Bizi sosial şəbəkələrdən izləyin:
Siqaret qaçaqmalçılığında ittiham olunan polkovnik-leytenant Zaur Gülməmmədovun həbsdə saxlanılma müddəti uzadılıb.
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.
Z.Gülməmmədovun həbs müddəti daha üç ay uzadılıb.
Qeyd edək ki, polkovnik-leytenant cinayət baş verən dövrdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin şöbə rəisi işləyib. O, təqaüdə çıxandan dörd ay sonra həbs edilib.