Qubada külli miqdarda narkotik vasitə aşkarlandı
Kriminal
291
10:55, Bu gün

Qubada külli miqdarda narkotik vasitə aşkarlandı

Quba rayonunda külli miqdarda narkotik vasitə aşkarlanıb.
 
Moderator.az-ın məlumatına görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı Seymur Hacıyev saxlanılıb.
 
Həmin şəxsdən ümumilikdə 4 kiloqramdan 242 qram marixuana və psixotrop tərkibli metadon həbləri aşkarlanıb.
 
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə S.Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.
 
 
Link kopyalandı!
Son xəbərlər