Putin nələri etməlidir ki, Azərbaycan xalqı onun səmimi müttəfiqliyinə inansın?..
Oxunub: 9626
23 Feb 2022 | 17:40
Putin nələri etməlidir ki, Azərbaycan xalqı onun səmimi müttəfiqliyinə inansın?..
Rusiya lideri ölkəmizdəki “5-ci kalonu”nun fəaliyyətini durduracaq, Nəcməddin Sadıkovların, Araiklərin, Köçəryanların və s. həbsinə şərait yaradacaqmı?..
 
Heç bir sorğu aparmadan belə, demək mümkündür ki, əhalinin böyük əksəriyyəti Moskvanın səmimi müttəfiq olacağına inanmır...
 
Cənab Vladimir Putin əgər doğrudan da Azərbaycanı  lideri olduğu dövlətə müttəfiq, şəxsən Azərbaycan Prezidenti cənab İlham Əliyevi isə özünə dost sanırsa, Xocalı qatilləri olan terrorçu eks-prezidentlər Robert Köçəryan və Serjik Sərkisyan kimiləri dostlar siyahısından silməli və onların həbsinə əngəl olmamalıdır...
 
-FİKİR SAVAŞI...-
 
Azərbaycanın müstəqil(!) dövləti ilə Rusiya dövləti arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalandı... Artıq bunun məhz Rusiya lideri Putinin Ukraynadakı qondarma separatçı qurumları tanımasından dərhal sonra baş verməsini,  Azərbaycan Prezidentinin belə bir sənədə imza atmasının Şuşa Bəyannaməsini imzalamış qardaş Türkiyə tərəfindən necə qarşılanacağını təhlil və tənqid edənlər xeylidir. Adamın diqqətin o da cəlb edir ki, Şuşa Bəyannaməsi nömrələrlə sıralanmamış təxminən 34, Moskva Bəyannaməsi isə sıralanmış 43 maddədən ibarətdir... 
 
Deyək ki, bütün tənqidlərə rəğmən Rusiya ilə yeni bəyannamədə hər şey Azərbaycan dövləti və xalqının bu  günü və gələcəyi üçün faydalıdır. Ancaq burada əsas məsələ sənəddəki maddələrin necə icra olunacağıdır. Xalqlar arasında problem yoxdur, çünki Azərbaycan və Rusiya xalqları arasında faktiki müttəfiqlik on illərdir ki, mövcuddur. Belə olmasa, 3 milyona yaxın azərbaycanlı Rusiyada yaşayıb-işləməz... Ayrı-ayrı şovinist siyasətçi, jurnalist, aparıcı və s. çıxmaq şərti ilə bu xalqda Azərbaycana qarşı kütləvi düşmənçilik yoxdur... 
 
Amma  bu gün Azərbaycan ictimaiyyətində yaranan ümumi və cavab verilməli əsas sual bundan ibarətdir: əsrlərlə Azərbaycana ələ keçirilməli olan yağlı tikə kimi baxmış və onu müxtəlif dövrlərdə işğal edərək, əhalisini qılıncdan, güllədən keçirərək müstəmələkəyə çevirmiş bir imperiya dövlətinin, özü də bu gün də Ukraynaya münasibətdə və məhz Azərbaycan torpağı Qarabağdakı sülhməramlı sayılan ordusunun timsalında da imperiya ambisiyalarını və ermənilərə yenə də arxa durmaq planlarını biruzə verən Putin rejiminin səmimiliyinə inanmaq olarmı? Heç bir sorğu aparmadan belə, demək mümkündür ki, əhalinin böyük əksəriyyəti Moskvanın səmimi müttəfiq olacağına inanmır. Sadəcə, “5-ci kalon” və qeyri-iradi ona xidmət edən rus beyinli, manqurtlaşmış kütlə, həmçinin peşəsi özlərini aldatmaq hesabına olsa da, kimlərinsə xoşuna gəlmək xatirinə hər şeyi tərifləmək olan kölə xislətli kəsim Putinin bundan sonra Azərbaycana səmimi yanaşacağını dilə gətirə bilər...
 
Bilirəm ki, yazını oxuyan kimi dərhal  peşəsi dövlətin mənafeyindən çox öz karyerist maraqlarını güdən və Rusiya konkret “5-ci kalon”luq edən bəzi məmurlar, eləcə də son vaxtlar materiallarımızı lupa ilə oxuyan Rusiya səfirlyinin əməkdaşları düşünəcək ki, əşşi, bu kimdir e, iki gündən bir dövlətin, xalqın mənafeləri barədə iddialı fikirlər söyləyir. Adı yox, sanı yox, qoyun-keçi, dana satıb Ramiz Mehdiyevin on illərlə faktiki rəhbərlik etdiyi Atestasiya Komissiyasından rüşvət  doktor, professor adı almayıb, ermənilərin səngərdə əyilərək gəzdiyini sübut edən heç bir alimlik dərəcəsi yox, heç olmasa əməkdar jurnalist də deyil,  heç Jurnalistlər, yaxud Yazıçılar Birliyinin üzvü də deyil, filan-filan işlər üzrə ekspert də, politoloq da deyil, QHT-si-filanı da yoxdur... Bəli, cənablar, əfəndilər, yoldaşlar xalq dediyiniz məhz belə ad-san savaşı aparmayan kəsimdir. Bəndəniz də məhz həmin Rusiyanın əsrlər öncə Qarabağa gətirib alət kimi bəslədiyi erməni separatizmi, irqçiliyi, terrorçuluğu ucbatından öz torpağından didərgin düşərək on illərdir haqqı tapdanan,  Azərbaycanın daxilindəki “KQB”-“QRU”-korrupsiya şəbəkəsinin ölkənin milyardlarını talaması səbəbindən halal maaşıyla özünə mənzil ala bilməmiş və yataqxanada baba olmuş, doğma dədə-baba yurdu isə Rusiya hərbi kontingentinin faktiki himayəsindəki separatçı-terrorçu rejimin nəzarətində qalmış adi bir vətəndaşdır... Və onun heç olmasa, torpaqlarımızın xeyli hissəsinin azad olunmasından sonra Rusiya ilə bağlanan sənədin özünün, övladları, nəvələrinin gələcəyi üçün nə vəd etdiyini düşünmək və o haqda fikir söyləmək haqqıdır. Və Konstitusiya və qanunlarımızla bizlər bu hüquqdan heç kim məhrum edə bilməz...
 
Qayıdaq əsas mətləbə... Bəs Putin və onun hakimiyyəti, o cümlədən Qarabağdakı, Laçın dəhlizindəki ordusu nələri etməlidir ki, Azərbaycan xalqı onun Rusiya dövlətinin səmimiliyinə, dövlətimizlə gerçək müttəfiq olacağına inansın. Bunun üçün biz də bəyannamədəki 43 maddənin qarşılığında 5-10 maddə irəli sürək:
 
Əvvəla, hələ sovet dövrü və çar imperiyası dövründəki işğal, soyqırım, repressiya, deportasilardan, ekoloji terrorlardan və s. Azərbaycan xalqına vurulan zərərlərdən danışmırıq. Rusiya ən azı, 1991-1992-1993-cü illərdə keçmiş sovet ordusu və onun Rusiya Federasiyasının tabeliyinə keçmiş qalıqlarının işğalçı erməni birləşmələrinin tərəfində birbaşa iştirakı və ya texniki, təlim və s. dəstəyi ilə Azərbaycan ərazilərindəki insan qırğınları, talan və işğallara, xüsusən Xankəndindəki 366-cı alayın iştirakıyla Xocalıda törədilmiş soyqırım, talan və işğala görə rəsmən Azərbaycan dövləti və xalqından üzr istəməli və buna görə gərəkli təzminat ödəməlidir...
 
İkincisi, Putin doğrudan da Prezident İlham Əliyevlə görüşdə dediyi kimi, çar imperiyasını bərpa etmək niyyətində deyilsə, Azərbaycanda əsrlərlə fəaliyyət göstərən və  daim xalqımız, dövlətimiz əleyhinə iş apararaq ölkəmizi yenidən birbaşa müstəmləkə boyunduruğuna salmaq məqsədi güdən  kəşfiyyatını və “5-ci kalon”unu durdurmalı və Azərbaycanın dövlət mənafeyinə birbaşa xəyanət etmiş dövlət adamlarının həbsinə və qanunla cəzlandırılmasına müxtəlif əngəllər törətməməlidir. 
 
Üçüncüsü, xüsusən Azərbaycan ordusundakı keçmiş və indiki “QRU” və “FSB” şəbəkəsinin də dövlətçiliyimiz və təhlükəsizliyimiz əleyhinə fəaliyyətini durdurmalıdır.
 
Dördüncüsü,  1992-ci ildə Xocalı, Şuşa, Laçın və s. işğalı zamanı Azərbaycan ordusunda Baş Qərargah rəisi olmuş və Azərbaycanda dövlət çevrilişinə cəhddə ittiham olunmuş, Rusiya ordusunda Baş Kəşfiyyat İdarəsinin, yəni “QRU”-nun agenti olduğunu özü Azərbaycan rəsmilərinə etiraf etmiş,  lakin konkret olaraq o vaxtkı Rusiya prezidenti B. Yeltsin tərəfindən himayə olunaraq Azərbaycan Prezidenti Heydər Əliyevin xahişinə rəğmən Bakıya ekstradisiyasına icazə verilməmiş general Şahin Musayevin(əgər sağdırsa) ölkəmizə təhvil verilməsini təmin etməlidir. 
 
Beşincisi,  Kreml  1992-1993-cü illərdə Azərbaycan ordusunda briqada və korpus komandiri, daha sonra isə düz 2021-ci ilin yanvarınadək - 27 ildən çox Baş Qərargah rəisi olmuş və bir çox yüksək vəzifəli general və zabitlərin şahidliyi ilə Azərbaycana qarşı xəyanətlərdə, maliyyə yeyintilərində, həmçinin 2017-ci ildə Tərtər ərazisində Azərbaycan ordusuna qarşı törədilmiş qətliam və işgəncələrin törədilməsində suçlandırılan  general Nəcməddin Sadıkovun Azərbaycan dövləti tərəfindən həbs olunmasını əngəlləməməlidir.
 
Altıncısı, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq  Azərbaycan Respublikasının Qarabağ torpaqlarındakı Ermənistana və konkret Xankəndindəki separatçı-terrorçu rejimə aid bütün qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və çıxarılması təmin olunmalıdır.
 
Yeddincisi, əgər Moskva bəyannaməsində hər iki ölkə daxilində terrorçuluğa və separatçılığa qarşı mübarizədən bəhs edilirsə, o halda torpaqlarımızdakı Rusiya hərbi kontingentinin komandanlığı ilk növbədə Azərbaycanın təhlükəsizlik qüvvələri və Daxili Qoşunlarına lokal antiterror əməliyyatı keçirməsinə imkan verilməli və Xankəndində başda rejimin hazırkı rəhbəri, Azərbaycan dövləti tərəfindən İnterpolla beynəlxalq axtarışa verilmiş Arayik Arutyunyan olmaqla Vitali Balasanyan, Bako Saakyan, Arkadi Qukasyan, David Babayan və onlara sadiq təsbit edilmiş və ediləcək separatçı və terrorçu ünsürlərin həbsinə və ya zərərsizləşdirilməsinə şərait yaratmalıdır.
 
Səkkizincisi, “Laçın dəhlizi” deyilən ərazimizin Ermənistanla sərhəd hissəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd və Təhlükəsizlik Xidmətlərinin, həmçinin Gömrük Xidmətinin nəzarət-buraxılış məntəqələrinin qurulmasına imkan verilməli və dövlət sərhədimizdən ərazimizə keçən vətəndaşlığı və milliyyətindən asılı olmayaraq  hər bir kəsin kimliyinin, gəliş məqsədinin və avtomobilindəki yükünün nədən ibarət olmasının dəqiq öyrənilməsinə şərait yaradılmalıdır(Xəbər verdiyimiz kimi, bu günlərdə   Azərbaycan hakimiyyətindən icazə almadan  Qarabağa (2011-2012-ci illərdə) səfər etdiyi üçün 2017-ci ildə Bakıda həbsdə olmuş və  qısa müddətdə Azərbaycan Prezidenti tərəfindən əfv edildikdən 5 il sonra rusiyalı və israilli bloger Aleksandr Lapşin yenidən Laçındakı sərhədimizi pozaraq Qarabağa  səfər edib. Bax: )
 
Doqquzuncusu, Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingenti Azərbaycan dövlətinin razılığı və icazəsi olmadan V.Putinin dəfələrlə vurğuladığı kimi, beynəlxalq hüquq baxımından da Azərbaycana məxsus torpaqlarda funksiyalarından kənar hansısa iş görülməsinə, tikinti işləri aparılmasına, abidə qoyulmasına və s. son qoymalıdır.
 
Onuncusu, Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingenti Qarabağdakı erməni əhali, xüsusən uşaq və gənclərlə ideoloji, tarixi, mədəni və s. səpkidə eləcə də hərbi təlim yönümlü hansısa iş aparmamalıdır.
 
On birincisi, Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin məsuliyyət zonasında Azərbaycan Respublikasının dövlət rəmzləri olan bayrağı və gerbi, eləcə də sülhməramlı sayılan hərbi kontingentin bilavasitə dislokasiya məkanları və avtomobilləri isrisna olmaqla digər ölkə (Ermənistan, Fransa və s.) bayraq və gerblərinin və yaxud separatçı rejimin rəmzləri sayılan “bayraq” və “gerb”lərin qaldırılmasına icazə verilməməlidir.
 
On ikincisi, Azərbaycan Silahlı Qüvvələrinin  avtomobil və texnika karvanlarının heç bir istisnasız sərbəst hərəkəti təmin edilməli və Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin məsuliyyət zonasında, o cümlədən “Laçın dəhlizi” adlanan Azərbaycan ərazisində dövlət bayraqlarının müşayiəti ilə hərəkətinə əngəl olunmamalıdır.
 
On üçüncüsü, Xankəndi, Əsgəran, Ağdərə və s. məntəqələrimizdəki separatçı və terrorçu rəhbərlər və onların əlaltıları həbs edilib zərərsizləşdirildikdən sonra bölgədə gələcəkdə etibarlı sülhün və dinc yanaşı yaşamanın təmin olunması məqsədi ilə Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin komandanlığı tədricən Azərbaycanın dövlət və hökumət nümayəndələrinə sovet dövründən Azərbaycan vətəndaşlığı olmuş və ya indi buna razılıq verməyə hazır olan yerli erməni sakinlərlə ünsiyyətinə və onların problemlərinin həlli üçün Azərbaycan tərəfində müraciətlərinin edilməsinə şərait yaratmalıdır.
 
On dördüncüsü, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və s. kimi Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin məsuliyyət zonasındakı ərazilərimizdə Azərbaycan dövlətinin gerçək yurisdiksiyasının icrasına tədricən şərait yaradılmalıdır.
 
 
On beşincisi, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı xəbər və reportajlarda, xüsusən də saytın Rusiyanın Azərbaycan ərazisindəki rəsmən sülhməramlı sayılan hərbi kontingentinə aid bölməsində həmin kontingentin məsuliyyət zonasındakı fəaliyyətinə dair mütəmadi dəyişən xəritələrdə Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyünə hörmət əlaməti olaraq; 
 
1. “Dağlıq Qarabağ” birləşməsi yerinə “keçmiş Dağlıq Qarabağ” birləşməsi işlənməli;
2. Hərbi kontingentin məsuliyyət zonasındakı bütün toponim, hidronimlər və s. yalnız müstəqil(!) Azərbaycan Respublikasının rəsmi siyasi-inzibati, fiziki və s. xəritələrindəki adlara uyğun qeyd olunmalıdır: məsələn, “Stepanakert” əvəzinə Xankəndi, “Mardakert” əvəzinə Ağdərə, “Aterk” əvəzinə Həsənriz və s.
3. 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasına əsasən Azərbaycan ordusunun nəzarətində olan ərazilərdəki məntəqə və yüksəkliklərin “texniki səhv” ucbatından özü də ermənilərin verdiyi adlarla heç bir əsas olmadan Rusiya hərbi kontingentinin məsuliyyət zonasına daxil edilməsi hallarına son qoyulmalıdır.
 
On altıncısı, 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasında nəzərdə tutulmuş 5 illik müddətin tamamında Rusiya hərbi kontingenti Azərbaycan ərazisini tərk etməlidir.
 
On yeddincisi, Rusiya Prezidenti cənab Vladimir Putin əgər doğrudan da Azərbaycanı  lideri olduğu dövlətə müttəfiq, şəxsən Azərbaycan Prezidenti cənab İlham Əliyevi isə özünə dost sanırsa, hazırda Ermənistanda revanşist və radikal müxalifət kimi fəaliyyət göstərən və Azərbaycan dövlətinin barələrində cinayət işi qaldıraraq beynəlxalq axtarışa verdiyi Xocalı qatilləri olan terrorçu eks-prezidentlər Robert Köçəryan və Serjik Sərkisyan kimiləri dostlar siyahısından silməli, onların rəhbərlik etdiyi erməni kəsiminin Azərbaycana qarşı revanşist çıxışlarına, xüsusilə yenidən “Qarabağı, Şuşanı, Hadrutu, Kəlbəəcəri və s. azad etmək” kimi çağırışlarına dolayısıyla dəstək verməməli və onların Azərbaycan dövləti tərəfindən həbs edilməsinə əngəl törətməməlidir...
 
Dəyərli oxucular,  Rusiya rəhbərliyinin Azərbaycan dövləti və xalqının dostluğunu qazanmaq üçün etməli olduğu unutduğumuz digər işləri sosial şəbəkələrdəki şərhlərinizdə əlavə edə bilərsiniz.
 
Beləliklə, son Moskva Bəyannaməsi ətrafında bir sıra pulitoloqların yaratdığı hya-küydən belə çıxır ki, Putin hakimiyyəti sadaladığımız tədbirlərin hamısını görməsə də, yarısını görəcək.  Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının 5 illik müddətinin bitməsinədək yaşayarıq – görərik...
 
Sultan Laçın 
 
Oxşar xəbərlər
17:00, Bu gün
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
16:56, Bu gün
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
16:52, Bu gün
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
16:48, Bu gün
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
16:44, Bu gün
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
16:40, Bu gün
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
16:37, Bu gün
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
16:33, Bu gün
Röyanın ona görə adını dəyişən fanatı vəfat etdi - VİDEO
16:29, Bu gün
Londonda qeyri-adi marafon: Şərab içə-içə 13 min qazandı - VİDEO
16:27, Bu gün
İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı
16:25, Bu gün
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO
16:20, Bu gün
Azərbaycanda gənc hüquqşünaslar vəkillik sahəsində fəaliyyətə cəlb olunacaqlar - FOTO
16:17, Bu gün
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
16:15, Bu gün
Azərbaycan-Ermənistan sərhədində ilk dirək: Normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH + FOTO
16:10, Bu gün
Rusiya və İran "Mir" kartlarının qəbulu üzrə pilot layihəsinə hazırlaşır
16:05, Bu gün
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
16:00, Bu gün
Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirildi
15:57, Bu gün
Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında
15:53, Bu gün
Ayxan Hacızadə: "Azərbaycan sülh, təhlükəsizlik və rifaha töhfə verir" - FOTO
15:49, Bu gün
Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirildi - FOTO
15:45, Bu gün
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
15:41, Bu gün
Sabunçuda açıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB
15:40, Bu gün
Ərdoğan Almaniya prezidenti ilə GÖRÜŞDÜ
15:38, Bu gün
Bakı birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində üçüncü yerdə qərarlaşıb - FOTO
15:35, Bu gün
"Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
15:32, Bu gün
Xankəndi şəhərindən yeni görüntülər - VİDEO
15:29, Bu gün
ABŞ-nin bir qrup konqresmen köməkçisi Azərbaycanda - Bakı-Vaşinqton münasibətləri müzakirə olundu - FOTO
15:25, Bu gün
Azərbaycan – Rusiya münasibətlərinin sürətli inkişafı...
15:24, Bu gün
Navalnının dəfn mərasimini keçirən keşişə cəza verildi
15:22, Bu gün
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı keçirildi - FOTO
15:18, Bu gün
“Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”
15:15, Bu gün
İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib
15:08, Bu gün
Şərqi Zəngəzur zonasında 2026-cı ilə qədər üç şəhər, beş qəsəbə və 29 kəndin salınması planlaşdırılır
15:06, Bu gün
Azərbaycanda federasiyanın sabiq baş katibi vəfat etdi
15:05, Bu gün
"Rusiya işğalçıları yaxın zamanlarda Ukraynaya zərbələri gücləndirəcək" - ISW
15:02, Bu gün
“Azərbaycan British College” Təhsil Kompleksinin şagirdləri BDU-nun Fizika fakültəsində olub - FOTO
14:58, Bu gün
Polis əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO
14:55, Bu gün
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
14:51, Bu gün
Elçin Əmirbəyov: “Sülh həmişəkindən daha yaxındır, lakin qalan maneələri aradan qaldırmaq lazımdır”
14:48, Bu gün
“Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”
14:47, Bu gün
Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək
14:45, Bu gün
Prezident: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”
14:43, Bu gün
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
14:42, Bu gün
Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB
14:40, Bu gün
BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər - FOTO
14:38, Bu gün
​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır
14:37, Bu gün
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
14:34, Bu gün
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
14:30, Bu gün
"Netanyahu zəmanəmizin Hitleridir və məsuliyyətdən yaxa qurtara bilməyəcək" - Ərdoğan
