Bayram günü qonşusu tərəfindən döyülən şəxs xəstəxanada öldü
Kriminal
152
10:21, Bu gün

Bayram günü qonşusu tərəfindən döyülən şəxs xəstəxanada öldü

Goranboyda qonşusu tərəfindən döyülən şəxs xəstəxanada ölüb.
 
Moderator.az-ın məlumatına görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanasının həkimlərinin tibbi yardımlarına baxmayaraq, xəsarət alan 1994-cü il təvəllüdlü Ə.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, hadisə martın 20-də Goranboyun Dəliməmmədli şəhərində qeydə alınıb. Belə ki, Dəliməmmədli şəhər sakinləri 1985-ci il təvəllüdlü E.Ağayev ilə həmyerlisi 1994-cü il təvəllüdlü Ə.Əliyev mübahisə edib. Mübahisə zamanı E.Ağayev sonuncuya xəsarət yetirib.
 
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər