Soyuq suyu ilıq suyla əvəzləməyin 4 FAYDASI
Maraqlı
4072
31 Dec 2018 | 19:22

Soyuq suyu ilıq suyla əvəzləməyin 4 FAYDASI

Yəqin ki, bir çoxları  gün ərzində bir neçə stəkan su içməyin vacibliyi  haqqında  eşidib. Bu, sözsüz ki, faydalı adətdir. Lakin soyuq suyun ilıq su ilə əvəzlənməsi daha yaxşıdır.

Həzm sisteminə təsiri

Moderator.az faktxeber.com-a istinadən bildirir ki, soyuq su qidada olan yağların bərkiməsinə səbəb olur, bu da həzmi gecikdirir.

İlıq su isə əksinə, qidanın daha tez həzm olunmasına səbəb olur. Bu onun orqanizm tərəfindən mənimsənilməsinə yardımçı olur, həmçinin köpdən xilas edir.

Tənəffüs  sisteminə təsiri

Soyuq su selik toplanmasına səbəb olur. Bu tənəffüs sisteminin  infeksiya riskini artırır və boğazın iltihablanması ilə nəticələnə bilər.

İlıq suda bunun əksini göstərir: boğazı yumşaldır və qıcığı aradan götürür. Bu həm tənəffüs yolu xəstəlikləri zamanı, həm də sadəcə səhər susuzlucun öhdəsindən gəlmək üçün faydalıdır.

Qan dövranı sisteminə təsiri

Soyuq su qan damarlarının  qurumasına səbəb olur.

İsti su içdikdə  damarlar genişlənir, nəticədə qan dövranı, həmçinin orqan və toxumalarda qan təchizi yaxşılaşır. Bunun sayəsində orqanizm toksinlərdən qurtulur.

Sinir sisteminə təsiri

Aşağı temperatur  baş ağrılarını yaradan əsas faktorlarından biridir. Araşdırmalar göstərib ki, soyuq su oxşar effektlərə malikdir və miqren xəstəliklərindən əziyyət çəkənlərə mənfi təsir göstərə bilər.

İsti su isə, əksinə, ağrını azaldır. Xüsusən spazmlardan qurtulmağa yardım edir.
Link kopyalandı!
Son xəbərlər