Bakıda evə BASQIN: bıçaqla hədələyib qarət etdilər
Kriminal
260
13:22, Bu gün

Bakıda evə BASQIN: bıçaqla hədələyib qarət etdilər

Bakıda quldurluq hadisəsi olub.
 
DİN mətbuat xidmətindən Moderator.az-a verilən xəbərə görə, Binəqədi rayon sakini polisə müraciət edərək bildirib ki, naməlum şəxslər onun yaşadığı evə daxil olaraq kəsici alətlə hədələyib və mobil telefonunu talayıblar.
 
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 39 yaşlı M.Əliyev və 38 yaşlı G.Əkbərov saxlanılıblar.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər