Bakıda “pub”da çəkdiyi əxlaqsız videoları sosial şəbəkədə paylaşan şəxs HƏBS OLUNDU
Kriminal
200
11:55, Bu gün

Bakıda “pub”da çəkdiyi əxlaqsız videoları sosial şəbəkədə paylaşan şəxs HƏBS OLUNDU

Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən gecə klublarının birində yol verdiyi qeyri-etik davranışları sosial media hesablarında yayımlayan vətəndaş saxlanılıb.
 
Moderator.az-ın "Teleqraf"a istinadla verdiyi məlumata görə, 2001-ci il təvəllüdlü, Tərtər rayon sakini Vüqar Səlimov (ad və soyad şərtidir) pabda əxlaq normalarına zidd hərəkətlər sərgiləyib.
 
O, bu görüntüləri videolentə alaraq sosial şəbəkələrdə kütləvi nümayiş etdirib.
 
Sözügedən paylaşımdan sonra həmin şəxs polis bölməsinə dəvət olunub. Bu ərəfədə o, polis əməkdaşının qanuni tələblərinə riayət etməkdən boyun qaçırıb.
 
V.Səlimov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmama) maddələri üzrə protokol tərtib olunub.
 
Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərara əsasən, Səlimov barəsində 1 ay müddətinə inzibati həbs tədbiri seçilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər