18:39
14°C
Bakı
Evlərdən oğurluq edən şəxs saxlanılıb.
Moderator.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Məlumata görə, evlərdən ayrı-ayrı vaxtlarda oğurluqların edilməsi barədə polisə müraciətlər daxil olub.
Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə mənzillərdən 3200 manat dəyərində təmir-tikinti alətləri, elektrik avadanlıqları və inşaat materialları talamaqda şübhəli bilinən 38 yaşlı A.Xalidov saxlanılıb.
Araşdırmalar davam etdirilir.