Gəncəli azarkeş futbolçuya plastik butulka atdı, bölməyə aparıldı
730
29 Apr 2023 | 21:37

Gəncəli azarkeş futbolçuya plastik butulka atdı, bölməyə aparıldı

Misli Premyer Liqasının XXXII turunun açılış matçından sonra insident baş verib.  

Bizim.Media xəbər verir ki, "Kəpəz" - "Sumqayıt" görüşündə yeganə qolun müəllifi olan qonaqların hücumçusu Vüsal İsgəndərli təzyiqə məruz qalıb.  

Belə ki, gəncəli azarkeş ona plastik butulka atıb və bu, futbolçunun başına dəyib. 

Həmin şəxs polislər tərəfindən bölməyə aparılıb. 

Qeyd edək ki, hələ matçın gedişində də İsgəndərli ilə "Kəpəz" fanatları arasında söz atışması olub. 

Rəşad Rafqoğlu, Bizim.Media

Link kopyalandı!
Son xəbərlər