Astarada anasını öldürən oğula HÖKM OXUNDU
Kriminal
319
12:53, Bu gün

Astarada anasını öldürən oğula HÖKM OXUNDU

Astarada anasını qətlə yetirməkdə təqsirləndirilən Murad Kazımzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Moderator.az APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, təqsirləndirilən Murad Kazımzadənin cinayəti sübuta yetirilib. Ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi (xuliqanlıq niyyəti ilə adam öldürmə) ittihamdan xaric edilib və o, 15 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
 
Xatırladaq ki, hadisə ötən ilin avqust ayında Astarada baş verib. Murad Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası Məhəbbət Qasımovaya 4 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.
 
Təqsirləndirilən Murad Kazımzadə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər