Sabiq bağça müdiri 10 nəfərdən pul tələb edibmiş
Hadisə
303
12:27, Bu gün

Sabiq bağça müdiri 10 nəfərdən pul tələb edibmiş

Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı körpələr evi və uşaq bağçasının sabiq müdiri Lətifə Hasilovanın qanunsuz əməllərinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
 
Zaqatala rayon prokurorluğundan Moderator.az-a bildirilib ki, istintaq zamanı Lətifə Hasilovanın qeyd olunan vəzifədə işlədiyi dövrdə rəhbərlik etdiyi müəssisəyə işə qəbul olunması məqsədilə ümumilikdə 10 nəfərdən külli miqdarda pul vəsaitini rüşvət qismində alması və digər qanunsuzluqlar törətməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Toplanmış sübutlar əsasında Lətifə Hasilovaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan olunub.
 
Cinayət işi üzrə ibtidai istintaq başa çatdırılaraq ittiham aktı ilə baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər