Bakıda xarici ölkənin səfirliyinə qarşı terror planlaşdıranların məhkəməsi BAŞLADI
Kriminal
582
09:30, Bu gün

Bakıda xarici ölkənin səfirliyinə qarşı terror planlaşdıranların məhkəməsi BAŞLADI

Xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşmaqda təqsirləndirilən İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadənin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 
Moderator.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək  Pənahovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 
 
Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib. Baxış iclası martın 18-nə təyin edilib. 
 
Qeyd edək ki, DTX tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları - 26 yaşlı “Abu Zər əl-Mühacir” dini ləqəbli Quliyev İlqar İlham oğlu, 21 yaşlı “Abdurəşid” dini ləqəbli Piriyev Amin Elşad oğlu və onun həmyaşıdı “Abdurrahman əl-Azəri” dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb.
 
Adıçəkilən şəxslər İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hucumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıblar.
 
Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Link kopyalandı!
Son xəbərlər