Gəncədə 56 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı
Kriminal
314
08:41, Bu gün

Gəncədə 56 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

Gəncədə 56 yaşlı kişi bıçaq xəsarəti alıb.
 
Moderator.az xəbər verir ki, hadisə Totanlı ərazisində qeydə alınıb.
 
Hadisə zamanı 1970-ci il təvəllüdlü Elcan Əlizadə bıçaqlanıb. Mübahisənin torpaq üstündə baş verdiyi ehtimal olunur. Polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində E. Əlizadəyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı Sabit Yusubov saxlanılaraq istintaqa təhvil verilib.
 
Faktla bağlı araşdırma başlanılıb.
 
Link kopyalandı!
Son xəbərlər