Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı
Kriminal
922
12:00, Bu gün

Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı

Martın 5-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 152, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.
 
Link kopyalandı!
Son xəbərlər