Kriminal
336
17:49, Bu gün

"Röyal adlı şəxs mənə qarşı 300 minlik dələduzluq edib"

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva ona qarşı edilən dələduzluqdan danışıb.
 
Moderator.az Axşam.az-a istinadla xəbər verir ki, iş xanımı salonunun təmiri üçün Masiyev Röyal Ələddin oğlu adlı şəxsə pul verdiyini, amma sonra ona qarşı dələduzluq etdiyini söyləyib.
 
Könül Həmzəyeva qarşı tərəfin ona 300 min manat ödəməli olduğunu, ancaq bundan yayındığını bildirib:
 
"Məkan təmiri üçün 300 min manat pul ödədim. Dələduzluq etdi. Bu puldan mənə cəmi 41 min 100 dollar qaytarıb. Bu ilin yanvarında həmin şəxsi Nərimanov Rayon Polis İdarəsinə şikayət etmişəm. Ona ödədiyim pulların çekini, səs yazıları, yazışmalar hamısı təqdim olunub. Yanvardan uzanan məhkəmə bu yaxınlarda yekunlaşıb. Amma ona ev dustaqlığı verilib. 300 min manat dələduzluq edən adama necə bu cəza verilə bilər? İndi apellyasiya məhkəməsinə müraciət edəcəyəm. 
 
Məhkəməyə 3 vəkillə gəlib. Mən isə özümə o qədər arxayın idim ki, heç vəkil də tutmadım. Götürüb mənim işçimə zəng edib ki, sənə telefon alacağam, elə et Könül ərizəsini geri götürsün. Sonra da söz çıxarıb ki, guya mənim ona 380 min manat borcum var. Bu adamın kimlərə güvəndiyini, kimlərlə çalışdığını bilirəm. Əgər belə davam etsə, hamısının adını çəkəcəyəm. Özü də 149 nömrəli məktəbin direktorunun kürəkənidir".
 
K.Həmzəyeva influenser Fidan Zeyn və Azerina ilə aralarında yaşanan qalmaqalla bağlı isə "Hələ iş davam edir. Bu haqda danışa bilmərəm. İş yekunlaşsın, açıqlayacağam. Mən şarlatan, adam aldadan deyiləm. Şükür hər şey yaxşıdır, bundan da yaxşı olacaq, inşallah. Birindən heç danışmaq istəmirəm, bütün Bakıya ata-ata ad qazanıb. Ad dəyişir, pulqabına tüpürüb satır ki, pulunuz çoxalacaq. Adımı Luna qoymuşdu. Ondan sonra hər şeyimlə batmağa doğru gedirdim (gülür - red). Digəri də maskalana-maskalana, dondan dona girə-girə nələr edir məlumdur çox adama. İnstaqramdakıları aldatmaq olar. Realda axı sən bilirsən əslində kimsən. Şərikli biznes açmışıq, batıb. Cəmi 1 ay həmin salonda mən olmuşam, qalan ayları anası və özü oranı idarə edib. Hazırda da oyun qurub, məni uzaqlaşdırdıqları salonumu özləri kirayə götürdü. Bakı şəhərində başqa yer yox idi? Deməli, mənə qarşı qurduqları oyunun sonu çatdı. Qanunumuza güvənirəm, hər şey öz yoluna düşəcək" sözlərini söyləyib.
 
Link kopyalandı!
Son xəbərlər