Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
Kriminal
179
10:43, Bu gün

Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı

Martın 23-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 30, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.
Link kopyalandı!
Son xəbərlər