“Putin “qalib” kimi qalsa, yaxud, əksinə, cani kimi getsə, başımıza nələr gələcək?..” 
Oxunub: 9098
11 Mar 2022 | 21:09
“Putin “qalib” kimi qalsa, yaxud, əksinə, cani kimi getsə, başımıza nələr gələcək?..” 
"...“5-ci kalon” Azərbaycandakı  milli "kalon"un siyahısını çoxdan Moskvaya ötürüb...”
 
“Bu gün Qarabağdakı Rusiya hərbi kontingentinə qarşı hədsiz aqressivlik əleyhimizə işləyə və Ermənistandakı Rusiya səfirinin bu günlərdə açıqladığı  “Artsaxın tanınması”nın Cənubi Osetiya, Abxaziya ssenarisi işə düşə bilər...”
 
“Önəmli olan  hələ bu savaşlardan salamat çıxmaq deyil, önəmlisi haqqın, yoxsa nahaqqın, məzlumun, yoxsa zalımın yanında olmaqdır...”
 
-FİKİR SAVAŞI...-
 
Bundan əvvəlki olaylara da, Ukrayna savaşına da teoloji, ilahi baxımdan, Quran prizmasından yanaşsaq, deyə bilərik ki, Rusiyadakı avtoritar rejim başçısı Vladimir Putin tarix boyu bütün bəşər əhlinin Yaradan qarşısında etdiyi günahların növbəti toplusu-məcmuyu kimi kafir və münafiqlər üçün bir cəza, möminlər üçün isə bir sınaq, imtahan vasitəsi olaraq çıxıb qarşımıza... Yeri gəlmişkən, zaman-zaman ayrı-ayrı region və ölkələrdə də belə günah məcmuları olub və indi də var... Elə 1917-1924-cü illərdə Azərbaycan da daxil bütün qonşu ölkələri hədə, zor və işğal, repressiyalar gücünə bolşevik Rusiyasının müstəmləkəsinə çevirən Lenin, 1930-1940-cı illərdə eyni məkanda, həmçinin ölkəmizdə milyonlarla insanı repressiya, qətl və sürgünlərə məruz qoyan Stalin də, II Cahan savaşında 70 milyona yaxın insanın qətlinə bais olan Hitler də, Yaponiyaya atom bombası əmrini verən Harri Trumen də, İraqa, ardınca Əfqanıstana  heç bir əsas olmadan, yalançı nüvə, kimyəvi silah istehsalı, Bin Laden və s. ittihamlarıyla hücum əmri verən ata və bala Buşlar da və s. belə günah “mühərrikləri” olub. Amma Putin də original bir günah “bombası”dir. O, faktiki olaraq digər xalqlarla yanaşı, öz xalqına, millətinə də qənim kəsilib. Bu gün Ukraynada hələ hərbçiləri demirik, dinc ukrayınlarla bərabər, onlarla eyni –slavyan mənşəyinə malik rus millətinin nümayəndələri də həlak olur... 
 
**** ***
 
Bir sözlə, Allahın hökmü ilə bütövlükdə dünya, o cümlədən Ukrayna, Rusiya, bütün keçmiş sovet məkanı kimi, Azərbaycan da – bizlər də bu sınağı, imtahanı yaşamağa məhkumuq. Və burada  önəmli olan  hələ bu savaşlardan salamat çıxmaq deyil, önəmlisi haqqın, yoxsa nahaqqın, məzlumun, yoxsa zalımın yanında olmaqdır ki, Axirətdəki taleyimizdə bu da aparıcı rol oynayacaq.  Yəni əsas məsələ Yaradanın bu imtahanından alnıaçıq, üzüağ çıxmaqdır... Bu mənada dövlətləri, xalqları adından Rusiyadakı Putin rejimi ilə münasibətlər barədə qərar verməli olan siyasi liderlərin də, eləcə də bu işğalçı rejim başçısı hakimiyyətdə ikən  nə vaxtsa işğalçı və terrorçuluğu növbəti dəfə isabt olunan Rusiya ilə faktiki müttəfiqlik haqda saziş olan Moskva bəyannaməsinin  ratifikasiyasını müzakirə etməli olan Azərbaycan deputatlarının da durumu çox mürəkkəbdir... Təbii ki, onların verəcəyi qərarlar da bizlərin bu dünyadakı taleyinə təsirsiz ötüşməyəcək...
 
*** ***
 
Bəs Putinin Ukrayna bataqlığından (SSRİ Əfqanıstanda “qalib” olan kimi) müvəqqəti də olsa, “qalib” çıxacağı, yaxud  məğlub olaraq cani kimi çıxacağı hallarda Azərbaycanda nələr baş verə bilər?.. 
 
*** ***
Əvvəla, bilmək lazımdır ki, Putin rejiminin bir neçəsi istisna, əksər keçmiş sovet ölkələrində olduğu kimi, Azərbaycanda da“5-ci kalon” deyilən və əslində babat bir orduya bərabər  “KQB”-“QRU”-korrupsiya şəbəkəsi var. Hələ rəhmətlik Mirzə Xəzər, səhv etmirəmsə, 2001-ci ildə “Azadlıq” radiosundakı çıxışlarından birində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə istinadla demişdi ki, Azərbaycanda 80 minə yaxın Rusiya agenti var. O günlər yazdığım bir yazıda da dediyim kimi, belə çıxırdı ki, o zamanki ölkə əhalisinə( 8 milyon nəfərə yaxın) nisbətdə ölkəmizdə hər 100 nəfərdən biri Rusiyaya işləyirdi. Yəni, hər kənddə, hər küçədə, hər çoxmərtəbəli binada belə, “KQB”-“FSB”, yaxud “QRU” agentləri ola bilərdi. Rusiyanın kəşfiyyat qoşununun belə çox olmasına əsas səbəblərdən biri də, heç olmasa, Bakıdakı olan-qalan “KQB” arxivlərinin vaxtında açılmaması və ən azı, siyasi meydandakı, vəzifələrdəki Rusiya rezudent və agentlərinin  ifşa olunmaması idi... Son 21 ildə də həmin arxivlər açılmadığından məntiqlə belə çıxır ki, Putinin Azərbaycandakı agentura şəbəkəsinin sayı da əhalimizin sayına uyğun artırılaraq 100 minə yaxın olub... Və zaman onu da göstərdi ki, biz özümüz həmin şəbəkəni çökdürmək gücündə deyilik, heç 30 ildir kefkom(!) baş qərargah rəisləri generallar Şahin Musayev və Nəcməddin Sadıkovu, orduda bir sıra kütləvi cinayətlərdə əli olan generalları, keçmiş korpus komandirlərini və s. həbs edə bilmirik... Bunun bir səbəbi də odur ki, təəssüf ki, idarəçiliyimizdə öz nəfslərinə uyub rüşvətə, korrupsiyaya, əxlaqsızlığa qurşanmış və qeyri-iradi sözügedən “KQB”-“QRU”-korrupsiya şəbəkəsinə üzv olmuş nəinki rusdillilər, erməni mənşəlilər, digər azsaylı millət nümayəndələri, eləcə də təmiz türksoylu məmur, deputatlar və iş adamları da var. Və onlar Azərbaycanın düşmən agentura şəbəkələrindən, ordularından təmizlənməsi qarşısında böyük əngəldirlər. Son 10-15 ildəki həbslərə rəğmən ölkədə korrupsiya şəbəkəsinin məğlub olmaması da buna sübutdur... 
 
Elə mediada az görünsə də, sosial şəbəkələrdə Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən çıxışlar edənlərin də çoxu məhz həmin “5-ci kalon”un, yaxud məlum agentura-korrupsiya şəbəkəsinin nümayəndələridir... 
 
*** ***
 
Onu da yada salıram ki, paytaxtımızda hələ də qızıl ordusu Azərbaycanı işğal edərək müstəqilliyimizə son qoymuş bolşevik inqilabının Bakıdakı carçılarından olmuş rusca “Bakinskiy raboçiy”(“Bakı fəhləsi”) qəzeti hələ də nəşr edilməkdə, məmurlarımızın masalarını bəzəməkdədir...
 
*** ***
 
Bir sözlə, sözümün canı ondadır ki, düzdür, Rusiyaya qarşı basqıların fonunda belə ehtimallar çox azdır, amma güclünün haqlı sayıldığı çağdaş dünyadan hər şey gözləmək olar. 1917-1924-cü illərdə Lenin Ukrayna kimi, Azərbaycanı, Gürcüstanı, Qazaxıstanı, Özbəkistanı və s.  əməlli-başlı işğal edib, əhalisini repressiyadan keçirib Sovet İttifaqı adlı imperiyada birləşdirəndə  kim onun qarşısına durdu? ABŞ, Britaniya, Almaniya, yoxsa Çin? Heç 1918-ci ildə bizi erməni-bolşevik işğalı və soyqırımından qurtarmış qardaş Türkiyənin də bu dəfə hayımıza gəlməyə imkanı olmadı?.. Və həmin SSRİ məkanında 10 illərlə yaşanan iqtisadi çöküşə, bütün ittifaq boyu, hətta Rusiyanın özündə belə, on milyonlarla insanın aclıqdan ölməsinə, II Cahan savaşında da dəhşətli itkilərə məruz qalmasında rəğmən bu şər imperiyası duruş gətirərək hələ yarım əsrdən çox dünyaya meydan oxudu... 
Odur ki, deyilənləri və Putin rejiminin Azərbaycanda yüksək təsir gücünü nəzərə alaraq hər birimiz həlledici məqamda seçimə hazır olmalıyıq. Yəni indidən bu dünyada zor gücünə malik nahaqqın, yoxsa zahirən fiziki, maddi cəhətdən zəif, ancaq güclü mənəvi qüvvəyə malik haqqın yanında olacağımızı qəti müəyyən etməliyik.  Dünyadakı mövcud geo-siyasi durum da göstərir ki, hər şeyə hazır olmalıyıq... 
 
*** ***
 
Öncəki yazılarda da dediyimiz kimi, Putin Ukraynaya təcavüzü zamanı uşaq, qadın, qoca – heç kəsə rəhm etməməklə onu da demək istəyir ki, öz xalqıma, onunla eyni slavyan mənşəli, eyni dini inanclı ukrayınlara belə güzəştsiz, rəhmsiz münasibət bəsləyirəmsə, görün sizlərə, o cümlədən müsəlman və türksoylu xalqlara qarşı nələr etməyə hazıram. Belə görünür ki, Rusiyanın indiki lideri sovet imperiyasının banisi Lenin kimi öz məqsəd və ideyalarını həyata keçirmək uğrunda hər cür cinayətkar addımlara, hətta ölkəsi daxilində vətəndaş müharibəsinə də getməyə hazırdır. Odur ki, Putinin Ukrayna savaşından “qalib” çıxacağı halda biz artıq parlamentimizdə müttəfiqlik haqqında bəyannaməni kənara qoyub birbaşa yeni İttifaq müqaviləsinin də ratifikasiyanı müzakirə edə bilərik.  Çağdaş Qərb dünyasının mövcud mövqeyi və qardaş Türkiyənin belə, 1920-ci ilin aprelində olduğu kimi, proseslərə müdaxilə etmək imkanının olmayacağı halda bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da hər şeyi gözləmək olar... 
 
*** ***
 
Gələcək günlər haqda qərar verərkən onu nəzərə almaq lazımdır ki, Bakıdakı açılmamış “KQB” arxivlərində və onların Moskvadakı nüsxələrində Azərbaycanda hazırda yaşayan hər bir nəslin, tayfanın şəcərəsi haqda Çar Rusiyası və sovet imperiyaları dövründən toplanmış yetərli qədər informasiyalar var. 1991-ci ildən bəriki dövrdə baş vermiş yeniliklərlə bağlı isə buradakı “5-ci kalon” və ya həmin “KQB” və “QRU”nun yaratdığı yeni şəbəkə Kremli vaxtlı-vaxtında məlumatlandırıb.  Xüsusən də Putini maraqlandıran Rusiyanın imperiya iddialarına, Azərbaycanın yenidən birbaşa  Kremlin müstəmləkəsi olmağı qəbul etməsinə qarşı qəti çıxış edənlərin, yəni milli kalonun siyahısı belə xəyanətkarlar tərəfindən çoxdan Moskvaya ötürülüb və bu gün də ötürülməkdədir... 
 
*** ***
 
Yəqin, diqqət etdiniz, Putin Ukraynadakı separatçı-terrorçu qurumların tanınmasıyla bağlı təhlükəsizlik şurasındakı çıxışında açıq bildirdi ki, 2014-cü il mayın 2-də Odessada baş vermiş faciəyə görə məsuliyyət daşıyanlar bizə adbaad məlumdur, onların tapılıb məsuliyyətə cəlb olunması üçün hər şey ediləcək. Böyük ehtimalla 1999-cu ildə hələ Putin baş nazir ikən Rusiyada Çeçenistana növbəti hücuma bəhanə verən bir neçə çoxmərtəbəli binanın partladılması kimi, Odessa faciəsi də “FSB”, yaxud “QRU”-nun əməli idi. Amma söhbət ondan gedir ki, Putin Ukraynada Rusiyaya qarşı sərt mövqedə olanların adlarını bildiyini vurğulayır. Bu dolayısıyla o deməkdir ki, Kremldə digər keçmiş sovet respublikalarında olduğu kimi, Azərbaycandakı “5-ci kalon”la mübarizə aparan milli kalonun, yəni Rusiya müstəmləkəliyinə qarşı qəti, güzəştsiz savaşanların da siyahısı var... Və  Allah eləməmiş, Ukraynada “qalib” olacağı təqdirdə və öncə dediyimiz kimi, qardaş Türkiyənin belə, 1920-ci ilin aprelində olduğu kimi, proseslərə müdaxilə etmək imkanının olmayacağı və yeni “İttifaq”a qoşulmağa məcbur ediləcəyimiz halda Azərbaycanda bu gün, xüsusilə, Ukraynadakı savaşda Kremlə, şəxsən Putinin özünə qarşı sərt çıxış etmiş siyasi fiqurları və ya media nümayəndələrinin açıq repressiyası başlana bilər...
 
*** ***
 
Ukrayna savaşını başlatmamışdan öncə Ramiz Mehdiyevin “zərərsizləşdirilməsi”, Nəcməddin Sadıkovun “xəbərdar edici” qəzaya salınması və mediada və hərbi dairələrdə kəskin “vurulması” bizi aldatmasın,  Azərbaycanda “5-ci kalon” və ya  “KQB”-“QRU”-korrupsiya şəbəkəsi hələ də iş başındadır... Və təbii ki, bu xəyanətkar şəbəkələr də Ermənistan və Qarabağdakı revanşist, işğalçı və terrorçu ermənilər kimi səbirsizliklə  Putinin Ukraynada qalib olacağını və SSRİ-nin dağılması haqda qərar verilmiş Belarusun Belovejskaya Puşşasında da  Ukrayna ilə danışıqlar əvəzinə, 3 slavyan respublikası liderlərinin  yeni İttifaq sazişi imzalayacağı günü gözləyirlər... Və bu halda təbii ki, ölkəmizdəki Rusiya tərəfdarları nəinki güclənəcək, 1920-ci ildə olduğu kimi azğınlaşacaq...  
 
*** ***
 
Fəqət, bütün deyilənlər və hətta Putinin “qalib” çıxacağı halda daha qəzəb və qisas hissi ilə üstümüzə gəlməsi də bizləri qorxutmamalıdır. Sadəcə, hər kəs indidən öz səfini, cərgəsini dəqiq müəyyən etməlidir. Və əgər bu gün, kimlərsə sadəcə, özünə reytinq qazanmaq üçün Rusiyaya qarşı populist çıxışlar edirlərsə, yaxşı düşünməlidirlər; Putinin və onun ölkəmizdəki “kalonu”nun, agenturasının gözlənilmədən dirçələcəyi halda riyakarcasına onların bayrağı altına keçəcəklərsə, yaxşı olar ki, indidən sussunlar...
 
*** *** 
 
Onu da demək lazımdır ki, Putinin Ukraynada  uduzacağı, lakin hakimiyyətdə qalacağı təqdirdə də Güney Qafqaz və Orta Asiya ölkələri üçün təhlükələr gözlənilir.  O mənada ki, azğınlaşmış Şimal ayısı məğlubiyyətinin hikkəsini artıq  Avropadan, yaxud ABŞ-dan yox məhz daha zəif dövlətlərin üzərinə yönəltməyə  çalışacaq. Son günlər Qarabağda, eləcə də Tacikistan-Qırğızıstan sərhədində başlanan gərginlik bəlkə də məhz buna hazırlığın göstəricisidir...  Odur ki, Azərbaycan dövləti və xalqı da bütün Rusiya-Ukrayna savaşının bütün variantları üçün hazırlıqlı olmalıdır... Bu gün Qarabağdakı Rusiya hərbi kontingentinə qarşı hədsiz aqressivlik əleyhimizə işləyə və Ermənistandakı Rusiya səfirinin bu günlərdə açıqladığı  “Artsaxın tanınması”nın Cənubi Osetiya, Abxaziya ssenarisi iPutin üçün əlverişli məqamda işə düşə bilər... 
 
*** ***
 
Yenə də deyirəm, 44 günlük savaşın sonundakı kimi xofa, qorxuya qapılmaq lazım deyil ki, ay aman, biz Xankəndinə girsək, Rusiya bizi yer üzündən siləcək... Rusiya ordusunun, o cümlədən texnikasını məğlubedilməzliyi mifini öncə elə bizim II Qarabağ savaşında Türkiyə “Bayraktar”ları yıxdı. Ermənistandan atılmış “İsgəndər” və digər Rusiya raketlərinin də “effektiv”liyini gördük... Bu gün isə Ukrayna xalqı bu imperiya ordusunun adını birdəfəlik tarixin bataqlığına soxdu... Odur ki, evinə girməyə hazırlaşan düşməndən qorxub təslim olmaq yox, ona qarşı son nəfəsədək mübarizəyə hazır olmaq gərəkdir...
 
*** ***
 
Xüsusilə, Azərbaycanın müstəqil(!), demokratik(!) və  milli(!) dövləti, onun güc və təhlükəsizlik strukturları iki məqama diqqət etməlidir: Qarabağ torpaqlarımızdan və Ermənistandan gələ biləcək növbəti təhlükələri önləmək üçün ordunu və təhlükəsizlik qüvvələrini daim ayıq-sayıq durumda saxlamaq... Bunun üçün də ikinci ən vacib məsələni: Rusiyanın “5-ci kalon”u və agentura şəbəkəsini ölkə həyatının bütün sahələrində nəzarətdə saxlamaq və tədricən bu şəbəkələri tam zəiflətmək... Bunun üçün Şuşa bəyannaməsinin müddəalarına əsaslanaraq Türkiyə dövlətin, xüsusən dünyanın ən güclü kəşfiyyat qurumlarından olan Milli İstihbarat Təşkilatının dəstəyindən ciddi və fəal şəkildə yararlanmaq gərəkdir...
 
*** ***
 
Bəs Putinin Ukraynada açıq-aşkar məğlub olacağı və ya savaşın gedişində  devriləcəyi, yaxud öləcəyi, sui-qəsdlə öldürüləcəyi təqdirdə başımıza nələr gələ bilər və nələrə hazır olmalıyıq?..
 
***
 
Sözsüz ki, Putinin siyasi meydandan yox olacağı təqdirdə  digər postsovet ölkələri kimi, bizim də durumumuz xeyli yüngül olacaq. Ancaq bu da Putini kimin əvəz edəcəyindən, yoxsa Putindən bir az yumşaq xarakterli birinin onun yerinə keçəcəyindən, yoxsa bu rejimin, ümumiyyətlə, dəyişəcəyindən və demokratik addımlar ata biləcək bir hakimiyyətin formalaşacağından və s. asılıdır. Çətin ki, Kremldəki Putinlə bərabər harınlamış “KQB”-“FSB”-“QRU”-korrupsiya klanı  bu günədək əldə saxladıqları hakimiyyətin və topladıqları varidatın əllərindən çıxmasına və Rusiya xalqının qismən də olsa, azadlıq qazanmasına imkan versin. Amma bütün hallarda Putinin gedəcəyi təqdirdə Azərbaycanda da Rusiya-korrupsiya şəbəkəsinin mövqeləri zəifləyəcək və ölkənin ümumi siyasi-iqtisadi inkişafı, demokratikləşməsi və xalqın rifahının yüksəlməsi üçün, az da olsa, yollar açılacaq... Həmçinin bu halda Qarabağdakı yarımçıq işlərimizin həlli üçün də şərait yaranacaq...
 
*** ***
 
Amma Putinin meydandan gedəcəyi, eləcə də avtoritar rejimin dəyişəcəyi halda əsas məsələlərdən biri Qərbin bizə necə münasibət bəsləyəcəyidir?  Təbii ki, NATO üzvü olan Türkiyə bizi yenə dəstəkləyəcək. Qərb isə üzdə bizimlə ədalətli davransa da, çox güman ki, yenə də ikili-üçlü standartla yanaşmalarını davam etdirəcək.  Xüsusən ABŞ  Rusiyada hakimiyyətin, heç olmasa, Yeltsin dövründə olduğu kimi, demokratikləşməyə doğru gedəcəyi halda  İranda da rejimi dəyişməyə çalışacaq.  Və bu səbəbdən Azərbaycanda Güney Azərbaycan məsələsinin daha güclü forma və məzmunda qaldırılmasına dəstək verəcəkdir. Yadınızdadırsa, məhz Rusiyada Yeltsin hakimiyyətdə olan illərdə İranda və Quzey Azərbaycanda Güney Azərbaycan mövzusu ciddi şəkillərdə gündəmdə idi. Məhz həmin dövrdə ABŞ tərəfindən dəstəklənən Mahmudəli Çöhrəqanlı kimi fiqur fəallaşmış, Bakıda mərhum eks-prezident Elçibəyin rəhbəri olduğu Bütöv Azərbaycan Hərəkatı yaradılmışdı. Lakin Putin hakimiyyətə gələndən bir neçə ilə sonra Rusiya kəşfiyyat və agentura şəbəkələrinin İranın “Ettelaat”ı ilə əlbir olaraq ciddi müdaxiləsi ilə Güney Azərbaycan məsələsi tədricən gündəmdə ən zəif yerlərdən birini tutdu. Bunun nəticəsidir ki, BAB-ın “Facebook” səhifəsində sonuncu paylaşım 2021-ci ilin dekabrında edilib... 
 
*** ***
 
Təbii ki, Rusiyada rejim dəyişikliyindən sonra Güney Azərbaycan mövzusu yenidən həm Azərbaycanın öz içərisindən, həm də xaricdən aktivləşdiriləcək. Amma onu da nəzərə almaq lazımdır ki, nə ABŞ, nə Avropa  Türkiyə kimi Azərbaycanın da dövlət olaraq daha da güclənməsini, yeni ərazilər qazanmasını istəmir. Odur ki, Güney Azərbaycan məsələsində Qərbin əsas məqsədi o qədim torpağımızı Quzeyə birləşdirmək yox, bu məsələdən, bizim və Güneydəki soydaşlarımızın azadlıq mübarizəsi enerjisindən yararlanaraq  İrandakı dini rejimi dəyişmək olacaq. Ona görə də İran və Quzey Azərbaycan məsələsi ilə də ehtiyatla davranmaq gərəkdir...
 
*** ***
 
Hadisələrin bəhs edilən inkişafı halında ABŞ, Britaniya, Almaniya və s. Qarabağ məsələsində də yenə də sözün tam  mənasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyəcək və  ona görə də Rusiya hərbi kontingenti torpaqlarımızdan çıxarılsa da belə, Xankəndi, Xocalı və s. məntəqələrimiz üzərində yurisdiksiyamızın bərpasına müxtəlif vasitələrlə əngəl olmağa çalışacaqlar. Məqsəd “erməni məsələsi”nin tam həllinə imkan verməməklə Azərbaycanı da, Türkiyəni də daim təsir altında saxlamaq olacaq...Odur  ki, bu gün Qarabağdakı ermənilərə “status” verilməsini tələb edən  Qərb ölkələri sabah Rusiya hərbi kontingenti torpaqlarımızdan çıxacağı tədqirdə müxtəlif yollarla özlərinin yaratdığı yeni “sülhməramlı” birləşmənin də Qarabağa yerləşdirilməsinə çalışacaqlar...  
 
*** ***
 
Unutmayaq ki, XIX əsrin sonlarından Osmanlı dövlətində “erməni problemi”nin yaradılmasında Rusiya ilə yanaşı, Fransa, Britaniya, elə ABŞ-ın da böyük rolu olub... Buna əmin olmaq üçün  rəhmətlik dəyərli tarixçimiz Dilavər Əzimlinin “Beynəlxalq münasibətlər sistemində “erməni məsələsi”...” yazısını oxumaq yetərlıdir...
 
*** *** 
Bir də... Çin amili də var... Rusiyanın şər qüvvə statusundan çıxacağı və  ABŞ-ın, NATO-nun bugünkü dişsiz durumda qalacağı, yaxud görsəndiyi təqdirdə fürsətdən yararlanıb milyard yarımlıq əhalisinə yeni resurslar axtaran bu totalitar sistemli qədim imperiya dövləti də yaxın gələcəkdə daha açıq və aqressiv siyasət yeridə bilər. Hər halda oradakı kommunist rejiminin dindaşımız və soydaşımız olan uyğur türklərinə münasibəti ortalıqdadır...
 
*** ****
 
Xülasə, bu gün bütün dünya kimi Azərbaycan da iki-üç şər arasında qalıb... Hadisələr çox sürətlə inkişaf edir, dəyişir... Putin də, Bayden də, digərləri də gəldi-gedərdi... Sabah elə bir olay baş verə bilər ki, bayaqdan danışdıqlarımızın çoxu mənasız olar... Fəqət,  bir şey mütləq bəllidir ki, düçar olduğu çətinliklərə, faciələrə belə, rəğmən daim bəşər, xalq, vətən, dövlət sevdasıyla qəlbi, niyyəti və əməli ilə Allahın yanında olmağa çalışanlar əbədi qalibdirlər... Bunu unutmayaq...
 
Sultan Laçın
 
Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:42
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:42
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC