Albert Eynşteyn haqqında az bilinən 15 fakt  -Foto
Maraqlı
6850
29 Mar 2016 | 01:48

Albert Eynşteyn haqqında az bilinən 15 fakt -Foto

Müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı, nəzəriyyəçi fizik Albert Eynsteyni tanımayan çox az adam tapılar.

Bu alim dünyanı dəyişdirməyi və hər şeyə fərqli baxmağımıza səbəb olmağı bacarıb. Biz də görkəmli fiziklə daha yaxından tanış olmağınız üçün, həyatı barədə az bilinən faktları toplayaraq sizə təqdim edirik:

1. Albert Eynsteyn 14 mart, 1879-cu ildə Almaniyanın köhnə Vürttemberq əyalətinin Ulm qəsəbəsində, Bahnhofstraße küçəsi, B135 nömrəli binada doğulub.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO


2. 1955-ci il, 18 aprel tarixində 76 yaşında ABŞ-da New Jersey, Princeton şəhərində gecə saat 01:15-də vəfat edib. Ölüm səbəbi diaqnozu əvvəldən qoyulmuş abdominal anevrizmanın partlaması nəticəsində durdurulması mümkün olmayan qanaxma olub.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO


3. Ölümündən bir neçə saat sonra alimin beynini icazəsiz olaraq Dr. Thomas Harvey oğurlamış və elmi araşdırma olaraq onu öyənmişdir.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO


4. Albert Eynsteynin məzarı yoxdur, çünki o basdırılmayıb. Özünün istədiyi kimi ölümündən sonra bədəni yandırılmış və külləri naməlum bir yerə sovrulmuşdur.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO


5. Eynsteyn son vəsiyyətini 18 mart, 1950-ci il tarixində yazaraq, katibi Helen Dukas ilə Dr.Otto Nathan”™ı məsul şəxslər olaraq bəlli etmişdir. Onun vəsiyyətində adları keçənlər arasında ögey qızı Margot, 2 oğlu və bir neçə başqa ad da var idi. Bütün yazıları və araşdırmaları isə Qüdsdə yerləşən Yəhudi Universitetinə təhvil verilmişdir.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO


6. Bacısı Mayanın bildirdiyinə görə, Eynsteynin kiçik yaşlarında ən sevdiyi məşğuliyyət binalar inşa etmək idi. Vəhşi təbiət və idmanla az maraqlanırdı. Yaşı artıqca isə yeganə marağı kitab oxumaq olmuşdu.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO


7. Eynsteyn heç vaxt pis şagird olmayıb. Məktəb vaxtlarından nümunəvi davranışı ilə fərqlənib. Xüsusilə də riyaziyyat və təbiət elmlərindən əla qiymətlər alıb. Dil, rəsm və idman dərslərindən aldığı qiymətlər isə nisbətən daha aşağı idi, lakin onlarda da uğursuz deyildi. Bəzi deyilənlərin əksinə olaraq, təhsil müddəti boyunca heç vaxt sinifdə təkrar qalmayıb.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO


8. Eynsteyn litseyi 1896-cı ildə İsveçrənin Aarau şəhərindəki Cantonal məktəbində bitirmişdi. 1896-1900 illər arasında İsveçrə Texniki Akademiyasında (ETH) oxuyub. 1900-cü ilin iyul ayında böyük müvəffəqiyyətlə diplomunu almışdı.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO


9. Eynsteyn 2 dəfə evlənib. 1875-1948-ci illər arasında yaşamış olan Mileva Maric ilə 1903-cü ildə evlənmişdi. Maric ETH”™də oxuyan tələbələrdən biri idi. Onlar 1919-cu ildə boşandılar. Bu hadisədən 4 ay sonra qohumu Elsa Löventhal (1876-1936) ilə evləndi. İlk həyat yoldaşı Milevadan 2 oğlu, ikinci arvadı Elzadan isə 1 qızı olmuşdu.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO


10. Eynsteynin boyu İsveçrədə tutduğu bir qeyd dəftərində 171.5sm olaraq qeyd edilib. 1923-cü il tarixli pasportunda isə 175sm qeyd edilib. Gözləri qəhvəyi rəngli idi. Pianino və skripka çalmaqdan xoşu gəlirdi. Ən çox sevdiyi musiqiçi Mozart idi, daha sonra Vivaldi, Bax, Şubert, Korelli gəlirdi.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO


11. Eynsteynin Tümmler adlı qayığı va idi, lakin o özü üzməyi bacarmırdı. Ona görə də hər dəfə dənizə çıxdığında, ailəsi onun həyat təhlükəsizliyi ilə bağlı narahat olurdu.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO


12. Arvadı Elza və həkimlər qadağa etməsinə baxmayaraq, siqaret çəkirdi. Bir az alkoqol da qəbul edirdi. Daha çox şərab və konyaka üstünlük verirdi. Lakin alkoqolu heç vaxt çox içməyib.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO


13. Eynsteynin sevdiyi yazıçılar çox idi. Servantesin Don Kixot əsərindən tutmuş, Dostoyevskinin Karamazov Qardaşlarına kimi müxtəlif əsərləri oxumağı sevirdi. Bundan əlavə Poincaré, Mach, Tolstoy, Heine, Shaw, Schopenhauer və Spinoza oxuyurdu. 

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO


14. Einstein 12 patent sahibi idi. Macar fiziki Leo Szilad ilə soyuducunun patentini almışdı. Bundan əlavə digər alimlərlə də eşitmə cihazının patentini almağı bacarmışdı.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO


15. Hal-hazırda da Einsteinin nəsli davam etməkdədir. Lakin şəxsi həyat gizliliyi səbəbilə onların adları və ünvanları açıqlanmır.(pahoo.az)


Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO

Link kopyalandı!
Son xəbərlər