Bakıda insidentlə bağlı saxlanılan ictimai fəala hökm oxundu
Kriminal
218
16:02, Bu gün

Bakıda insidentlə bağlı saxlanılan ictimai fəala hökm oxundu

Bakıda baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədlinin cinayət işi ilə bağlı məhkəmə keçirilib.
 
Moderator.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Məhkəmə müşavirəyə gedib. Müşavirədən qayıdan hakim heyəti hökmü elan edib. Hökmə əsasən, təqsirləndirilən Əhməd Məmmədli 6 il müddətə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Əhməd Məmmədlinin Biləcəridə baş verən insidentlə bağlı saxlanıldığı bildirilir. İttihama görə, mayın 6-da 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.
 
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb. Hadisəyə taksidə yer üstündə mübahisənin səbəb olduğu bildirilib. Əhməd Məmmədli barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər