Gəncədə atasını güllələməkdə şübhəli bilinən şəxs saxlanıldı
Kriminal
173
08:47, Bu gün

Gəncədə atasını güllələməkdə şübhəli bilinən şəxs saxlanıldı

Gəncə şəhərində güllələnmə hadisəsi baş verib.
 
Moderator.az-ın əldə etdiyi məlumata görə, insident zamanı 44 yaşlı Elçin Nağıyev güllə yarası alıb. O, hadisə yerində dünyasını dəyişib.
 
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E.Nağıyevi ona məxsus ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən övladı 17 yaşlı Kənan Nağıyev saxlanılıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
Link kopyalandı!
Son xəbərlər