Bizi sosial şəbəkələrdən izləyin:
Yeşiva universitetinin hissəsi olan Albert Eynşteyn tibb kollecinin tədqiqatçıları futbolla məşğul olmağın beyinə təsirini öyrənməyin nəticələrini dərc ediblər.
Moderator.az Medical Express-ə istinadən xəbər verir ki, tədqiqatın nəticəsi qadınların ürəyincə olmaya bilər...
Tədqiqatın gedişində aşkar olub ki, futbol oyununda başla zərbə vuranda qadın beyini kişininkindən fərqli olaraq 5 dəfə artıq zədələnir.
Qeyd olunur ki, tədqiqatda futbolla bir neçə ildir məşğul olan 98 nəfər (49 kişi, 49 qadın) iştirak edib və bu cür qeyri-adi nəticə üzə çıxıb.