Hövsanda müəllimənin əri tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb
Kriminal
158
10:10, Bu gün

Hövsanda müəllimənin əri tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb

Suraxanı rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
 
Bu barədə Moderator.az-a rayon Prokurorluğundan məlumat verilib.
 
Bildirilib ki, martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində (Hövsan-red.) 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
İlkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
 
İbtidai istintaq davam edir.
 
Qeyd edək ki, Pərvanə Abbasova Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin müəlliməsi olub. Onun əri tərəfindən qətlə yetirildiyi bildirilir.
 
Link kopyalandı!
Son xəbərlər