14:25, Bu gün
BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş olub - FOTO
14:21, Bu gün
İlham Əliyevdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
14:18, Bu gün
Fuad Hüseynəliyev: “Ermənistanla münaqişənin yenidən eskalasiya ehtimalı real deyil”
14:17, Bu gün
Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib
14:15, Bu gün
Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb
14:00, Bu gün
İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək
13:59, Bu gün
Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək
13:57, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
13:56, Bu gün
Bakıda qardaşını döyən şəxsə şəhərdən çıxmaq qadağan edildi - TƏFƏRRÜAT
13:54, Bu gün
İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk
13:52, Bu gün
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
13:48, Bu gün
Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB
13:45, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
13:43, Bu gün
Mbappe “Real Madrid” üçün oyun üslubunu qurban verəcək
13:39, Bu gün
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB
13:35, Bu gün
Prezidentin nümayəndəsi: Gələn aydan sakinlərin Şuşaya qaytarılmasına başlanılacaq
13:32, Bu gün
Aydın Kərimov: Şuşa Qarabağda elektrik avtobuslarının fəaliyyət göstərdiyi ilk şəhər olacaq
13:30, Bu gün
Fuad Hüseynəliyev: Ermənistan Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışmır
13:26, Bu gün
Əgər kişi bir qadını bəyənirsə bu 6 ƏLAMƏTLƏ büruzə verir
13:20, Bu gün
Yaşlı kişi 10 yaşlı qıza təcavüz etdi
13:18, Bu gün
Naxçıvanda sədr müavini işdən azad edildi
13:16, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
13:15, Bu gün
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:12, Bu gün
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
13:11, Bu gün
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
12:57, Bu gün
50 yaşdan sonra bu meyvələrdən imtina etməlisiniz: TƏHLÜKƏLİDİR
12:53, Bu gün
Günəşdə nadir HADİSƏ yaşanıb - 25-26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ
12:51, Bu gün
Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
12:45, Bu gün
Məhkəmə MMA döyüşçülərindən üçünün həbs müddətini uzadıb, biri azadlığa buraxılıb
12:29, Bu gün
İşğaldan azad edilmiş ərazidə ilk hərrac keçiriləcək
12:23, Bu gün
24 aprelin xoşbəxt bürcü: Ulduzlar inanılmaz uğur vəd edir
12:23, Bu gün
Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb
12:17, Bu gün
Saharadan gələn qum fırtınası Afina səmasını narıncıya çevirdi-VİDEO
12:12, Bu gün
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO
12:10, Bu gün
AQTA bazar rəhbərlərinə xəbərdarlıq etdi
12:09, Bu gün
Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO
12:07, Bu gün
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
12:04, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:41, Bu gün
Hadrutdan ürəkaçan görüntülər - VİDEO
11:38, Bu gün
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:33, Bu gün
Dayısı oğlunun toy günü onların evinə girdi - FOTOLAR
11:30, Bu gün
Rusiya müdafiə nazirinin müavini həbs edildi - FOTO/VİDEO
11:27, Bu gün
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
11:25, Bu gün
Azərbaycanda “molla kəbini”: Vətəndaş nikahlarına qarşı tədbirlər görüləcək? - FOTO
11:22, Bu gün
Nazpəri Dostəliyeva canlı efirdə ağladı: "Darıxdığım var" - VİDEO
11:21, Bu gün
Təhlükəsiz oazis yaradanlar – Türk dövlətlərinin yaxınlaşması rifah və sabitlik vəd edir
11:20, Bu gün
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
11:18, Bu gün
Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO
11:14, Bu gün
"Bu, onun başı üçün deyil" - Xalq artistinə CAVAB verdi
11:12, Bu gün
Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib
11:10, Bu gün
Azərbaycanlı müğənninin paylaşımı DİQQƏT ÇƏKDİ - FOTO
GÜNLÜK
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 17:21
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
23 Apr 2024 | 17:46
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
23 Apr 2024 | 17:11
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
23 Apr 2024 | 17:42
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 17:21
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
23 Apr 2024 | 17:46
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
23 Apr 2024 | 17:11
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
23 Apr 2024 | 17:42
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts