Bizi sosial şəbəkələrdən izləyin:
Gədəbəy rayonunda kişi qardaşı arvadının sifətini bıçaqla kəsib.
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Gərgər kəndində baş verib.
Kənd sakini, 1955-ci il təvəllüdlü Fidail İsmayılov valideynləri dünyasını dəyişəndən sonra Rusiyaya köçüb, orada yaşamağa başlayıb. Həmin müddətdən onun ata evində qardaşı İsrail İsmayılov və onun ailə üzvləri yaşayıblar.
O, bir neçə ildən sonra qısamüddətli Azərbaycana qayıdaraq, ata evinə gəlib. Evə gələrkən yolda dünyasını dəyişmiş anasına məxsus əşyaların zibillikdə olduğunu görüb və həmin əşyaları götürüb ata evinə gedib. O, evə daxil olaraq qardaşının həyat yoldaşı Əminədən niyə həmin əşyaları zibilliyə atdığını soruşub. Əminə isə əşyalar köhnəldiyini və yarasız olduğunu bildirib. Nəticədə Fidaillə Əminə arasında dava düşüb. Dava zamanı Fidail mətbəx bıçağı ilə Əminənin sifət nahiyəsinə xəsarət yetirib. Hadisəni görən İsrail İsmayılov məsələyə müdaxilə edib və iki qardaş arasında dava olub.
Hadisə yerinə polis əməkdaşları gəliblər və Fidail İsmayılov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanııb, F.İsmayılov barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı yekunlaşdırılaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə F.İsmayılov 4 il azadlıqdan məhrum edilib.