər fərari ilə bir damın altında, vahid cəmiyyət içərisində yaşamaq mümkün olmayacaq.Müharibədəki məğlubiyyət Ermənistanın daxili sabitiliyini də pozacaq, səngərdən qayıdan, psixikası zədəli hərbi dəstələr vətəndaş müharibəsinin potensial iştirakçısına çevriləcəklər.  

Kəlbəcərdə keçmiş ölülərini qəbirdən çıxaran adamlar əvəzində özlərini orada birdəfəlik dəfn edirlər.Azərbaycan xalqının dini, mənəvi və siyasi idealları, yaşam ideologiyası düşmənin nə keçmiş, nə də indiki cəsədləri ilə savaşmağı təşviq etmir.Silahlı düşmən öldürülən anda onunla savaş bitir! 
Məgər savaşın ilk günlərində fəth olunan Suqovuşanda, Talışda, Hadrutda və digər müəyyən sayda mülki ermənilərin yaşadıqları ərazilərdə  qalib əskərlərimizin məzarlıqlara toxunduğunu görən olubmu?Əsla, belə davranış mümkün deyil.Şanlı Ordumuzdan fərqli olaraq, ölülərlə kimin vuruşduğunu dünya yaxşı görür.  


Erməni xalqının sabahı qeyri-müəyyəndir, yalnız sarsıntılı bu günü və mifologiyalarla zəhərlənmiş keçmişi var.Gələcəksiz millətin bir lideri tapılmır ki, layiq olduqları məğlubiyyətdən sonra öz qınına çəkilən xalqının sabahının necə olacağını onlara göstərsin. Yolsuzluq böyük bəladır...
Azərbaycansa Böyük Hərbi Zəfərdən sonra Qarabağda başlatdığı ilk tarixi işi Yol çəkmək oldu.
Yol nəinki islam dünyasında, eləcə də xristian aləmində də müqəddəs sayılır.
Yolumuz mübarək və açıq olsun! 

Zahid Oruc, Millət vəkili, STM rəhbəri
Link kopyalandı!
Son xəbərlər