Sələmçini 23 dəfə bıçaqlamışdı – Bu gün HÖKM OXUNDU
Kriminal
251
15:48, Bu gün

Sələmçini 23 dəfə bıçaqlamışdı – Bu gün HÖKM OXUNDU

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə Bakıda sələmçini xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.
 
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 19 il azadlıqdan məhrum olunmasını istəyib.
 
Qısa müşavirədən sonra məhkəmə tərkibi E. Vəliyevin 17 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.
 
Xatırladaq ki, hadisə 2025-ci il sentyabrın 5-də Bakıda baş verib. Sələmçilik fəaliyyəti ilə məşğul olan Təravət Cəfərxanovanın Elçin Vəliyev tərəfindən 23 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub. İstintaqla o da müəyyən edilib ki, Elçin Vəliyev Təravət Cəfərxanovadan sələmə götürdüyü külli miqdarda pulu geri qaytarmamaq üçün hadisəni törədib.
 
Faktla bağlı cinayət məcəlləsinin 120.2.4 maddəsi ilə cinayət işi başladılıb. /Lent.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər