Türkmənistanda prezident Qurbanqulu Berdiməhəmmədovun ad gününə həsr olunmuş konsertdə mahnı oxuyan məşhur müğənni Cenifer Lopez qınaq obyektinə çevrilib.
Moderator.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, məhşur müğənni Cenifer Lopez həftə sonu Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun 56-cı doğum günü münasibəti ilə keçirilən konsertdə “Happy Birthday Mr.Prezident”mahnısını səsləndirib.
Bundan sonra isə bir sıra nüfuzlu beynəlxalq insan haqları təşkilatları Cenifer Lopezi ittiham edən reaksiyalar nümayiş etdiriblər. Onlar diktatoru təbliğ etdiyi üçün məhşur müğəninin üzr istəməsini tələb edirlər. Lopezin köməkçisi isə baş verənlərlə bağlı bunları deyib:
“Əgər Lopez əvvəlcədən məsələdən xəbəri olsaydı, heç konsert təklifinu qəbul etməzdi”.