Bizi sosial şəbəkələrdən izləyin:
Biləsuvarda qonşuluğunda yaşayan azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən H.R.-nin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Moderator.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, məhkəmə istintaqı zamanı cinayəti sübuta yetirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını ciddi rejimli həbsxanada çəkəcək.
Qeyd edək ki, hadisə ötən il oktyabr ayında Biləsuvar rayonunda baş verib. İttihama görə, H.R. qonşuluğunda yaşayan azyaşlıya qarşı əxlaqsız hərəkətlər edib. Azyaşlı evdən qaçaraq anasına məlumat verib.
Hadisə barədə polisə məlumat verilib və o, saxlanılıb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 150.3.3-cü ( Seksual xarakterli zorakılıq hərəkətləri on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. /Lent.az/