Saleh Səmədovun həbs müddəti uzadıldı
Kriminal
190
12:53, Bu gün

Saleh Səmədovun həbs müddəti uzadıldı

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.
 
Moderator.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
 
Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
 
Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur.
 
Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
 
O, həmçinin ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
 
Link kopyalandı!
Son xəbərlər