Bizi sosial şəbəkələrdən izləyin:
Cəlilabad rayonunda 62 yaşlı kişi qətlə yetirilib.
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki hadisə fevralın 16-da saat 13 radələrində baş verib. Cəlilabad rayon sakini, 1964-cü il təvəllüdlü Azər Baxşiyev bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, orada ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Qətlə yetirilən şəxsin İ.Babayevin qayınatası olduğu bildirilir.