Bizi sosial şəbəkələrdən izləyin:
Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Yusif Mahmudov və oğlu Allahverdi Mahmudovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib, onların əməli Cinayət Məcəlləsinin 29,120.2.1 və 29,120.2.4-cü maddələrindən həmin Məcəllənin 126.2.1-ci maddəsinə tövsif olunub və ata-oğulun hər birinə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, 2023-cü ilin iyununda paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Yusif Mahmudov və oğlu Allahverdi Mahmudov yaşadığı evin həyətində 1994-cü il təvəllüdlü Ağasəlim Məmmədovu bıçaqla vuraraq ona daxilə nüfuz edən 2 ədəd xəsarət yetiriblər. Ağasəlimi bıçaqlayan Allahverdi Mahmudov və atası Yusif Mahmudov şübhəli şəxs qismində tutulublar.
Qeyd edək ki, Ağasəlim Yusifin qızı ilə nikahda olub.
Onlara qarşı Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər 11 il 3 ay müddətində azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməmişdi.