Gəncədə yeniyetmənin törətdiyi qətllə bağlı cinayət işi başlanılıb
Kriminal
322
09:45, Bu gün

Gəncədə yeniyetmənin törətdiyi qətllə bağlı cinayət işi başlanılıb

Gəncədə yetkinlik yaşına çatmayan şəxsin törətdiyi qətllə bağlı cinayət işi başlanılıb.
 
Bu barədə Moderator.az-a Gəncə şəhər Prokurorluğundan məlumat verilib.
 
Bildirilib ki, martın 12-də Gəncə şəhər sakini Elçin Nağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
 
İlkin araşdırmalarla E.Nağıyevin yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
 
Link kopyalandı!
Son xəbərlər