Dünyanın ən ucaboylu qadınları bu ölkələrdə yaşayır - Yeni siyahı
5033
29 Jul 2016 | 15:04

Dünyanın ən ucaboylu qadınları bu ölkələrdə yaşayır - Yeni siyahı


Tədqiqatçılar dünyanın ən hündürboylu qadın və kişilərin yaşadığı ölkələrin yeni siyahısını tərtib ediblər.

Moderator.az xəbər verir ki, dünyanın ən ucaboy qadınları Litvada, kişiləri isə Hollandiyada yaşayır. Litvalı qadınların orta boyu 168 santimetrdir. Holland kişilərdə isə bu rəqəm 182.5 santimetr təşkil edir.

Həmçinin 1914-cü ildən bu günədək dünyanın 200 ölkəsində əhalinin boyunda artım müşahidə olunub. Məsələn, iranlılarda boy artımı 16 santimetr, koreyalılarda isə 20 santimetr təşkil edib.

Başqa ölkələrə nisbətən daha ucaboylu və cüssəli kişilərə Danimarka, Belçika və Estoniyada, qadınlara isə Latviya ilə yanaşı, Çexiya və Hollandiyada rast gəlmək olar.

Alimlərin hesablamalarına görə, kişilər qadınlara nisbətən orta hesabla 12 santimetr daha hündür olurlar.

Elmin Nuri
Link kopyalandı!
Son xəbərlər