Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər
1376
04 Oct 2026 | 11:32

Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər

Astroloqlar oktyabrın 3-də başlayan Venera retroqradının dörd bürc üçün xüsusilə diqqətçəkən dövr ola biləcəyini bildirirlər.
 
Bu barədə "Hindustan Times" yazıb.
 
Astroloji şərhlərə əsasən, Venera Əqrəbin təxminən 8-ci dərəcəsində retroqrad hərəkətə başlayır və oktyabrın 25-də Tərəziyə keçir.
 
Bu dövrdə xüsusilə Buğa, Tərəzi, Əqrəb və Şir bürcləri üçün sevgi, münasibətlər, pul və özünə dəyər mövzularının yenidən gündəmə gələ biləcəyi proqnozlaşdırılır.
 
Qeyd edək ki, astrologiya elmi proqnozlaşdırma metodu hesab edilmir və bu cür şərhlər əyləncə xarakterlidir. /Lent.az/
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər